çərşənbə axşamı günü, 10 noyabr 2026
     

ABŞ Bakı və İrəvan arasında sülh təşəbbüsünü ələ alır - İrəvan Kremlə qarşı...

Image


İyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Rəsmi İrəvan bu dəfə Ceyhun Bayramov-Ararat Mirzoyan danışıqlarının neçə gün davam edəcəyini hələ dəqiqləşdirməyib. Hər iki tərəfdən Xarici İşlər Nazirliyi əlavə məlumat veriləcəyini vəd edir.

Bu arada ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel artıq bəyan edib ki, onlar Bakı ilə İrəvan arasında danışıqların yeni mərhələsini səbrsizliklə gözləyirlər: “Bəli, biz bu ay Vaşinqtonda keçiriləcək danışıqların növbəti raundunu səbrsizliklə gözləyirik, çünki tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə səy göstərməkdə davam edirlər. Daha əvvəl dediyim kimi, birbaşa danışıqlar davamlı və ləyaqətli sülhə və problemlərin həllinə nail olmaq üçün açardır. Birləşmiş Ştatlar məmnunluqla qeyd edir ki, Ermənistan və Azərbaycan da başqa formatlarda, o cümlədən liderlər arasında danışıqlar aparırlar”. Qeyd edək ki, mayın əvvəlində ABŞ-da da baş tutan Mirzoyan-Bayramov danışıqları dörd gün davam edib və bundan sonra ABŞ dövlət katibi Entoni Blinken ikitərəfli və üçtərəfli müzakirələrdən sonra tərəflərin çətin problemlərin həllində əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib. Antoni Blinken konkret irəliləyiş sahələrini açıqlamayıb, lakin vurğulayıb ki, danışıqların tempi sülh sazişinin həqiqətən əldə edilə biləcəyini göstərir. Bunlar fonunda İctimai Televiziyaya verdiyi müsahibədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ilin sonuna kimi İrəvan və Bakının sülh müqaviləsi imzalaya biləcəyini istisna etməyib:  “Əgər biz bu intensivliyi qoruyub saxlaya bilsək, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən güclü dəstək olarsa, ilin sonuna qədər buna nail olmaq imkanı var... Biz buna mümkün qədər tez nail olmaq əzmindəyik. Bu, məsələn, bir il ərzində baş verə bilər, lakin ilin sonuna qədər də gecikdirilə bilər”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da öz növbəsində son ayların intensiv danışıqlarına toxunaraq deyib: “Sülh qaçılmazdır, münasibətlərin nizamlanmasına dair saziş imzalanmalıdır”.

İntensiv danışıqlar və nikbin bəyanatlar, həqiqətənmi, tərəflərin mövqelərinin yaxınlaşdığını və ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu söyləməyə əsas verirmi? Erməni siyasi şərhçi Akop Badalyan İrəvan və Bakının fundamental məsələlərdə razılığa gəlmədiyini nəzərə alaraq, sənədin imzalanması üçün heç bir ilkin şərt görmür. O qeyd edib ki, delimitasiyanın konkret hansı xəritələr üzərində aparılacağı, sazişin həyata keçirilməsinin beynəlxalq qarantı məsələsi ilə bağlı heç bir razılıq yoxdur. Badalyan onu da xatırladıb ki, Ermənistan, Qarabağ da daxil olmaqla, Azərbaycanın 86 600 kvadrat kilometr ərazisini tanıdığını bəyan etsə də, Azərbaycan Ermənistanın göstərdiyi 29 800 kvadrat kilometr ərazini tanıdığını açıq şəkildə bəyan etməyib: "Biz həmçinin görürük ki, tərəflərin mövqeləri tamamilə fərqlidir, onlar fərqli olmaqda davam edir, ona görə də, ən azı zahirən, sülh müqaviləsinin praktiki imkanının olduğunu söyləməyə əsasımız yoxdur". Amma burada xatırladaq ki, Azərbaycan əvvəlcədən ərazi bütövlüyünü tanıdığını bəyan edib. Sadəcə, Ermənistan bu prosesi uzadıb. Bu arada Badalyan rəsmi Vaşinqtonun Azərbaycan tərəfinin Qarabağ ermənilərinə amnistiya tətbiq edilməsi ilə bağlı bəyanatını alqışladığını xatırladıb. O qeyd edir ki, ABŞ sülh müqaviləsinin imzalanmasında maraqlıdır. ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin rəhbəri və baş icraçı direktoru Suzan Elliott da qeyd edir ki, Azərbaycan və Ermənistan arasında danışıqlar regionda sülhün və sabitliyin qorunması üçün çox vacibdir. Onun sözlərinə görə, harmoniya və inteqrasiya bugünkü gündəmin iki mühüm maddəsidir. S.Elliott Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəal iş apardığını da qeyd edib: “Hətta ABŞ-da belə mürəkkəb dəyişikliklər o qədər də tez baş vermir. 2020-ci ildən Azərbaycan bir çox infrastruktur layihələrini başa çatdırıb və bu, iqtisadiyyatı bərpa etmək və insanları buraya qaytarmaq üçün lazımdır”. Ermənistanda belə hesab olunur ki, Rusiyanın regionda zəifləməsi fonunda ABŞ bura yerləşmək, bu məqsəd üçün də Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamasını istəyir. Erməni ekspert Avetis Babacanyan qeyd edir ki, İrəvan ABŞ-ın bu istəyi ilə razılaşıb Kremlə qarşı çıxır: “Bu səbəbdəndir ki, Paşinyan Rusiya-Ukrayna savaşında Moskvanın müttəfiqi olmadığını deyir, sonra Qriqoryan 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndindən – Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yola nəzarətin Rusiya FTX-də olması – imtina etdiyini açıqlayır. Yəni Ermənistan Rusiyanın faktiki olaraq müttəfiqi deyil. Bəs Ermənistan kimin müttəfiqidir? Ümumiyyətlə, kiminsə müttəfiqi olmaq üçün müttəfiqlik anlayışını anlamaq lazımdır. Müttəfiq olmaq üçün sən də nəsə təqdim etməlisən, gücün və bacarığın olmalı, kimsə sıxıntı anında kömək üçün sənə müraciət etməlidir, sən yardım əlini uzatmalısan. Ermənistan hansı ölkəyə bunu edir? Həmişə Ermənistan yardım üçün kiməsə üz tutur, ölkə yetim kimi hamıdan kömək, himayə diləyir. Bu ölkə özünü necə kiminsə müttəfiqi adlandıra bilər? Siyasi dəstək baxımından da Ermənistan heç vaxt etibarlı müttəfiq olmayıb. Paşinyanı kim hara çağırırsa, ora da gedir: Putinin dəvəti ilə Qələbə paradına gedir – halbuki bu, Qərbə qarşı demarşdır; Antirusiya ovqatlı Avropa Siyasi Birliyinin sammitinə çağırılır – Kişinyova gedir. Orada Rusiyaya qarşı vahid cəbhə yaratmaq çağırışı edilir və Paşinyan da onlara qoşulur. Bunun ardınca Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmaq üçün Türkiyəyə səfər edir. Belə görünür ki, Paşinyan sabah Türk Dövlətləri Təşkilatının və ya Ərəb Dövlətləri Liqasının konfranslarına dəvət edilsə, məmnuniyyətlə iştirak edəcək. Ermənistanın vahid siyasi xətti yoxdur, ona görə də heç kimin siyasi müttəfiqi deyil. Ermənistan Ukrayna savaşında Rusiyanın müttəfiqi olmadığını deyir, ancaq Ukraynaya humanitar yardım da etmir: nə Rusiya qarşısında müttəfiq vəzifəsini yerinə yetirir, nə də kollektiv Qərblə həmfikir olur. Ermənistan əsaslandırmağa çalışır ki, 44 günlük savaşda Rusiya onu dəstəkləmədi, ona görə də Ukrayna savaşında Rusiyanı dəstəkləmir. Amma unudur ki, 44 günlük müharibə məhz Rusiyanın sayəsində dayandırıldı. Ermənistan hökuməti bir az adekvat olsaydı, bəlkə də müharibə 20 gün və ya daha az çəkərdi. 2020-ci il noyabrın 9-da Azərbaycan ordusu Xankəndiyə girəcəkdi, şəhər boş idi, azərbaycanlılar Xankəndiyə də girsəydilər, indi “Artsax” olmayacaqdı. Rus ordusu ermənilərlə azərbaycanlılar arasında dayandı ki, Azərbaycan ordusu irəliləməsin. İndi də Ermənistanın sərhədlərini Rusiya qoruyur, Qərbi Zəngəzurda da rus ordusu dayanıb. Yoxsa elə bilirsiniz Əliyev Paşinyandan qorxur, ya Papikyandan, ona görə Qərbi Zəngəzura girmir?. Ermənistan Ukrayna müharibəsində Rusiyanın müttəfiqi olmadığını deməklə faktiki olaraq Rusiyanın məğlub olmasını istəyir. Amma unudur ki, Rusiya məğlub olsa, Ermənistan türkləşəcək”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ