Cümə günü, 30 oktyabr 2026
     

Azərbaycanı "neft dövləti" adlandıranların qərəzi COP-da ifşa olundu...

Image


Rauf Zeyni: "Prezident bütün məsələlərə aydınlıq gətirməklə bizə qarşı düşmən mövqeyi sərgiləyənlərin, əsassız ittiham irəli sürənlərin niyyətini ifşa etdi"

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi mühüm tarixi hadisədir. Dünyanı cənginə alan qlobal iqlim dəyişikliyi probleminin həlli yolları Azərbaycanın paytaxtında axtarılır, bəşəriyyətin, insanlığın gələcəyi ilə bağlı ən mühüm qərarlar Bakıda verilir. 

Azərbaycan qlobal iqlim dəyişmələri ilə mübarizədə öndə gedən ölkələrdəndir və bunu sözdə deyil, əməldə isbatlayır. Azərbaycanda "yaşıl enerjiyə" keçid prosesi gedir, artıq bu istiqamətdə nailiyyətlərimiz də var. Azərbaycanın "yaşıl enerjini" təşviq etdiyi və bu istiqamətdə davamlı siyasət həyata keçirdiyi məlum olsa da, təəssüf ki, bəzi Qərb ölkələri, onların mediası, bəzi güc mərkəzləri Azərbaycanı qaralamaqdan əl çəkmək istəmirlər. Onlar Azərbaycanı neft ölkəsi adlandırırlar və iddia edirlər ki, belə bir ölkə COP29 kimi tədbir keçirməli deyil. Amma faktiki olaraq Azərbaycan neft ölkəsi deyil və  bu iddiada olanlar ətraflarına göz gəzdirsələr hər şeyi aydın görə bilərlər. Təəssüf ki, görmək istəmirlər. COP29 çərçivəsində keçirilən sammitdə, ayrı-ayrı tədbirlərdə, toplantılarda Azərbaycana əsassız ittiham irəli sürənlərin layiqli cavabları verildi, onların niyyətləri ifşa olundu. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Ölkə başçısı vurğuladı ki, amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır.

"Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir"-deyə Azərbaycan Prezideni bəyan etdi. Təkcə bu bəyanat kifayət edər ki, antiazərbaycan qüvvələri ifşa olunsunlar. Onlar geniş miqyasda ifşa olundular və əsl niyyətləri dünyaya bəlli oldu. 

"COP29 tribunasından Azərbaycana qarşı düşmən münasibətində olanlara layiqli cavab verildi..."

Müstəqil ekspert Rauf Zeyni "Bakı-Xəbər"ə şərhində bildirdi ki, COP29 beynəlxalq tədbiri Azərbaycanın müasir tarixində əhəmiyyətli hadisə olması ilə yanaşı, həm də beynəlxalq tribuna olaraq çox əhəmiyyətlidir və bu tədbirdə 196 dövlətdən 72 min qonaq iştirak edir. "Ölkə başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyev öz çıxışında COP29-un mahiyyətini, əhəmiyyətini qeyd etməklə yanaşı, həm də bir çox həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Prezident Azərbaycanın neft ölkəsi olması iddiası ilə bəzi Qərb dövlətlərinin, bəzi Qərb mediasının çıxışlarına tutarlı cavab verdi. O, Azərbaycana qarşı təxribatla məşğul olan qüvvələrin ittihamlarını iqtisadi təhlilərlə, faizlərlə, konkret rəqəmlərlə, faktlarla ifşa etdi. Bildirdi ki, Azərbaycanın dünya neft istehsalında cəmi 0,7 faiz payı var. Prezident bütün məsələlərə aydınlıq gətirməklə bizə qarşı düşmən mövqeyi sərgiləyənlərin, əsassız ittiham irəli sürənlərin niyyətini ifşa etdi". 

R.Zeyninin sözlərinə görə, biz COP-a yüksək səviyyədə ev sahibiliyi etməklə Cənubi Qafqaz ölkəsi olaraq  perspektivli "yaşıl" ölkə olduğumuzu, dünyaya yeni açılan ölkə olmağımızı sübut etdik. 33 illik müstəqillik dövrümüzün ən möhtəşəm tədbirlərdən birini keçirdiyimizi deyən R.Zeyni qeyd etdi ki, Azərbaycan dünyaya COP örnəyi təqdim etdi, COP standartları müəyyən etdi, ona görə də COP29 Azərbaycan dövlətinin təşkilatçılığı ilə tarixə düşdü. "Bundan əvvəl keçirilən COP-lara baxanda, bundan sonra keçiriləcək COP-ları təəsvvür edəndə bizim təqdim etdiyimiz örənəyin mütləq şəkildə qeyd ediləcəyinə inanıram. COP28-ə Birləşmiş Ərəb Əmirlikləri ev sahibliyi etdi, COP29-a Azərbaycan ev sahibliyi edir, COP30-a Brazilya ev sahibliyi etmək niyyətindədir.  COP31-ə isə Türkiyə Cumhuriyyəti namizədlərdən biridir. Düşünürəm, ona nail ola biləcək". 

R.Zeyni deyir ki, Azərbaycanın 33 ildə nə qədər inkişaf etdiyi, bunun beynəlxalq nüfuzumuzun artmasına xidmət etdiyi göz önündəndir. O qeyd etdi ki, 2020-ci ildə baş verən əks-hücum əməliyyatları, 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Ərazi bütövlüyünü, suverenliyini bərpa edən qalib bir dövlət kimi Azərbaycanın dünyada böyük nüfuz qazandığını qeyd edən R.Zeyni vurğuladı ki, xüsusilə də biz Azərbaycan Prezidentinin Cənubi Qafqazın sınırlarına sığmayan bir lider olduğunu görməkdəyik. "Dövlətlərin başçılarının, rəsmi şəxslərin Azərbaycan Prezidentindən ayaqüstü də olsa xahişlər etdiyini canlı yayımlarda görürdük. Onlar xahiş edirdilər ki, BMT-nin baş katibinin bizim ölkəmizə gəlməsinə də kömək edin. Yəni COP29 dünya üçün bir sübut oldu ki, Azərbaycan Prezidenti statistik rəqəmləri açmaqla Azərbaycanın dünyada yerini müəyyən etdi və o cümlədən Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən dünya siyasətçilərinə də COP29 tribunsından öz açıq mesajlarını göndərdi. 

COP29 tribunasından Azərbaycana qarşı düşmən münasibətində olanlara layiqli cavab verildi və onlar təkzibolunmaz faktlarla ifşa edildilər". 

R.Zeyni qeyd etdi ki, həm Cozef Borrellə, həm də digərləri ilə bağlı Prezident öz fikirlərini bildirdi. "Prezident onlara layiqli cavab verdi və bildirdi ki, biz cəngəllik ölkəsiyiksə bizdən kənar durun, bizim daxili işlərimizə qarşımayın. Bir məsələni bilmək lazımdır ki, belə beynəlxalq tədbirlərin çox böyük əhəmiyyəti, bunun görünən və görünməyən tərəfləri var. Ona görə də düşünürəm ki, COP tədbiri Azərbaycan tarixində çox uğurlu bir səhifədir. Biz belə beynəlxalq tədbirlərə çox böyük iddialarımızı ortaya qoymalıyıq, nə qədər imkan var o qədər belə böyük tədbirlər keçirməliyik.     

Yeri gəlmişkən, QHT-lər də COP-da çox fəaldırlar. İstər Milli QHT Fondu, istər Beynəlxalq Avrasiya Mətbuat Fondu, istər ekoloji təşkilatlarımız COP çərçivəsində müxtəlif panellər keçirtdilər. onlar da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında öz mühüm töhfələrini verdilər.

Dövlətimizə və xalqımıza uğurlar azrulayıram. Təbii ki, belə beynəlxalq tribunalardan gerçəkləri, reallıqları dünya ictimaiyyətinə çatdırmalıyıq" - deyə R.Zeyni vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ