çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Rusiya mediasından Azərbaycana Qarabağla əlaqədar "Honkonq təklifi" - Kreml ideya atır...

Image


Son vaxtlar Rusiya mətbuatında Qarabağa veriləcək modellərdən biri kimi Honkonqun adı çəkilir. Böyük Britaniya imperiyasının tərkib hissəsi olan Honkonq Londonla Pekin arasındakı razılığa görə, 1999-cu ildə Çinin tərkibinə qatılıb.

Rusiya qəzetlərinin birində yayımlanan məqalədə Honkonq modelini Pekinin Azərbaycana təklif edə biləcəyinə eyham vurulub. Bu belə əsaslandırılıb ki, Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətlərinə malikdir. Honkond Çinin tərkibində xüsusi idarəetmə formasına malikdir. Maliyyə müstəqilliyinə malik olan Honkonqun xarici siyasət və ordu saxlamaq hüququ yoxdur. Bunlar Çinə aiddir.

Rusiya bu modeli niyə gündəmdə saxlayır?

  • Tofiq Abbasov: “Azərbaycan güclü dövlətdir və lazım gəlsə, öz gücünə girib Xankəndiyə bayrağını sancacaq”

Politoloq Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın bu çabaları onun prosesdən əl çəkmək istəmədiyini göstərdi: “Azərbaycanla Ermənistan arasında olan münaqişəli vəziyyəti qüvvədə saxlamaq niyyətindədir. Görürük ki, Rusiya ard-arda təxribatlar edir. Bir yandan Ruben Vardanyan oyunu, sonra status məsələsinin sonrakı nəsillərə qalmasının vacibliyini dedi. Bunlar istər-istəməz həm təəccüb doğurur, həm də göstərir ki, Rusiyanın yanaşmaları sağlam deyil. Öz imperiya siyasətini qüvvədə saxlamağa çalışır. Haqqında danışılan model Azərbaycanın reallığına tam yaddır. Honkonq modeli Böyük Britaniya tərəfindən Çinin  olan vaxtında təklif edilmişdi. İstənilən halda həmin ölkə belə modellərə getməyə hazır idi. 1999-cu ildə Honkonq Çinə birləşdi. Orada qismən müstəqil elementlər var, ancaq ordu və xarici siyasət kimi məsələlərin hamısı Pekinin ixtiyarındadır. İstənilən halda bu, Azərbaycan üçün uyğun gəlmir. Çünki Azərbaycanda ermənilərdən də əlavə yaşayan azlıqlar var. Xeyir ola, bu model Azərbaycanda tətbiq edilməlidir? Azərbaycan güclü dövlətdir və lazım gəlsə, öz gücünə girib Xankəndiyə bayrağını sancacaq. Rusiya xəyallara dalmasın ki, Azərbaycan çəkinə bilər. Bu model qətiyyən bizə uyğun deyil. Həm də ermənilər o səviyyədə deyil ki, onlarla hər hansı bir xarici modeli  həyata keçirmək mümkün olsun. Biz öz gücümüzə bu prosesi tənzimləyə biləcəyik”.

  • Rəşad Bayramov: Bütün bu cəfəngiyatlar yalnız separatçı rejimin ayaqda saxlanılması və prosesin maksimum şəkildə uzadılmasına xidmət edir”

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya mətbuatında zaman-zaman bu kimi modellərin dəfələrlə təbliğinin şahidi olmuşuq: “Bu yenilik deyil və mən tamamilə əminəm ki, bundan sonra da bu istiqamətdə müxtəlif yazıların, müxtəlif modellərin tədbiq olunmasının mümkünlüyünün şahidi olacağıq.  Rusiya Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasında, sülh sazişinin imzalanmasında maraqlı olmadığı üçün, bu cür modelləri yaymaqla, tədbiq etməklə faktiki olaraq separatçı rejim üçün yeni məhsullar istehsal edir. Yəni onlar üçün bir növ yeni modellər təqdim edir ki, separatçı rejim də bu cür modellərin üzərində dayansın, bu modellərin tədbiqi ilə bağlı məsələlər qaldırsın. Bunların da səbəbi var. Səbəb ondan ibarətdir ki, bu gün Avropa İttifaqının və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda kənarda qalan Rusiya prosesin maksimum şəkildə uzadılmasında maraqlıdır. Rusiya üçün bu gün sülh sazişinin imzalanması onun tərəflərə təsir imkanının itirilməsi deməkdir. Rusiya bunu kifayət qədər yaxşı başa düşür və onu da başa düşür ki, sülh olacağı halda sülhməramlı adlanan kontingentin saxlanılmasına da bir ehtiyac qalmayacaq. O cümlədən də gələcəkdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına gətirib çıxaracaq ki, bu da nəticə etibarı ilə əsas vəzifəsi Ermənistan sərhədlərini qorumaq olan Rusiyanın Ermənistanda olan hərbi bazasının oradan çıxarılmasına səbəb olacaq. Rusiya bütün bunları başa düşür və ona görə də sülh sazişinin imzalanmaması üçün əlindən gələni edir. Bundan bir neçə gün qabaq Rusiyanın hakim dairələrinə yaxın siyasi ekspertlərin iştirakı ilə keçirilən dəyirmi masada da bu fikirlər açıq - şəkildə ortaya qoyuldu və bəyan edildi ki, bu gün Azərbaycanla Ermənistan arasında real sülhün əldə olunması imkanları yoxdur. Bunun üçün uzun proses lazımdır və tərəflər buna hazır deyil. Əslində isə, bu gün sülhə hazır olmayan tərəf məhz Rusiyanın özüdür. Heç bir şəkildə sülh sazişinin imzalanmasında maraqlı deyil. Biz indiyə kimi Rusiyanın vasitəsilə keçirilən görüşlərin mövzularına baxsaq bunu aydın şəkildə görə bilərik. Bu görüşlərdə indiyə kimi sərhədlərin delimitasiya və demarkasiyası, yolların açılması məsələləri daim gündəmdə olub. Bir dəfə də olsun, sülh sazişinin mətninin müzakirəsi heç vaxt Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə müzakirə olunmayıb. Çünki Rusiya hər şeyə öz maraqları prizmasından baxıb. Sərhədlərin delimitasiya və demarkasiyasına da o prizmadan baxır ki, Rusiyada saxlanılan müvafiq xəritələrdən bu prosesdə tərəflərə təzyiq üçün istifadə edəcək. Digər tərəfdən də, nəqliyyat yollarının və kommunikasiyaların açılması məsələsini gündəmə gətirdi ki, bu da birbaşa Rusiyanın özünə lazımdır. Çünki Rusiya bununla Ermənistanla və İranla birbaşa dəmir yolu əlaqələri qurma imkanı əldə edəcək. Yerdə qalan məsələlər Rusiyanın marağında olmadığı üçün, bu gün Azərbaycanla Ermənistanın münasibətlərin normallaşmasına özünün Cənubi Qafqazda sıxışdırılması kimi baxdığı üçün, bu cür cəfəng modellərin təbliği ilə məşğuldur. Amma əslində dünyada hər hansı bir modelin Qarabağa tətbiqi mümkün deyil. Qarabağ məsələsi Azərbaycanın daxili məsələsidir. Ümumiyyətlə, belə bir problem 44 günlük müharibədən sonra ortadan qalxıb. Xüsusilə də Ermənistanın 91-ci ildə Alma-Ata bəyannaməsinin şərtlərinə görə Azərbaycanın 86,6 min kv km ərazisinin tanıması,  keçmiş “Dağlıq Qarabağın” , o cümlədən işğal olunan 8 kəndimizin Azərbaycan ərazisi olaraq tanınması deməkdir. Bundan sonrakı proseslərdə kiminsə hansısa model tətbiq etməsinə heç bir ehtiyac yoxdur. Bütün bu cəfəngiyatlar yalnız separatçı rejimin ayaqda saxlanılması, separatçı rejim üçün yeni ideyaların təqdim olunması və prosesin maksimum şəkildə uzadılmasına xidmət edir. Çünki bu gün Ukrayna bataqlığında ilişib qalan Rusiyanın Cənubi Qafqazda özü üçün ikinci cəbhə açma imkanları olmadığına görə, ancaq bu kimi yollarla prosesə müdaxilə etməyə çalışır. Bunun da nəticəsi olmayacaq. Nə Azərbaycan tərəfi belə bir şeyə imkan verər, nə də bununla bağlı hər hansı təzyiqin olması mümkündür”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ