Bazar günü günü, 14 dekabr 2025
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Gündəm
Siyasət
İqtisadiyyat
Dünya
Sosial
Kriminal
Mədəniyyət
İdman
Anklav (eksklav) ərazilər faktoru və geosiyasət...
Tarix: 06.03.2015 / 01:57
Bölmə: Siyasət
Naxçıvan, Kərki, Alyaska...
Bu gün dünyanın ayrı-ayrı regionlarında geosiyasi maraqların toqquşmasından irəli gələn konfliktlərin beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaratdığı bir reallıqdır. Enerji resursları, onların çatdırılması marşrutları, habelə hərbi dominantlıq üçün əlverişli ərazilərə nəzarəti ələ keçirmək uğrunda böyük güc mərkəzlərinin kəskinləşən qarşıdurması fonunda neçə-neçə dövlətin atəşə atıldığını, qan-qadaya sürükləndiyini müşahidə edirik.
Məhz belə geosiyasi oyunların ssenariləri etnik separatizm və dini radikalizm kartından istifadə olunmasını da nəzərdə tutur. Son illər beynəlxalq hüquqda təsbit olunmuş dövlətlərin ərazi bütövlüyü prinsipinin prioritetliyini mübahisələndirmək cəhdləri məkrli məqsədlərdən xəbər verir. Həmçinin, xalqların öz müqəddəratını təyin etməsi prinsipinin mahiyyətini təhrif etməyə yönələn addımların kölgəsində xüsusi maraqlar dayanır. Bütün bunlar uzun illər formalaşmış dövlətlərarası münasibətlər sisteminin dayanıqlı qalmasını sual altında qoyur.
Bir sıra konfliktoloqlar yuxarıda qeyd olunan proseslər fonunda anklav (eksklav) ərazilərə malik dövlətlərin yeni təhlükələrlə üzləşə biləcəyini vurğulayırlar. Bu məsələnin gündəmə gətirilməsi anklav (eksklav) ərazilər mövzusunda araşdırma və təhlilləri aktuallaşdırır. Öncə anklav ərazi termininin mənasına aydınlıq gətirək. Anklav bir dövlətin digər dövlətin ərazisi ilə tam əhatə olunmuş ərazisidir. Əgər belə ərazi bir deyil, bir neçə dövlətin tam əhatəsindədirsə, eksklav adlanır. Özgə ərazi ilə tam əhatə olunmayaraq dənizə (okeana, digər su hövzələrinə) çıxışa malik ərazilər var ki, terminologiyada yarıeksklav kimi qəbul olunub.
Dünyada anklav (eksklav) əraziyə malik onlarla dövlət var. Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, İspaniya, Özbəkistan, Efiopiya, Argentina və digərləri bu dövlətlərin sırasındadır. Həmin dövlətlərə məxsus müəyyən ərazilərin anklav (eksklav) vəziyyətinə düşməsinin səbəbləri müxtəlifdir. Bəzi araşdırmalar göstərir ki, ayrı-ayrı dövlətlərin müəyyən ərazisinin anklav vəziyyətində olması tarixi ədalətsizlik faktıdır. Belə ki, imperiyaların qurulması və çöküşü, dünya müharibələri, xüsusi siyasi-iqtisadi və hərbi çəkisi olan böyük dövlətlərin geosiyasi maraqlarına uyğun cızılan sərhədlər bəzi ölkələrin ərazi itkisinə, ərazi bütövlüyünün parçalanmasına gətirib çıxarıb.
Tarixi ədalətsizlik faktlarından konkret ikisi üzərində dayanmağı vacib bilirəm. Azərbaycanın qədim yurdu Naxçıvanın ölkə ərazisinin əsas hissəsindən ayrı düşməsi sovet hakimiyyəti illərində baş verib. 1920-ci ildə tarixi ərazimiz olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın eksklav əraziyə çevrilməsinin təməli qoyulub. Bu ədalətsizliyin acı nəticələri SSRİ-nin dağılmasından sonra özünü tam sərtliyi ilə göstərdi. Ermənistan-Azərbaycan münaqişəsinin alovlanması Naxçıvana da təsirsiz qalmadı. Ermənilər Azərbaycanın Naxçıvan Muxtar Respublikasının anklav ərazisi olan Kərki kəndini işğal etdilər. Bundan əlavə, Naxçıvan MR ərazisinin Ermənistan tərəfindən blokadada saxlanması münaqişə başlayandan bu günədək davam edir. Əlbəttə, Azərbaycan bu vəziyyətdə Naxçıvanın müdafiəsinin gücləndirilməsi, sosial-iqtisadi inkişafının təmin olunması yönündə bütün zəruri tədbirləri görür. Eləcə də MR-in nəqliyyat blokadasından çıxarılması üçün qonşu İran və Türkiyə dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verilir. Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşdırılması Naxçıvana yeni nəqliyyat dəhlizinin açılmasını mümkün edəcək. Bu gün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan çətin sülh danışıqlarının gündəliyində Naxçıvanın blokadasının götürülməsi məsələsi də müzakirə predmetidir.
Qardaş Türkiyənin timsalında da anklav ərazi ilə bağlı problemin aktuallığını görmək olar. Məlum olduğu kimi, I Dünya müharibəsinin nəticəsi olaraq Osmanlı imperiyası süquta uğradı. Bu süqutun ən ağrılı tərəflərindən biri ərazi itkiləri idi. Türkiyə Cumhuriyyəti qurularkən ağır savaşlardan keçməklə türk xalqı həm dövlətçiliyini xilas etdi, həm də ərazi suverenliyinin bərpasına nail oldu. O dövrdə bu suverenlik Osmanlının torpaq mirasını bütünlüklə əhatə etmədi və edə bilməzdi. Ancaq Türkiyə Cumhuriyyəti o vaxt gücü yetdiyi qədər öz suveren haqlarının, tarixi irsinin qorunmasında dirəniş göstərdi. Belə ki, Osmanlı dövlətçiliyinin banisi Süleyman şahın dəfn olunduğu türbənin yerləşdiyi ərazinin yeni cumhuriyyətin sərhədləri xaricində qalmasına baxmayaraq, oranın Türkiyəyə məxsus anklav kimi tanınması Lozanna sazişində öz əksini tapıb.
1973-cü ildə isə yaxınlıqda su anbarının tikintisi səbəbindən türbə Suriyada yeni əraziyə - Hələb vilayətinin Karakozak kəndi yaxınlığına köçürülüb. Bu anklav türk mehmetcikləri tərəfindən qorunurdu. 2011-ci ildən Suriyada vətəndaş müharibəsinin başlanması və getdikcə dərinləşməsi, son aylarda isə İŞİD terror qruplaşmasının bu ölkədə geniş əraziləri ələ keçirməsi Suleyman şah türbəsinin təhlükəsizliyi məsələsini gündəmə gətirdi. Bu vəziyyətdə Türkiyə Süleyman şahın məzarının öz sərhədlərinə yaxın təhlükəsiz əraziyə daşınmasını həyata keçirdi.
Göründüyü kimi, müəyyən tarixi şəraitlərdə ayrı-ayrı dövlətlərin anklav (eksklav) əraziləri üzərində öz suverenliyini həyata keçirməsi ciddi sınaqlarla üzləşə bilər.
Elə anklavlar (eksklavlar) var ki, onların yaranması prosesi dinc şəraitdə keçib. Burada hansısa ərazi mübahisəsi heç bir rol oynamayıb. Bu halda, əlverişli torpaq mübadiləsi və ya böyük iqtisadi mənfəət müqabilində ərazi güzəşti reallaşdırılıb. Belə addımlar tarixdə böyük imperiyaların öz ucqar əraziləri ilə bağlı yeritdiyi siyasətin xarakterik cəhətlərindən biridir. Məsələn, ABŞ-ın Alyaska ştatı keçmişdə Rusiyaya məxsus torpaq olub. 1867-ci ildə Rusiya tərəfindən ABŞ-a 7,2 milyon dollara (qızılla) satılıb. Alyaska şərqdə Kanada ilə əhatə olunub, Berinq körfəzinin kiçik sahəsi üzrə isə Rusiya ilə həmsərhəddir, Şimal Buzlu və Sakit okeanlara çıxışı var. Dünyada sahəsinə görə böyük yarıeksklavlardan biri hesab olunur.
Dünya tarixində müharibələrdə qalib (işğalçı ölkə və ya ölkələr qrupu üzərində) dövlətlərin çəkdikləri ziyanın əvəzində, beynəlxalq razılaşmaya görə, "torpaq payı"na yiyələndiyi hallar da mövcud olub. Həmin "torpaq payı"nın anklav və ya eksklav ərazi kimi yeni sahibinin ixtiyarına keçdiyi nümunələr də maraqlı tarixi faktlar sırasındadır. Məsələn, II Dünya müharibəsindən sonra, 1945-ci ildə Potsdam razılaşmasına əsasən, Şərqi Prussiyanın bir hissəsi olan Keniqsberq SSRİ-yə verilib. 1946-cı ildən Kalininqrad vilayəti adlandırılan bu ərazi RSFSR-in tərkibinə yarıanklav olaraq qatılıb. Polşa və Litvanın ərazisi ilə əhatələnmiş, Baltik dənizinə çıxışı olan vilayətin alman və litov əhalisi 1947-ci ildə Almaniyaya deportasiya edilib. SSRİ dağılandan sonra, yeni beynəlxalq sərhədlər nəzərə alınmaqla, Rusiyanın yarıeksklav ərazisi kimi tanınır.
Anklav (eksklav) ərazilər sahəsi, hüquqi statusu, əhalisinin sayı və etnik tərkibi, dini icmaların mövcudluğu, idarəetmə forması, iqtisadi potensialı, aid olduğu ölkə ilə kommunikasiya əlaqələri, hərbi-strateji mövqeyi və coğrafi özəllikləri baxımından fərqlənir. Beynəlxalq analitik mərkəzlər tərəfindən bu fərqlilikdən irəli gələn mürəkkəb reallıqlar barədə tədqiqatlar aparılır. Belə tədqiqatların aparılması anklav (eksklav) ərazilərin inkişaf perspektivlərinin proqnozlaşdırılmasına öz töhfəsini verir. Həmçinin, bu tədqiqatlar anklav (eksklav) ərazilərlə bağlı beynəlxalq hüquq normalarının təkmilləşdirilməsi üçün informasiya mənbəyi kontekstində əhəmiyyətlidir.
Bəzi təhlillərə görə, federasiya və konfederasiya quruluşlu birliklərdə oturuşmuş siyasi-hüquqi sistem, iqtisadi tərəqqi, birgə təhlükəsizlik maraqları və mədəni inteqrasiya üzv ölkələrə məxsus anklav (eksklav) ərazilərlə bağlı ziddiyyətlərin nizamlanmasına zəmin yaradır. Həmçinin, unitar tipli dövlətlərin də iqtisadi-hərbi güc daşıyıcısı, zəngin mədəni irs sahibi olması, tolerant cəmiyyət quruculuğu faktoru anklav (eksklav) ərazilərində suverenlik funksiyalarının qətiyyətlə həyata keçirilməsini şərtləndirir.
Anklav (eksklav) ərazilərinin olması dövlətlər üçün müəyyən dərəcədə təhlükəsizlik risqi yaradır və onların saxlanması üçün iqtisadi xərclərini artırır. Həmin təhlükəsizlik risqləri arasında əsasən qonşu dövlətlərin ərazi iddialarından yaranan hərbi xarakterli təhdidləri, anklavın (eksklavın) əhalisi tərkibində etnik və dini icmaların separatizmə meyllənməsini və ya buna kənardan təhrik edilməsini, ölkənin əsas ərazisindən təcrid şəraitində yaşamağın çətinliklərini əsas gətirən müəyyən yerli əhali qruplarının ərazidən miqrasiyasını və əhali məskunlaşmasının zəifləməsini göstərmək olar. Anklavın (eksklavın) sosial rifahı isə ölkənin əsas ərazisi ilə kommunikasiya əlaqələrinin davamlılığından, iqtisadi inkişaf üçün yerli imkanlara bağlı infrastrukturun formalaşmasından xeyli dərəcədə asılıdır. Qeyd olunan məsələlər dövlətlərdən uğurlu siyasi-iqtisadi strategiya, incə diplomatiya, təhlükəsizlik çağırışlarına adekvat addımlar atmağı tələb edir. Bu parametrlər baxımından ölkəmizin təcrübəsi unikaldır və gördüyü işlər uzaqgörənliyin, praqmatizmin təzahürüdür.
Hansısa hərbi təhdidlə üzləşməsindən, iqtisadi təzyiqə məruz qalmasından, hərbi-siyasi bloklara və ya iqtisadi ittifaqlara qəbul olunması şərtlərindən asılı olmayaraq, heç bir dövlət öz iradəsi ilə əraziləri üzərində hüquqlarının məhdudlaşdırılmasına razılaşmaz, habelə torpağının bir qarışını belə güzəştə getməz. Ərazi bütövlüyü dövlətin anklav(eksklav) ərazisini də özündə əhatə edən vahidliyi, bölünməzliyi və müstəqilliyinin təməl prinsipidir. Dövlətlər bu təməl prinsiplərin qorunmasında dəstək qazanmağa həmişə həssas yanaşıb. Tarixə nəzər salsaq, bəzi ölkələrin anklav (eksklav) ərazilərinin toxunulmazlığının qarantı qismində nüfuzlu dövlətlərin dayandığını görürük. Bu faktorun özü də anklav (eksklav) ərazilərin geosiyasət müstəvisində xüsusi yerinin göstəricisidir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi
- saxlananlar var... -VİDEO
Tarix: 13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…
Tarix: 13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə
- Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...
Tarix: 13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...
Tarix: 13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...
Tarix: 13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı -
təsadüf, ya....
Tarix: 13.12.2025 / 12:44
Müdafiə Nazirliyində hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi
Tarix: 13.12.2025 / 12:10
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
Tarix: 13.12.2025 / 01:27
Rusiya-Ukrayna müharibəsi Qara dənizdən sonra Xəzərə də sıçradı
– “Lukoil”un iki neft platforması vuruldu...
Tarix: 12.12.2025 / 21:34
Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb...
Overçuk yenə danışdı...
Tarix: 12.12.2025 / 21:19
Venesuela neft blokadasında
- Maduro Belarusdan sığınacaq istədi...
Tarix: 12.12.2025 / 21:05
İrəvanda "Arsax" sözü işlədən media bağlandı...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...
Tarix: 12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib? - 23 min nə deməkdir?
Tarix: 12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...
SON XƏBƏRLƏR
13.12.2025 / 23:06
Elxan Nəcəfov nazir olandan İstanbuldakı naxçıvanlı uşaqların təhsil hüququ pozulur...
13.12.2025 / 19:25
Rusiyadan ABŞ-a mesaj
– o sənədlər bizi məmnun etməyə bilər…
13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi
- saxlananlar var... -VİDEO
13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…
13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə
- Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...
13.12.2025 / 17:06
Aeroportda özünü şübhəli aparan şəxsin mobil telefonundan görün nə çıxdı...
13.12.2025 / 16:49
İrandan gələn narkotiki Salyanda satmaq istəyənlər tutuldu
13.12.2025 / 16:31
Ərdoğandan Odessada türk gəmisinin vurulmasına reaksiya
- onlara zərər vurar…
13.12.2025 / 16:18
Nizamidə quldurluq edib Tərtərdə gizlənirdi... yaxalandı...
13.12.2025 / 15:17
Bakıda sulu qar yağacaq
- XƏBƏRDARLIQ
13.12.2025 / 14:49
Trampın Avropanın daxili işinə müdaxiləsi kəskin rədd edildi...
13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...
13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...
13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı -
təsadüf, ya....
13.12.2025 / 13:22
Qubada atasının pulunu oğurlayan yeniyetmə saxlanıldı
13.12.2025 / 12:44
Müdafiə Nazirliyində hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi
13.12.2025 / 12:10
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
13.12.2025 / 09:23
Universitet tələbələrinin dərsliklərlə bağlı ciddi problemi yaranıb...
13.12.2025 / 08:46
Tikintilərdə işçi həyatının qiyməti "3 qəpik olub"
- rəqəmlər dəhşətdir...
13.12.2025 / 01:27
Rusiya-Ukrayna müharibəsi Qara dənizdən sonra Xəzərə də sıçradı
– “Lukoil”un iki neft platforması vuruldu...
13.12.2025 / 00:48
Rusiya Ərdoğan-Putin görüşündən dərhal sonra Odessada Türkiyə gəmisini vurdu
- Qara dəniz müharibə meydanına çevrilir...
12.12.2025 / 22:16
Gürcüstanda aksiya qadağaları sərtləşdirildi…
12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...
12.12.2025 / 21:34
Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb...
Overçuk yenə danışdı...
12.12.2025 / 21:19
Venesuela neft blokadasında
- Maduro Belarusdan sığınacaq istədi...
12.12.2025 / 21:05
İrəvanda "Arsax" sözü işlədən media bağlandı...
12.12.2025 / 20:52
“Terrorsuz Türkiyə” ciddi problemlə üzləşib
- cinayətə batmamış PKK-çı necə təyin ediləcək...
12.12.2025 / 20:39
Tramp 907-ni ləğv etməsə, Azərbaycanda hörmətdən düşəcək...
12.12.2025 / 20:30
Naxçıvanın Kültəpə kəndində yas mərasimində qazdan kütləvi zəhərlənmə
- 23 qadın xəstəxanaya yerləşdirildi
12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib?
- 23 min nə deməkdir?
12.12.2025 / 20:15
Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
12.12.2025 / 20:12
Azərbaycan-Ermənistan-Türkiyə-Aralıq dənizi marşrutu Almaniyada nəzərdən keçirildi...
12.12.2025 / 19:58
AMEA-nın akademikləri də Mehdiyevin üzündən problem yaşayacaq...
12.12.2025 / 19:45
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır
12.12.2025 / 19:42
Rusiya Putinin həbsinə orderini qərar verən BCM hakiminə 15 il iş kəsdi...
12.12.2025 / 19:33
Aşqabadda bağlı qapılar arxasında 40 dəqiqlik zirvə
- Ərdoğanla Putin nəyi müzakirə etdi...
12.12.2025 / 19:27
Krımda qanunsuz iş aparan Ermitaj alimi Polşada tutuldu
- Qarabağı alt-üst etmiş əcnəbi alimlər isə...
12.12.2025 / 19:14
Məhkəmə sistemində tam yeni qurum yaradılır
- rəqabət gözləntisi doğrulacaqmı?...
12.12.2025 / 19:08
Türkiyənin tarixi şəhəri -
İzmir
12.12.2025 / 19:00
İran "mis mədənləri" ilə Ermənistanı Qərbin asılılığından qorumaq istəyir...
12.12.2025 / 18:53
Türkiyə səfiri: Heydər Əliyev qurucu bir liderdir
12.12.2025 / 18:47
Tramp NATO-dan çıxmaq adı ilə Avropanı şantaj edir(?)...
12.12.2025 / 18:35
Rəfail Hüseynov VHP-nin hansı(sa) nizamnamə maddəsini pozub?..
12.12.2025 / 18:21
Paşinyan “ermənilərin Qarabağa qayıdışı üzrə nə xəritə” hazırlayır...
12.12.2025 / 18:14
Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Heydər Əliyevin məzarını ziyarət edib
- FOTO
12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...
12.12.2025 / 17:55
Merz Trampın Avropa siyasətinə sərt cavab verdi...
12.12.2025 / 17:46
ABŞ Avropanı parçalayır... 4 ölkə Avropa Birliyindən çıxacaq
- Gizli plan sızdırıldı…
12.12.2025 / 17:34
Rusiya Belçikanın “Euroclear” şirkətini məhkəməyə verdi…
12.12.2025 / 17:25
Ailə sevgi və sədaqət ocağıdır
12.12.2025 / 17:20
ABŞ G7-yə alternativ yaradır
- Rusiya və Çinin də daxil olacağı Core-5 qrupu…
12.12.2025 / 17:15
MEDİA nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi
- FOTO
12.12.2025 / 16:55
Gələn il dünyanın müxtəlif nöqtələrində savaş enerjisi yüksələcək - 2026-cı ilin astroloji-siyasi təhlili
12.12.2025 / 16:31
Trampın Ukrayna planının daha bir detalı ortaya çıxdı
- silahsızlaşdırılmış zona Rusiya ərazisi kimi tanınacaq...
12.12.2025 / 16:14
Ukrayna Xəzərdə Rusiyanın iki gəmisini vurdu...
12.12.2025 / 16:01
Şahin Şıxlınskiyə yekun ittiham elan olundu
- işi aparan və ifadə verənlər ermənilərdir...
12.12.2025 / 15:48
Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır
12.12.2025 / 15:25
Şəhid ailələri üçün daşınmaz əmlakın qeydiyyatı rüsumlardan azad edilir
12.12.2025 / 15:11
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulur...
12.12.2025 / 14:26
Kiyev Donbasda bufer zonanın yaradılmasını dəstəklədi, ancaq şərtləri var…
12.12.2025 / 14:06
Türkiyənin tanınmış müdafiə sənayesi şirkəti Azərbaycanda fəaliyyətə başladı
12.12.2025 / 13:50
Azərbaycan əhalisinin sayı açıqlandı
12.12.2025 / 13:37
AMEA Ramiz Mehdiyevin akadamek adını alır
12.12.2025 / 13:28
Trampdan xəbərdarlıq
- Ukrayna münaqişəsi III Dünya müharibəsinə çevrilə bilər
12.12.2025 / 13:10
Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir
12.12.2025 / 12:52
Ramiz Mehdiyevin Dövlət Şurası və “son siyahı”
12.12.2025 / 12:44
Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib
12.12.2025 / 12:40
Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət etdi
- FOTO
12.12.2025 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- FOTO
12.12.2025 / 12:07
ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana gəlir
12.12.2025 / 11:25
Əli Əsədov: "Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər unikal xarakter daşıyır"
12.12.2025 / 11:18
"Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin işində fəal iştiraka hazırdır"
– Baş nazir
12.12.2025 / 11:13
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib
12.12.2025 / 11:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
12.12.2025 / 10:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- FOTO
12.12.2025 / 09:57
Zelenskidən Donbasla bağlı təəccüblü açıqlama
- referendum keçirilə bilər...
12.12.2025 / 09:25
MİDA-nın mənzillərindən "kiberbarmaqlar" kəsilmir ki, kəsilmir...
12.12.2025 / 09:06
Avropa Liqası - "Fənərbağça" darmadağınla qalib gəldi
12.12.2025 / 08:42
"Əldə balta ilə odun da doğramaq olar, adam da"
- məktəbdə uşağa verilən suala baxın...
12.12.2025 / 00:31
Ukrayna Xəzərdə “Lukoil”un neft platformasını vurdu
- 20-dən çox quyuda əməliyyatlar dayandı…
12.12.2025 / 00:06
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
- FOTO
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır
Populyar xəbərlər
Tarix: 29.11.2025 / 13:50
Müəllimi 8 saat məktəbdə tutmağın hədəfi budur,
planın uğuruna şübhələr var…
Tarix: 04.12.2025 / 18:53
Uşaqlarımızın "Mavi balina" bəlası yenidən qayıdıb...
Tarix: 19.11.2025 / 09:32
SOCAR prezidentinin qərarı ölkədə maaş disbalansını dərinləşdirəcək...
Tarix: 14.11.2025 / 13:09
Пашинян громит агентов России
- ПРЯМАЯ ТРАНСЛЯЦИЯ
Tarix: 17.11.2025 / 13:05
К.Саркисян: "Будет новый Бог - армянин". Иисус Христосян?
- ПРЯМАЯ ТРАНСЛЯЦИЯ
XƏBƏR ARXİVİ