Bazar günü günü, 08 noyabr 2026
     

Paşinyan ölkəsini hara aparır - "Gələcək məndən asılıdır" sözləri müzakirədə...

Image


Ermənistanın gələcəyi məndən asılıdır. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib. Daha sonra o bildirib:

“Mən Ermənistanın baş naziri kimi indi ölkənin müstəqilliyinin müdafiəsi hərəkatına rəhbərlik edirəm. Və Nazirlər Kabinetinin rəhbəri olmasaydım belə, bir vətəndaş kimi baş nazirin arxasınca gedəcəkdim. Ermənistanın gələcəyi həm də onun vətəndaşlarından asılıdır. Vətəndaşların müstəqillik, demokratiya, xoşbəxtlik uğrunda bu mübarizədə qalib gələcəyinə əminəm”.

Doğrudanmı, Paşinyanı Ermənistan müstəqilliyindən  sonra ölkəyə rəhbərlik edənlərdən ən ağıllısı saymaq olar? Yürütdüyü siyasətlə o, öz xalqını cəhalətə, yoxsa işıqlı gələcəyə aparır?

Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın geosiyasi aləmdə dərdi çox böyükdür: “Dərd deyəndə, mən ilk növbədə problemi nəzərdə tuturam. Çünki bu ölkə süverenliyini 91 - ci ildə elan etdikdən sonra hələ indiyə qədər belə bir tutarlı, ciddi və inandırıcı addım atmayıb ki, öz hüquqlarından, müstəqilliyindən istifadə edib, normal inkişaf meyllərinə yaxınlaşa biləcək sistem qursun. Belə olduğu halda hər zaman insanlar ölkələrini tərk edirlər. Biz görürük necə Böyük Afrikadan miqrantlar kütləsi Avropaya doğru hərəkət edir. Bu proses tək Afrika ölkələrində deyil. Orada institutlar təşəkkül tapmayıb. Hakimiyyətdə olan qüvvələrin qarşısında xeyli sayda problem olduğu halda, onlar öz klan məsələlərini həll edirlər, korporotiv maraqlarına qulluq edirlər. İnsanlar özbaşına qalaraq, çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Ermənistanda məhz bu proses baş verir. Biz görürük ki, Ermənistanda yaşayan insanların sayı 2 milyondan da aşağıdır. Miqrasiya dalğası dayanmır. Afrikalılardan, asiyalılardan fərqli olaraq, ermənilər daha çox erməni diasporlarının təşəkkül tapdığı ölkələrə üz tuturlar. Bunlar əsasən ABŞ, Fransa, Argentina, Rumıniya, Yunanıstan kimi ölkələrdir. Təbii ki, belə olduğu halda Paşinyan çox böyük hərəkət qarşısındadır. Mən düşünürəm ki, hakimiyyətdə olan iki şəxs, birincisi Ter-Petrosyan, ikincisi isə Paşinyan az-çox anlayırlar ki, belə getməyəcək. Bir halda ki, ölkənin xarici siyasət arenası düşmənçilik prinsipi üzərində qurulur, bu xüsusda Azərbaycan və Türkiyə düşmən adlandırılırsa, demək onlar daimi savaşa, qarşıdurmaya kökləniblər. Təsadüfi deyil ki, 1997 - ci ildə Ter-Petrosyanın  böyük məqaləsi çap olundu. O bildirdi ki, biz bu yolla getsək heç vaxt uğur qazana bilməyəcəyik. Çünki, birincisi, Azərbaycanla   danışıqlara gedib, razılığa gəlməliyik. Digər tərəfdən də, biz heç vaxt dünyaya Qarabağın ermənilərə mənsub olmasını tanıtdıra bilməyəcəyik. O, həqiqətən də uzaqgörən adam kimi sözün düzünü dedi. Amma bunun müqabilində onu devirdilər və hətta həyatına təhlükələr var idi. İndi mən görürəm ki, vaxtilə onun tələbəsi olmuş Nikol Paşinyan da bu ab- havadadır ki, Ermənistanın xarici siyasətini dəyişmək lazımdır. Bir halda ki, ölkə aqressiv siyasət həyata keçirir, o heç vaxt deyə bilməz ki, bizdə demokratiya inkişaf edir. Ancaq bunlar deyir. Qərbdən də bəzi qüvvələr dəstək verirlər. Guya Ermənistan demokratiya qurluşunda hamıdan öndə gedir. Ola bilməz. Baxın görün ölkə daxilində nələr baş verir. Birincisi, orda siyasi ölümlərin, siyasi təqiblərin olması öz yerində. Amma ölkə özü həqiqətən də azad seçim yolu ilə getmək istəyirsə, onlar gərək aqressiv planlarından əl çəksinlər, bölgədəki sabitlik rejiminə öz töhfələrini vermiş olsunlar. Mən elə başa düşürəm, Paşinyan hakimiyyətə gələndə çalışdı ki, prosesləri öz bildiyi, demokratik məcraya döndərsin. Hətta iki qısamüddətli danışıqlar əsnasında Prezident İlham Əliyevdən möhlət istəmişdi. Amma gördü ki, mümkün deyil. Cəmiyyət azğındı, siyasi qüvvələr hamısı aqressivdi və onlara çörək vermə, amma de ki türk bizim düşmənimizdir, Türkiyə ilə savaşsınlar. Odur ki, onun özünü də bu ab-hava, adamyeyənlik mühiti özünə tabe etdi. Axırda da Qarabağ Ermənistandır deyib, yallı da getdi. Faktiki olaraq, 20 - ci ildəki məğlubiyyətdən sonra yenidən Paşinyana səs verdilər ki, biz Qarabağdan gəlmiş əyalət düşüncəli  Köçəryanı, Sarkisyanı inkar edirik. Onlar bizə lazım deyil. Biz sənə səs veririk ki, ölkədə sabitlik yaradasan, insanların rifahına səbəb olasan. Amma biz görürük ki, hələ də bunu edə bilmirlər. Azərbaycan istər - istəməz bu prosesdə Ermənistana kömək etmiş olur. Çünki Xankəndidə olan antiterror əməliyyatlarından sonra Qarabağ yükü Ermənistan hakimiyətindən xali olacaq. Ermənistan hakimiyyəti ondan özünü azad edəcək və etdi də. Təsadüfi deyil ki, prezident İlham Əliyev Nikol Paşinyanın qarışmama məsələsinə münasibət bildirirək onu təqdir etdi. Mənə elə gəlir ki, bu proseslərin hamısında Nikol Paşinyan gərək öz xalqının fikrini ifadə etsin, kim nə deyir desin, hakimiyyətdə varsansa gərək öz bacarığını nümayiş etdirəsən. Düşünürəm ki, onda bu potensial var və Paşinyanın bu gün də Ter- Petrosyanla - birinci müəllimi ilə təmasları var. Hər halda, Ermənistanda Ter-Petrosyanı hamı gözümçıxdıya salsa da, bütün səfirlər, diplomatlar onunla sıx əlaqədədirlər. Çünki bu adam həqiqətən də ağıllı adamdır, baş verən proseslərə düzgün qiymət verə bilir.  Paşinyan öz seçimini edib. Sadəcə, ona imkan verəcəklərmi ki, istədiyinə nail olsun? Bunun üçün də güc lazımdır”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ