Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycanda 30-a yaxın partiya fəaliyyətini könüllü dayandırdı....

Image


Aparılan araşdırmalar göstərir ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Lakin cari ilin mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb.  Ümumiyyətlə, son aylar Azərbaycanda 29 partiyanın siyasi fəaliyyətini dayandırdığı bildirilir.

Fəaliyyətini dayandıran partiyalar açıqlamalarda bunun səbəbini əsasən bu ilin əvvəlində qüvvəyə minən “Siyasi partiyalar haqqında” Qanunla izah edirlər. Məsələ burasındadır ki, yeni qanunda partiyanın qeydiyyatı üçün tələb edilən üzv sayı 1 mindən 5 minə qaldırılıb. Qanuna görə, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4 min 500-dən aşağı olduqda o, məhkəmə qərarı əsasında ləğv edilə bilər. Yeni qanunla partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyəti mümkün sayılmır. Belə halda cərimələr işə düşə bilər. Ekspertlərə görə, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra gözlənilən idi ki, Azərbaycanın siyasi səhnəsində heç bir çəkisi, siyasi proseslərə təsir imkanı olmayan partiyalar öz fəaliyyətini dayandıra bilər. İndi həmin gözləntilər özünü doğruldur. Yeni Azərbaycan Partiyasından (YAP) deputat Elman Nəsirov da “Turan”a bildirib ki,  qohumlardan ibarət partiyalar indiki reallıqda öz fəaliyyətini dayandırır: “Bu gün siyasi səhnəni tərk edən partiyalar 5 min üzvü cəlb edə bilmədilər. Çünki cəmiyyətdə etimad yoxdur və heç kim bu partiyalara üzv olmaq istəmir. Belə olan halda partiya fəaliyyətini dayandırmalıdır”.  Bu arada onu da qeyd edək ki, üzvlərinin reyestrində dəyişikliklər barədə məlumat vermədiyinə görə partiya cərimə oluna bilər. Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Buna əsasən, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 3 min manatadək cərimə ediləcəklər. Onu da xatırladaq ki, yeni qanunun qəbulundan sonra mövcud partiyalar qarşısında yeni tələblər qoyuldu və həmin şərtlərin yerinə yetirilməsi üçün onlara altı aylıq müddət verildi. Partiyalar artıq ötən  həftə sonuna kimi sənədlərini yeni qanunvericilik əsasında hazırlayaraq təkrar qeydiyyat üçün müraciət etməli idilər. Partiyalardan tələb olunan yeni sənədlər haqqında danışanda diqqət ilk növbədə onların üzvlərinin sayının toplandığı məlumat bazasına yönəlir. Çünki təkrar qeydiyyatın ilkin şərti ondan ibarətdir ki, partiyaların üzvlərinin sayı minimum beş min nəfər olmalıdır. Ona görə də hələ prosesin əvvəlindən başlayaraq yekununa doğru, hardasa, 29 partiyanın fəaliyyətini dayandırmaq qərarı verməsi təəccüb doğurmadı. Ölkədə buna qədər fəaliyyət göstərən təqribən 59 partiyanın mütləq əksəriyyətinin mövcudluğunun formal xarakter daşıdığı məlum olduğu üçün siyasi təşkilatlardan çox azının bu tələbi yerinə yetirə biləcəyi düşünülürdü və bu gözləntilər, əsasən, doğruldu. Bundan başqa, partiyaların maliyyə hesabatlılığı da xüsusi diqqət mərkəzində yer alır. Bu xüsusda iqtidardakı Yeni Azərbaycan Partiyası həmişə nümunə olub. Xatırladaq ki, YAP hər zaman maliyyə hesabatını açıqlayır. Ötən il üçün açıqlanan hesabatdan aydın olur ki, 2022-ci ildə hakim partiya toplam 26 milyon 794 min manat gəlir qazanıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə toplam gəliri cəmi 13 milyon 156 min manat olmuşdu. Daha bir il öncə - 2020-ci ildə YAP-ın gəliri 12 milyon 300 min manat idi. Bu isə o deməkdir ki, YAP ötən il gəlirlərini iki dəfə artırıb.

Xatırladaq ki, 2022-ci ilin əvvəlindən bəri iqtidar partiyası üzvlük haqlarını artırıb. Maliyyə hesabatından aydınlaşır ki, partiyanın gəlirlərindəki artımın başlıca səbəbi elə üzvlük haqlarının artırılmasıdır. Ötən il YAP üzvlərinin sayı 14 min nəfər çoxalıb və partiyanın üzvlük haqlarından əldə etdiyi gəlir 11 milyon manatdan 22 milyon manata yüksəlib. Bu isə o deməkdir ki, Yeni Azərbaycan Partiyasının 2022-ci ildə əldə etdiyi gəlirin 86 faizi üzvlük haqları hesabına təmin edilib. Ötən il bu göstərici 2 faiz bəndi daha aşağı – 84 faiz idi. İndi YAP-da üzvlük haqları belə ödənir: muzdlu işçilər: aylıq əməkhaqqının 1 faizi;  sahibkarlıq fəaliyyəti ilə məşğul olan partiya üzvləri: minimum aylıq əməkhaqqının 2 mislinin 1 faizi (başqa sözlə, 6 manat 90 qəpik); mülki-hüquqi xarakterli müqavilələrlə və özünüməşğulluğun digər formaları üzrə işləyən Partiya üzvləri: minimum aylıq əməkhaqqının 1 faizi (3 manat 45 qəpik); Sosial ödəniş (əmək pensiyası, ünvanlı dövlət sosial yardımı, sosial müavinət, təqaüd və sair) alıb-almamasından asılı olmayaraq qazanc (gəlir) gətirən hər hansı fəaliyyətlə məşğul olmayan partiya üzvləri, o cümlədən tələbələr üçün üzvlük haqqı könüllülük əsasında müəyyən edilir. Üzvlük haqqına dair ötən il baş verən dəyişikliyədək YAP-da üzvlük haqları minimum 1 manat olaraq müəyyənləşdirilmişdi. Amma istəyən üzvlər daha çox ödəyə bilərlər. Ötən il YAP-ın dövlət büdcəsindən qazandığı vəsaitin də həcmi artıb. Əgər 2021-ci ildə partiya dövlət büdcəsindən 1 milyon 888 min manat almışdısa, ötən il bu rəqəm 2 milyon 403 min manata yüksəlib. 2022-ci ilin dövlət büdcəsindən siyasi partiyalara 5 milyon manat ayrılmışdı. Deməli, ötən il dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin tən yarısı YAP-a çatıb. Məlumdur ki, Azərbaycanda siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitdə partiyanın parlamentdəki yerlərinin sayı mühüm rol oynayır. Sonuncu seçkilərdə partiyanın 70 üzvü parlamentdə yer qazanmışdı. Ancaq sonradan onların bir neçəsi müxtəlif səbəblərdən (ölüm, həbs, başqa vəzifəyə təyinat, seçkilərin ləğvi) vəzifəsini itirmişdi. Hazırda parlamentdə YAP-dan sonra ən çox üzvü olan partiyanın, yəni VHP-nin üç üzvü fəaliyyət göstərir. Partiyanın xərclərinə gəlincə, burada əsas pay partiyanın saxlanması və informasiya təminatı ilə bağlı xərclərdir. Ötən il YAP bu istiqamətdə 13 milyon 606 min manat xərcləyib. Partiyanın toplam xərclərinin 15 milyon 878 min manat olduğu nəzərə alınsa, bu, bütün xərclərin 86 faizi deməkdir. Ötən illə müqayisədə YAP-ın saxlanma xərcləri 4 milyon manat artıb. Beləliklə, ötən il partiya 26 milyon 794 min manat qazanıb və bu məbləğin 15 milyon 878 min manatını xərcləyib. Nəticədə, YAP-ın 2022-ci ildə xalis mənfəəti 10 milyon 916 min manat olub. Bu, 2021-ci illə müqayisədə ( 2 milyon 506 min manat) dörd dəfə artım deməkdir. Amma YAP-dan fərqli olaraq, digər partiyaların əksəriyyəti maliyyə hesabatlılığından uzaq qaçır. Hesab edilir ki, artıq qanunvericiliklə də bunun qarşısı alınacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ