Cümə günü, 30 oktyabr 2026
     

Müharibə Xəzərə də gəldi - canlılar kütləvi qırılır...

Image


Avrasiya məkanı üçün böyük önəmə malik Xəzər dənizini son günlərdə gündəmə gətirən məqamlardan biri də onun döyüş meydanına çevrilməkdə olmasıdır. 

Məlumdur ki, bir neçə gün əvvəl Ukrayna qüvvələri Xəzər dənizində yerləşən Rusiya hərbi gəmilərinə hücum həyata keçirib. Bu, Kiyevin uzaq məsafəli zərbə qabiliyyətini genişləndirməsinin növbəti nümayişi olub. Ukraynanın Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi hücumun görüntülərini sosial şəbəkələrdə yayımlayaraq, Ukrayna qüvvələrinin "zərbə zonasını" genişləndirərək Kaspiysk limanındakı  Rusiya Xəzər Donanmasını hədəf aldığını elan edib. Kaspiysk liman şəhəri aktiv cəbhə xəttindən yüzlərlə kilometr uzaqlıqda yerləşir.

Ukrayna hökumətinin təqdim etdiyi video görüntülərdən birində dronun hədəfə doğru enməsi anı əks olunur. Kadrların bəzi hissələrində hava hücumundan müdafiə atəşləri eşidilir, bu da rusların hücuma qarşı müdafiə cəhdlərini göstərir. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Andriy Kovalenko Kaspiyskdəki hücumları təsdiqləyərək əlavə görüntülər paylaşıb. Rusiyanın Dağıstan bölgəsinin qubernatoru Sergey Melikov "Telegram"da Xəzər dənizi üzərində hava müdafiə sisteminin bir dronu vurduğunu yazıb. O, yerli sakinlərə istintaqın davam etdiyini bildirib. Bu hücum, Qara dənizdə davamlı itkilər verən Rusiya donanması üçün yeni bir zərbə olub. Son aylarda Ukrayna, Moskvanın donanmasını hədəf almaq üçün yerli istehsal olunan raketlərdən və dəniz dronlarından müntəzəm olaraq istifadə edir. Ənənəvi dəniz donanmasına malik olmasa da, Ukraynanın asimmetrik müharibə strategiyası son iki ildə Rusiyanı Qara dəniz donanmasını işğal altında olan Krım yarımadasındakı qərargahından daha təhlükəsiz, Rusiya ərazisinə yaxın sulara köçürməyə məcbur edib. ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmilərindən biri, Ukraynanın öz sularını müdafiə edərkən ən azı 32 orta və böyük Rusiya gəmisini sıradan çıxardığını və ya məhv etdiyini vurğulayıb. Bunlar fonunda Rusiyanın Xəzər dənizində və ətrafında yerləşən hərbi qüvvələri Ukraynaya zərbələr endirməyə davam edir. Amma bunlar fonunda nə çevrəyə vurulan zərər hesablanır, nə də hədəflər vurularkən dağıdılan tikililərin və öldürülən insanların sayı açıqlanır.

Ukraynanın rəsmi bilgilərinə dayanan "Radio Svoboda" yazır ki, Rusiya təyyarələri tammiqyaslı müdaxilənin ilk günlərindən Xəzər dənizindən dəfələrlə raket atışı gerçəkləşdirib. Sahilə yaxın ərazilərdə yaşayanlar bu barədə bilgilərini paylaşırlar. Yayılan bir videogörüntüdə "Kalibr" qanadlı raketinin buraxılması əksini tapıb. Bəzi yerli sakinlər hərbi fəaliyyətin çevrəni çirkləndirdiyinə diqqət çəkir. Xəzər dənizindəki suitilərin kütləvi ölümünü raket atışlarına bağlayan jurnalistlər də var. Bu arada 2024-cü il oktyabrın 24-dən noyabrın 13-dək Xəzər dənizinin Manqistau vilayətində sahillərində 1034 ölü suiti aşkar edilib. Qazaxısanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsinin mütəxəssisləri bunun səbəbinin təbii hadisələr, o cümlədən sualtı zəlzələlər nəticəsində atmosferə buraxılan qaz emissiyaları ola biləcəyini ehtimal edirlər. Suitilərin ölüm səbəbləri ilə bağlı yekun nəticələr, elmi təşkilatların fikrincə, 3-4 ay çəkəcək laboratoriya tədqiqatları başa çatdıqdan sonra əldə olunacaq. Bundan əvvəl bildirilib ki, sahilyanı monitorinqlər zamanı yüzlərlə ölü heyvan aşkar edilib. İndi savaşın Xəzərə gəlməsi vəziyyəti daha da ağırlaşdırır. Düzdür, Rusiya Xəzərdəki hərbi donanmasının Ukraynaya raket zərbələri endirməsini təsdiqləməyib. Ancaq hələ 2015-ci ildə keçmiş müdafiə naziri Sergey Şoyqu donanmanın Suriyadakı hədəfləri  "Kalibr" raketləri ilə vurduğunu söyləmişdi. Bir sonrakı ildə də buna bənzər bilgi yayılmışdı. Deyildiyinə görə, 2022-ci ildəki zərbələr daha çox dəniz üzərindən uçan bombardmançıların atdığı "X-55" qanadlı raketləri ilə gerçəkləşdirilirdi. Ukraynaya "Kalibr" raketlərinin atıldığı güman edilsə də, hərbçilərin buna aid açıq-aşkar sübutları yoxdur. Yerli balıqçıların iyunda yaydığı videoda iki raket görüntülənib. Raketin quyruq hissəsinin davranışı onların bombardmançıdan çox, hərbi donanmanın "Kalibr"inə aid olduğunu sezdirir. Rusiyanın Xəzərdəki hərbi donanmasının çevrəyə zərər verməsi işğaldan öncə də yerli sakinləri təlaşlandırıb. Rəsmi Moskva Dağıstanın Kaspiysk şəhərində donanmaya yeni baza inşa edib və 2020-ci ilin iyununda burada gəmilərin ilk paradını da keçirib. Yerli sakinlərdən biri deyib ki, o gündən bəri hər il keçirilən paraddan sonra sahilə yaxın ərazidə çox sayda ölü balıq və neft yığılır: "Təxminən 30 il öncə dəniz çox canlı idi, amma indi yox. Yayda gəmilərə doğru üzüb, nə baş verdiyini gördüm. Bunun bir səbəbi Xəzər donanmasıdır". Başqa bir sakin də deyib ki, suyun daha təmiz olacağına ümid edərək doqquz il öncə paytaxt Mahaçqaladan Kaspiyskə köçüb. Bu müddət boyunca durumun çox dəyişdiyini söyləyən həmin sakin hər il keçirilən dəniz paradlarının təsirindən də danışıb: "Gəmilər limanda deyil, sahilə yaxın yerdə lövbər salır. Bütün günü yanacaq yandırdığından mühərriklərin səsindən qulaq tutulur. Təbii ki, tullantılar dənizə axıdılır. …Sonra gəmilər atəş açmağa başlayır. Dəhşətli ab-hava yaranır. Yanıq qoxusu hətta bağlı pəncərələrdən keçib evə daxil olur... Nəfəs almaq mümkün olmur". Hər il sentyabrda dənizdə təlim keçirən Hərbi Dəniz Qüvvələri builki tədbirə 30-dan çox hərbi gəmini cəlb edib. Təlim çox uzaqda keçirilsə də, qaynaqlarımızın bilgilərinə görə, yanacaq qalıqları və ölmüş balıqlar yenə də sahilə yığılır. Jurnalistlər çevrənin çirklənməsini və suitilərin kütləvi ölümünü həm təlim, həm də raket zərbələri ilə əlaqələndirirlər. "Kalibr" və  "X-55" raketlərində dənizə tökülə bilən zəhərli raket yanacağından istifadə edilir. Amma Rusiya hərbi donanmasının Xəzər dənizinə və çevrəsinə necə təsir göstərdiyini ölçmək üçün heç bir müstəqil elmi araşdırma aparılmayıb.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ