Bazar günü günü, 25 oktyabr 2026
     

İlham Əliyev Trampa mesaj verdi - Azərbaycan Sizdən bunları gözləyir...

Image


Abutalıb Səmədov: “Aydın olan əsas məsələ odur ki, ABŞ Azərbaycanın əhəmiyyətini anlayır və Azərbaycanla münasibətləri daha da sıxlaşdırmaq qənaətinə gəlib”

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir sıra məsələlərə yer verib. Prezident Əliyev eyni zamanda Azərbaycanın ABŞ-ın yeni rəhbərliyindən gözləntilərini bəyan edib. Azərbaycan Prezidenti bildirib:

“Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.

Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümid edirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək".

Tramp hökumətindən nə kimi addımlar gözləyə bilərik ki, bu ümidləri doğrultsun?

“Azərbaycanın ABŞ-la yaxınlaşmaq imkanı daha çoxdur”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Bayden adminsitrasiyası bir çox məsələlərdə olduğu kimi, Cənubi Qafqaza münasibətdə də son dərəcə yanlış siyasət yürüdüb. “Onlara elə gəlir ki, Ermənistan antirus bəyanatları verməklə, KTMT-nin işində iştirak etməməklə, üzvlük haqqını dayandırmaqla və digər addımlarla Rusiyanı zəiflədə bilər. Bu səbəbdən, prezident Bayden və onun yaxın ətrafı Azərbaycana qarşı ədalətsiz siyasət yeridirdi, Ermənistanı bütün məsələlərdə dəstəkləməyə çalışırdı. Hətta son nəticədə Ermənistanla strateji tərəfdaşlıq haqqında sənəd də imzaladılar. Təbiidir ki, dünyanın super gücünün rəhbərinin bu mövqeyi münasibətlərimizə çox ciddi şəkildə təsir etdi, ABŞ sülh danışıqlarından kənarda qaldı. Çünki artıq tərəfsizliyini itirmişdi və vasitəçi ola bilməzdi. Baydendən fərqli olaraq, Tramp ilk növbədə Amerikanın iqtisadi maraqlarını önə çəkir və ABŞ vətəndaşlarının daha yaxşı yaşaması, Amerikanın bir dövlət kimi iqtisadi yüksəlişinin təmin olunması barədə düşünür, yedək dövlətlərdən uzaq olmağa çalışır. Ermənistan kimi hər dəfə Vaşinqtona yol tapıb müxtəlif məsələlərlə bağlı xahişlər edən, ABŞ-dan nəsə qoparmağa çalışan yedək dövlətləri Tramp qəbul etmir. Onlara münasibəti həddindən artıq pisdir. Elə Tramp yeni prezident seçkilərində qalib gəldikdən sonra Paşinyanın ABŞ-a uğursuz səfəri bu reallığı bir daha nümayiş etdirdi. Böyük ümidlərlə ABŞ-a səfərə getdi, hətta Trampın andiçməsini belə gözləyə bilmədi və nəticə də Ermənistan üçün son dərəcə xoşagəlməz oldu”.

A.Səmədovun sözlərinə görə, Tramp administrasiyanın dünyada sülhə verdiyi böyük əhəmiyyət, təbiidir ki, bizi çox sevindirir. A.Səmədov qeyd etdi ki, çünki Azərbaycan uzun illərdir bölgədə sülhün təmin olunması üçün ələndən gələni edir, Azərbaycan-Ermənistan sülh sazişinin baza prinsiplərini də Azərbaycan təqdim edib. “Bu illər ərzində Ermənistan prosesi nə qədər ləngitməyə çalışsa da, son nəticədə Azərbaycanın mövqeyinə gəlmək və özünün müəyyən pozucu iddialarından imtina etmək məcburiyyətində qalıb. Son günlər Ermənistanın son iki razılaşdırılmayan müddəada Azərbaycanın mövqeyini dəstəkləməsi bunu bir daha sübut etdi. Orda əsas rol kimə məxsusdur? Əvvəllər olduğu kimi, müəyyən konstruktiv addımların atılmasında Ermənistanın Qərbdəki “dostları” bu məsələdə Paşinyana məsləhətmi verdi? Yoxsa Azərbaycanın rəhbərliyinin tutduğu qəti mövqemi Paşinyanı bu addımı atmağa sövq etdi? Hər iki variant mümkündür. Əsas məsələ odur ki, Tramp administrasiyasının dünyada sülhü təmin etmək istiqamətində atdığı addımlar bizdən də yan keçmədi. Bugünlərdə sülh sazişinin razılaşdırılmayan iki bəndinin də razılaşdırılması, təbiidir ki, həm bizi, həm də ABŞ-ı çox sevindirib. Şübhə yoxdur ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-ın maraqlarına hamıdan çox cavab verən bir dövlətdir. Çünki böyük iqtisadi potensialı var, təbii sərvətləri var, ən əsası, Azərbaycan hakimiyyəti uzun illərdir bölgədə əməkdaşlığı, iqtisadi inkişafı təmin etməyə yönəlmiş siyasət yeridir, kimlərəsə xidmət etmək, kimlərinsə maraqlarının ifadəçisinə çevrilmək xətti tutmur. Bu səbəbdən Azərbaycanın ABŞ-la yaxınlaşmaq imkanı daha çoxdur. Bu da məlumdur ki, Trampın bundan əvvəlki prezidentlik dövründə Azərbaycan 44 günlük müharibədə böyük qələbə qazandı. Ermənistanın bütün gözləntilərinə baxmayaraq, Tramp administrasiyası ermənilərin mövqeyində dayanmadı. Bu səbəbdən öz ağır məğlubiyyətlərində Ermənistan təmsilçiləri həm Rusiyanı, həm ABŞ-ı kəskin şəkildə günahlandırırdılar. Bir özlərindən başqa, demək olar ki, günahı hamıda görürdülər. Ancaq anlamaq istəmirdilər ki, ABŞ-ın o dövrdəki lideri Ermənistanın işğalçı siyasətini qəbul etmir və anlayır ki, Azərbaycanın işğal altında olan əraziləri azad olunmalıdır. Əgər bu sülh yolu ilə alınmırsa, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmursa, deməli, başqa çıxış yolu qalmır.

Trampın Yaxın Şərq üzrə təmsilçisinin bugünlərdə Putinlə görüşdən dərhal sonra Bakıya gəlməsi də çox mühüm hadisə kimi qiymətləndirilməlidir. Burda hansı danışıqlar aparılıb, hansı addımların atılması barədə razılıqlar əldə olunub, bu barədə elə bir informasiya yoxdur. Aydın olan əsas məsələ odur ki, ABŞ Azərbaycanın əhəmiyyətini anlayır və Azərbaycanla münasibətləri daha da sıxlaşdırmaq qənaətinə gəlib. Bu istiqamətdə atılacaq növbəti addımlar, təbiidir ki, münasibətlərimizin daha da yaxınlaşmasına xidmət edəcək. Azərbaycan bölgədə konstruktiv və cəsarətli siyasət yeridən, heç kəsə xidmət etməyə cəhd göstərməyən, öz maraqlarını hər şeydən yüksək tutan bir dövlət olaraq ABŞ-ın da maraqlarına səbəb olmaya bilməz. Tramp bu cür dövlət maraqlarını hər şeydən üstün tutan hakimiyyətlərlə əməkdaşlıq etməyə çox böyük əhəmiyyət verir. Azərbaycan bu cəhətdən də ABŞ üçün əhəmiyyətlidir. Ümid edirik ki, 907-ci düzəlişin yaxın vaxtlarda fəaliyyəti bir il dayandırılacaq və bu, Azərbaycana yönəlik çox müsbət bir addım olacaq. Tamamilə mümkündür ki, Trampın təmsilçisinin Bakı səfəri zamanı bu məsələ də onun diqqətinə çatdırılıb. Ən əsası, artıq Rusiya ilə ABŞ arasında əvvəlki səviyyədə qarşıdurma yoxdur və Azərbaycan-Ermənistan sülh sazişinin ABŞ-ın hansısa formada iştirakı ilə imzalanması Rusiyada da ciddi narazılıq doğurmayacaq. Bu da münasibətlərimizin yaxınlaşmasına öz töhfəsini verəcək”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ