Bazar ertəsi günü, 26 oktyabr 2026
     

ABŞ-la Rusiyanın gizli Ukrayna razılaşması? - “Ərazilərin qaytarılması”...

Image


Bəhruz Quliyev: “Birləşmiş Ştatlardan Ukraynanın torpaq itkisini faktiki qəbul edən ifadələr səslənib”

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanında Rusiya-ABŞ danışıqları keçirilib. Rusiya nümayəndə heyətinin üzvü Uşakovun sözlərinə görə, görüş pis keçməyib. O bəyan edib ki, Rusiya və ABŞ bir-birinin maraqlarını nəzərə almağa razılaşıblar.

Danışıqlar keçirilməzdən əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynaya ərazi güzəştlərinin mümkünlüyünü rədd edərək bildirib ki, nizamlanma prosesində bu barədə söhbət belə gedə bilməz. 2022-ci ildə prezident Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb. Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Donetsk, Luqansk vilayətləri tam, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.

Görüşdən hələ xeyli əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan etmişdi ki, Ukrayna torpaqlarının geri qayıtması və bu ölkənin NATO-ya üzv olması istisna olunur. Bununla, faktiki olaraq, torpaqların itkisini bəyan etmişdi. İndi də Ər-Riyad görüşündən sonra ruslarda belə bir fikir var ki, torpaqları heç bir halda güzəştə getməyəcəyik. Əslində bu o deməkdir ki, bu gün Rusiya ilə ABŞ Ukrayna və Avropanın ziddinə olaraq başqa mövqedədilər. Yəni Ukrayna torpaqlarının geri qaytarılması üzərində heç ABŞ da təkid etmir, prosesin belə getməsi də Rusiyanın ürəyincədir. Bu baxımdan ola bilərmi ki, Rusiya ilə ABŞ arasında Ukrayna torpaqları məsələsində bir gizli sövdələşmə olsun? O mənada ki, ABŞ bunun üstünü vurmaz, Rusiya da torpaqların onda qalmasında dirənəcək. Yəni iki tərəfdən verilən bu bəyanatlar Ukrayna torpaqlarının geri qayıtmayacağı ilə bağlı Rusiya və ABŞ-ın gizli bir sövdələşməsindən xəbər verir. Bu nə dərəcədə ciddi və real ehtimaldır?

“Kreml əldə etdiyi ərazilərdən əl çəkmək fikrində deyil və bunu müzakirə predmetinə belə çevirmək istəmir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, ABŞ-Rusiya anlaşması ehtimalını ciddi şəkildə nəzərdən keçirmək lazımdır: “Çünki böyük güclərin geosiyasi məsələlərdə rəsmi ritorikası ilə real niyyətləri arasında fərqli mövqeləri ola bilər. Tarixdə dəfələrlə belə hallar baş verib. Əgər ABŞ-ın son bəyanatlarını təhlil etsək görərik ki, Ukraynanın torpaq itkisini faktiki qəbul edən ifadələr səslənib. Vitse-prezident Cey Di Vensin dedikləri açıq-aşkar göstərir ki, Vaşinqton artıq Ukraynanın NATO-ya qəbulunu və bütün torpaqlarını geri qaytaracağını real saymır. Bu isə o deməkdir ki, ABŞ uzunmüddətli perspektivdə Ukraynaya verilən dəstəyi yenidən nəzərdən keçirir və bəlkə də, artıq Rusiya ilə müəyyən kompromis variantlarını müzakirə edib. Rusiya tərəfdən isə Lavrovun və Uşakovun açıqlamaları göstərir ki, Kreml əldə etdiyi ərazilərdən əl çəkmək fikrində deyil və bunu müzakirə predmetinə belə çevirmək istəmir. Əgər ABŞ həqiqətən də Ukraynanın ərazi bütövlüyü məsələsini arxa plana keçirirsə, bu, dolayısı ilə Moskvanın mövqeyinə uyğun gəlir. Son hadisələrin təhlili də göstərir ki, ABŞ artıq mövqeyini ortaya qoyub. Bunu Avropanın və Ukraynanın necə qəbul etməsindən asılı olmayaraq, hələlik görüntü belədir”.

Politoloq B.Quliyevin fikrincə, hər hansı bir gizli sövdələşmənin olub-olmadığını sübut etmək isə çətindir: “Çünki böyük güclər adətən belə məsələləri açıq şəkildə razılaşdırmır, əvəzində siyasi bəyanatlar və addımlarla bunu göstərirlər. Amma indiki vəziyyətə baxanda görünən budur ki, ABŞ və Rusiya Ukraynanın gələcəyi ilə bağlı fərqli yanaşmalar sərgiləsələr də, torpaqlar məsələsində açıq münaqişəyə girmək istəmirlər. Əgər bu tendensiya davam etsə, dünyada yeni bir münaqişə ocağı yaranacaq ki, bu da maraqlı dövlətlər üçün uzun illər istifadə predmetinə çevriləcək. Faktiki olaraq, Ukraynanın torpaq itkilərinin beynəlxalq səviyyədə "dondurulmuş münaqişə" kimi qəbul edilməsi ehtimalı artır. Yəni heç bir rəsmi müqavilə olmadan, amma faktiki şəkildə bu ərazilərin Rusiyanın nəzarətində qalması mümkündür. Bu ssenari ABŞ və Rusiyanın qlobal strateji maraqları çərçivəsində hər iki tərəfi müəyyən mənada qane edə bilər. Ancaq burada bir sual da var: indiyə qədər Ukraynanın yanında olan Avropa İttifaqı və Ukraynanın özü buna necə reaksiya verəcək? ABŞ-la Rusiya arasında belə bir razılaşma varsa belə, Avropa ölkələrinin, xüsusən də Polşa, Baltikyanı ölkələr və Böyük Britaniyanın buna hansı mövqedə dayanacağı hələ bəlli deyil. Bundan əlavə, Zelenskinin bu dönəmdə Türkiyəyə səfəri və ordan verilən mesajlar deməyə əsas verir ki, rəsmi Ukrayna bu danışıqlarla qane olmur və torpaqlarının üçdə birinin itirilməsi ilə barışmır. Ukrayna bu cür davam edərsə, bu "sövdələşmə" tam olaraq gerçəkləşməyə bilər. Belə bir razılaşmanın mümkün olduğunu demək olar, amma onun tam olaraq necə və nə zaman reallaşacağı geopolitik vəziyyətin inkişafından asılı olacaq. ABŞ-ın açıq şəkildə Ukraynanın bütün torpaqlarını qaytarmaqdan imtina etməsi isə Avropa ilə yeni meydanda üz-üzə gəlməsidir. İndiki məqamda ABŞ-ın Avropanın, ya Rusiyanın yanında olacağını demək də çətindir. Düşünürəm ki, heç Avropa İttifaqı da bu cür sövdələşməni həzm etməyəcək”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ