Bazar günü günü, 13 sentyabr 2026
     

Paşinyanın 2 hədəfdən yayınan gülləsi, Əliyevin hələ də aktual "Formulu"... - Aydın QULİYEV yazır...

Image


"Hökumət saatı" kimi hay-küylü adla illərdən bəri erməni ictimaiyyətinə və dünyaya sırınan tədbirdə Paşinyanın bu dəfəki fikirlərinin tək biri azacıq yenilik təsiri bağışladı. Bu yeniliyi heç şübhəsiz ki, şüurlara daha effektli təsir üçün etdilər, lakin effektin alınmaması bir yana, üstəlik Paşinyanın bir güllə ilə vurmaq istədiyi hədəflərin ikisi də ifşa edildi... Nədir bu hədəflər?..

Paşinyan aprelin 11-də Gorusun Dığ kəndindən Laçına etdikləri intensiv hücum təxribatının məsuliyyətini öz üzərlərindən atmaq üçün bunu Azərbaycan tərəfdən guya "Ermənistanın inkişaf dinamikasını pozmaq" planı kimi təqdim edib. Guya Ermənistan o qədər sürətlə inkişaf edirmiş ki, Azərbaycan bundan qorxuya düşərək təxribata əl atıb. Ağlı başında olan istənilən şəxsin bu yalanı asan tutduğuna dair çox sübutlara ehtiyac yoxdur. Tək bunu deyək ki, hər kəs ritorik də olsa Paşinyana bu sualları verə bilər - "Nəyin hesabına inkişafa ümid və ya iddia edirsən, Paşinyan? Blokadadan çıxdınmı? Azərbaycanın "it baxana" dirədiyi Ermənistanı bu dalandan çıxardınmı"?.. Bu suallara məlum cavablardan hamı təyin edə bilər ki, "Ermənistanın dinamik inkişafı" deyilən şey "piyar feykindən" başqa bir şey deyilmiş...

Paşinyan davam edir və deyir ki, biz heç nəyə baxmadan bütün diqqətimizi ölkənin inkişafı üzərinə fokuslamalıyıq, çünki bunsuz heç bir müdafiə problemini uğurla həll edə bilmərik. Hər bir ağıllı dövlət başçısının ilk hakimiyyət günündən anlamalı olduğu bu böyük həqiqətin Paşinyan tərəfindən gec də olsa dilə gətirilməsini hər halda irəliləyiş saymaq olar, mütləq ətalətdənsə bu da pis deyil. Həqiqətən də hər hansı ölkə inkişaf etdirilməsə, onun güclü iqtisadiyyatı olmasa, güclü hərbi və etibarlı müdafiə sistemi ola bilməz...

Gec də olsa, Paşinyan bu həqiqəti Azərbaycan Prezidentinin sınaqdan uğurla çıxardığı böyük tarixi təcrübədən öyrəndi. Ancaq İlham Əliyev ağır işğal rejimi şəraitində 1 milyon qaçqının yükünü çəkə-çəkə ölkənin potensiallarını real ordu quruculuğuna zamanında yönəltdi və nəticəni də ortaya qoydu. İlham Əliyev cari problemlərin içində bu böyük strategiyanın əsaslarını yaradanda Paşinyan və onun xələfləri "ayrı işlərlə" məşğul olurdular. İlham Əliyevin əldə etdiyi nəticə böyük Zəfər, Paşinyankimilərinki isə peşimançılıq və gecikmiş etiraflar oldu...

Beləliklə, Paşinyan son təxribatını "Ermənistanın inkişafına guya maneçilik" arqumenti ilə Azərbaycanın üstünə atmağa çalışsa da, onun elə ilk addımdan fiaskoya uğradığı göz önündədir. Bu, onun gülləsinin yayındığı birinci hədəfdir.

Paşinyan davam edir - bizim strateji vəzifəmiz öz mövcudluq formulumuzu tapmaqdır. Təəssüf ki, baş nazir Ermənistanın mövcudluq formulunun nədən ibarət olduğunu açıqlamır. Lakin hələ də qonşu sərhədlərdə təxribatlar törədərək məsuliyyəti Azərbaycanın üstünə atmaq kursu davam etdirilirsə, demək, baş nazir "mövcudluq formulunu" düz təsəvvür etmir, ona doğru heç düzgün istiqamətlənməyib də. Onun hələ də Azərbaycanla real sülh sazişi yoluna çıxmaq səyləri sıfır səviyyənin üstündədirsə, demək hədəfə doğru tuşlanmayıb. Yəqin ki, "mövcudluq formulu" altında güclü iqtisadi inkişafa çıxmaq və bu bazanın üstündə Ermənistanın problemlərini həll etməyi nəzərdə tutur. Ancaq Azərbaycanla hələ davam edən düşmənçilik və tam regional blokada şəraitində inkişafa çıxış əldə etmək aclığın girdabında qalmış bəzi Afrika ölkələrinin nüvə silahı daşıyan ballistik raketlərə can atması qədər ironik və fantastik görünür. Hələ onu demirəm ki, Paşinyan mifik sayılan inkişaf müstəvisinə çıxışdan sonra (bu da mümkün olsa) Ermənistanın hansı problemlərinin həllini planlaşdırır? Bu şəxs ümumiyyətlə müasir və müharibədən sonrakı Ermənistan "dövlətinin" problemlərini necə təsəvvür edir? Əgər Ermənistanın problemləri deyəndə Azərbaycandan qisas almağı, yenidən onun torpaqlarını işğal etməyi və sairi nəzərdə tutursa , bu "strategiya" öz mahiyyəti etibarilə "mövcudluq formulunun" axtarışları içində əslində yoxluğa və ya məhvə  dönməyə bərabərdir. Bundan sonra Ermənistan nəyin hesabına və hansı sürətlə inkişaf perspektivi tapa bilər ki, artıq inkişaf relsləri üstündə böyük məsafə qət etmiş Azərbaycanı üstələsin?! Həm də elə bir ölkə ki, müharibədə total zərbə alıb, yəni hərbi strukturu dağılıb, dünyada "yazıq millət" imicini itirib, erməni diasporu 100 il dünyanı aldatmağa cəhd etmiş toplum kimi ifşa olunmaq həddinə gəlib, lobbiçilərin dairəsi genişlənmir, kiçilir, erməni cəmiyyəti inkişafın gələcək modelinə baxışlarda parçalanıb və sair... Belə qənaətə gələ bilərik ki, Paşinyanın gülləsi "mövcudluq formulunun"  axtarışı kimi ikinci hədəfdən də yayınıb. Halbuki, azacıq obyektiv düşüncə tərzi olsaydı, Ermənistan üçün "mövcudluq formulu"  axtaranda Azərbaycan Prezidentinin dəfələrlə təkrarladığı klassik və qanadlı bir tezisi görə bilərdi. Müharibədən sonra İlham Əliyevin daim ifadə etdiyi bu tezisi "Ermənistanın hədələnməsi, Ermənistandan ərazi qoparmaq cəhdi  və s." kimi yanlış istiqamətlərdə yozsalar da, tezisin içində Ermənistanın həyat mənafelərinə uyğun həqiqət var. Bizim Prezident dəfələrlə və ən müxtəlif kürsülərdə bəyan edib ki, Ermənistan bir dövlət kimi mövcud olmaq və inkişaf etmək istəyirsə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipi çərçivəsində sülh sazişi imzalamalıdır. Əks halda Ermənistan xəstə qəsbkarlıq iddiaları ilə hər 15-20 ildən bir başını qaldırıb "Azərbaycanın qılıncına" sürtəcəksə belə dövlət yaşaya bilməz. Konkret deyilsə, İlham Əliyevin Ermənistana təqdim etdiyi "mövcudluq formulu" üzərində Paşinyan ciddi düşünməlidir. İlham Əliyevin təklif etdiyi "mövcudluq formulunun" mahiyyəti belədir: "Ermənistan dövlət kimi mövcud olmaq üçün öncə Azərbaycanın bütöv və suveren mövcudluğu ilə rəsmi barışmalıdır"...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ