Bazar günü günü, 25 oktyabr 2026
     

ABŞ Ermənistan ərazisindən bu ölkəyə hücum edəcək...

Image


“Rusiya-Ukrayna münaqişəsində bir-birinin maraqlarını bölüşməyən ən azı iki qrup aşkar şəkildə ortaya çıxıb. Birincisi, əlbəttə ki, Rusiya ilə tərəfdaşlıq münasibətləri qurmaq və bəlkə də köhnə Avropanı sındırmaq üçün Ukraynanı “atmağa” hazır olan Trampın Amerikasıdır. İkinci hissə isə Orbanın rəhbərlik etdiyi Macarıstan və Fikonun rəhbərlik etdiyi Slovakiya istisna olmaqla, demək olar ki, bütün Avropa ölkələridir”. Bu fikirlər Ermənistanın “armenianreport” portalında yer alıb.

Nəşr yazır ki, Trampın ABŞ-da hakimiyyətə gəlməsi Ermənistan üçün o qədər də yaxşı məna kəsb etmir, lakin bu, faciə deyil: “Belə bir vaxtda Rusiyanın RT agentliyi tərəfindən yayılan bir xəbər ortaya çıxıb. Məlum olur ki, iyul-avqust aylarında ABŞ Silahlı Qüvvələri Almaniyadakı bazalarından Ermənistandakı poliqonlara yüzlərlə texnika və nəqliyyat vasitələrini köçürməyi planlaşdırır. Portalın məlumatına görə, ABŞ Ordusu Logistika Komandanlığı Almaniyanın Dülmen şəhərindəki hərbi bazadan Ermənistandakı Zar bazasına texnika daşımağı planlaşdırır. Avqust-sentyabr aylarında, yəqin ki, təlimlərdən sonra qoşunların Almaniyaya qayıtması planlaşdırılır. Görünür, Amerika hələ də hərbi bazalar şəbəkəsindən və dünyanın bir çox regionlarında hərbi mövcudluğundan əl çəkməyib. Yeri gəlmişkən, bütün Amerika qoşunlarının Almaniyaya qayıdacağı fakt deyil. Ola bilsin ki, buranı kimsə "bəyənsin". Pentaqon, gördüyümüz kimi, Rusiya məlumatlarını "şərh etmir". Bu o deməkdir ki, bizim üçün ciddi və maraqlı nəsə planlaşdırılıb. Amerika əsgərləri, xüsusilə Yəməndəki davranışı Vaşinqtonda bir çoxlarının narazılıqla qaşlarını çatmasına səbəb olan İrana qarşı tarazlıq yaratmaq üçün Cənubi Qafqazda peyda olacaqlar. Ancaq Vaşinqtondan bizi öz himayəsinə götürməsini tələb etməklə, ölkəmizin ərazisi və infrastrukturundan istifadəyə görə “ödəniş” kimi bu oyunu öz xeyrimizə oynaya bilərik”. Rusiyalı politoloq Yevgeni Mixaylov bunların fonunda qeyd edir: “Avropa İttifaqı ilə ABŞ arasındakı çətin vəziyyəti nəzərə alaraq, Vaşinqtonun hərbi texnikasının bir hissəsinin Amerika rejiminə dost olan Ermənistana köçürülməsinə təəccüblənmirəm. Təbii ki, ABŞ Trampın başqa maraqlarının olması ilə bağlı bəyanatları fonunda Cənubi Qafqazı tamamilə tərk etmək niyyətində deyil. İrəvan kimi dayağı olan Tramp bundan istifadə edərək Ermənistan ərazisindən İrana nəzarət, yaxud Ermənistan ərazisindən İrana hücum edəcək. Deməli, Amerikanın Cənubi Qafqazda imkanlarının güclənməsi, prinsipcə, gözlənilən hadisədir. Mən də güman edirdim ki, Trampın gəlişi ilə amerikalılar bu istiqamətə daha az baxacaqlar. Amma sual başqadır. Bu, konkret olaraq Azərbaycan və Rusiyaya qarşı mübarizənin gücləndirilməsidirmi? Yoxsa bu, İranla mümkün münaqişədən əvvəl möhkəmlənmək cəhdidir? Bu böyük sualdır. Düşünürəm ki, Moskva istənilən halda bütün bunları indi izləyir. Vaşinqtonla daim təmasdayıq və çətin ki, amerikalılar yaxın gələcəkdə Cənubi Qafqazda hər hansı təhlükəsizlik təhdidi yaratsın. Amma ermənilərdən olduğu kimi, onlardan da hər şey gözləmək olar. Beləliklə, hadisələrin istənilən dönüşünə hazır olmalıyıq”. Mixaylov Azərbaycanın Türkiyə və Rusiya kimi müttəfiqlərinin olduğunu da qeyd edib: “Aydındır ki, belə bir vəziyyətdə Vaşinqtonun Azərbaycana qarşı Ermənistana hər hansı dəstək vermək qərarına gəlməsi mümkün deyil. Gürcüstanın ilk növbədə öz milli maraqlarını gücləndirməyə yönəlmiş siyasət yeritdiyini nəzərə alsaq, bu, indi faktiki olaraq Cənubi Qafqazda yeganə forpost halına gələn Ermənistan ərazisində Amerika dayaqlarının möhkəmlənməsidir. Azərbaycan İrəvanın təcili razılaşma ilə bağlı vədlərinə diqqətlə yanaşmalı və bu danışıqlar prosesində güclü mövqedən çıxış etməlidir. Çünki güclü dövlət uduzmuşların, sülh müqaviləsi üçün əlverişli şərtlər təklif olunanların, hələ də təpik atanların şıltaqlığına dözməməlidir”.

Baş verənlərə münasibət bildirən erməni politoloq Suren Sarkisyan xatırladır ki. ötən ilin iyulun 16-dan avqustun 7-dək Ermənistan-ABŞ təlimləri keçirilib. Onun sözlərinə görə, bu yaxınlarda elan olunacaq birgə təlimə hazırlıq gedir: “Sözügedən Amerika texnikası əvvəlki hərbi təlimlərdən sonra olduğu kimi, sentyabrın 20-dək Ermənistanda qalacaq”. Rusiyalı analitik, Stanislav Tarasov isə bildirir ki, ABŞ hazırda Ukrayna məsələsi ilə məşğuldur, Ermənistanın bu hərbi təlimləri regionda ön plana çıxarması marginal xarakter daşıyır, orada heç bir perspektiv yoxdur və bu, Ermənistana problem yaradır, təhlükəsizliyini təmin etmir. Tarasov İlham Əliyevlə Paşinyanın yürütdüyü siyasətdəki fərqə toxunaraq, Ermənistanın baş nazirinin faktiki olaraq Ukrayna münaqişəsinin həllini gözləmədən özünü Qərbin qucağına atmasına diqqət çəkib: “İndiki mərhələdə Cənubi Qafqazda hərbi eskalasiya üçün real ilkin şərtlər var. Halbuki eskalasiyanı heç kim istəmir - Türkiyə buna hazır deyil, İran belə bir addım atmayacaq, Rusiya və ABŞ-ın buna vaxtı yoxdur və Avropa da təşkilatlanmayıb”. Tarasov bildirib ki, Rusiya ABŞ-Ermənistan mümkün hərbi təlimi haqda prosesi izləyir: “Bu, Ermənistanın qərarıdır, əgər Paşinyan öz işi ilə məşğul olmaq qərarına gəlibsə, bunu etsin. Ermənistan üçün KTMT praktiki olaraq mövcud deyil, o, tezliklə Aİİ-dən də çıxacaq. Qalib gələ bilənlərlə hərbi təlimlər keçirmək lazımdır”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ