çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Son erməni təxribatında İran izi...

Image


Ermənistan və İranın Azərbaycana qarşı birgə hərbi təxribat hazırlaması ilə bağlı son həftələrdə media məkanında müxtəlif məlumatlar dolaşmaqda idi. Aprelin 11-də baş verənlər bunun artıq faktiki təzahürlərindən biri hesab edilir.

Xatırladaq ki, həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Son məlumatlara əsasən, açılan atəş nəticəsində ordumuzun 3 hərbçisi şəhid olub. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində isə Ermənistan 4 əsgərinin öldüyünü, 6-nın yaralandığını bildirib. Yaralı erməni hərbçilərdən üçünün vəziyyəti qənaətbəxş, digərlərinin durumu isə orta-ağır dəyərləndirilir. Dığ yaşayış məntəqəsi istiqamətində təxribat törədərkən yaralanan Ermənistan Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyan da yaralılar sırasındadır. Armen Gözəlyan Azərbaycana qarşı daim təhdid ritorikası ilə çıxış edib. O, Vətən müharibəsində Suqovuşanda yerləşən ən yüksək döyüş hazırlıqlı erməni alayı olan 6-cı dağatıcı Madagiz alayının komandiri olub. Lakin Vətən müharibəsinin ilk günlərində mühasirəyə düşmək təhlükəsi ilə üzləşəndə silah-sursatını, xəritəsini ərazidə qoyaraq qaçıb. O, hazırda çalışdığı vəzifəyə fevralın 1-də təyin edilib. Dığ kəndi istiqamətində ermənilərin minaatanlardan və iriçaplı silahlardan istifadə ilə atəşi davam etdirdiyi və ordumuzun cavab tədbirləri gördüyü zaman İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) əraziyə PUA-lar göndərdiyini açıqladı. Bildirildi ki, İranın Azərbaycanla sərhədinə PUA göndərilməsinin səbəbi kəşfiyyat məlumatları toplamaqdır. SEPAH-a bağlı kanallar isə İranın Azərbaycanla sərhədə gətirilən qüvvələrinə ən yüksək döyüş hazırlığı tapşırığı verildiyi haqda məlumat yaydı. Buna səbəb guya ölkənin suveren ərazisinə təhlükə ilə bağlı idi. Halbuki, Dığ kəndi yaxınlığından İran sərhədinə qədər məsafə maşın yolu ilə 180 km-dan, hava yolu ilə isə 80 km-dan çoxdur. Hadisə baş verənə qədər isə belə məlumatlar yayılmışdı ki, Azərbaycan və Ermənistanın dövlət sərhədi yaxınlığında SEPAH-ın diversiya qrupuna təlimlər keçilir. O vaxt diqqətçəkən daha bir məlumat həm də o idi ki, Ermənistan-İran diversiya qrupu Azərbaycanın Qubadlı və Laçın rayonları istiqamətində iki hücum planlaşdırır. Artıq bunlardan biri Laçın istiqamətində özünü göstərdi. Amma indi ermənilər özləri də etiraf edir ki, İran onlara axıra kimi kömək etməyəcək. Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants bildirir ki, İranın hər hansı bir hərbi əməliyyata qarışması tələ ola bilər. Surenyants hesab edir ki, İranın məhdudlaşdırıcı rolu var, amma xilaskar deyil: “Bakı İrana qarşı olan mövqeyini Qərbə təqdim etməkdə çox uğurludur”.

Baş verənləri şərh edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz isə mətbuata açıqlamasında çox maraqlı məqamlara toxunub: “Təbii ki, baş verən təxribat gözlənilən idi və Ermənistanın terror fəaliyyətləri artaraq davam edəcək. Çünki uzun müddətdir ki, təxribat törətməyə hazırlaşırdılar”. Yücel Karauz İranın da Ermənistana uzun müddətdir hər cür dəstəyi verdiyini qeyd edib və bildirib ki, elə əsas məqamlardan biri  İranla bağlıdır: “İran 1992-ci ildən bəri strateji seçimini müsəlman Azərbaycan tərəfdən deyil, Ermənistan tərəfdən edib. Üstəlik, bunu 40 milyona yaxın azərbaycanlının ölkə içərisində yaşadığını bilə-bilə edirlər. Görünən odur ki, hələ uzun müddət İranın mövqeyi dəyişməyəcək. 30 ilə yaxın işğal dövründə olduğu kimi, ondan sonra da Ermənistana hər cür hərbi, siyasi, maddi dəstəyi verməyə davam edir. Son təxribatda Ermənistanın İran PUA-larından, silah və sursatından istifadə etməsi barədə məlumat yayıldı. Üstəlik toqquşmanın başladığı andan etibarən İranın müşahidə PUA-larının Azərbaycanla sərhəddə uçuşlar keçirməsini, SEPAH-ın “Teleqram” kanallarının döyüşlərin getdiyi ərazilərlə bağlı xəritələr paylaşmasını qətiyyən sadə məsələ hesab etmək olmaz. Yəni Azərbaycan tək Ermənistana qarşı yox, həm də onun havadarlarına qarşı mübarizə aparır. Bundan sonra da təxribat və terror fəaliyyətlərinin davam etməsini, sülh müqaviləsinin imzalanmamasını istəyən dövlətlər, güc mərkəzləri və qruplar toqquşmalardan faydalanmaq üçün vəziyyəti daha da qızışdıracaqlar. Ermənistanın ordunu döyüş hazırlığı vəziyyətinə gətirməsi, mülki şəxsləri silahlandırması da təxribatların davam edəcəyindən xəbər verir”. General Türkiyənin bütün hallarda Azərbaycanın yanında olduğunu vurğulayıb və Şuşa Bəyannaməsini xatırladıb: “Əlbəttə ki, Azərbaycan heç bir halda şəhidlərinin bir damla qanını da yerdə qoymayacaq, bir qarış torpağını belə düşmənə verməyəcək. Türkiyədəki seçki prosesindən və dünyadakı qeyri-müəyyənliklərdən faydalanmaq istəyən güclər Azərbaycanın yalnız olmadığını bilməlidirlər. Can Azərbaycan heç bir halda yalnız deyil və olmayacaq. Türkiyə öz qardaşı Azərbaycanla sonsuzadək birlikdədir. Azərbaycanla bağlı kirli və qanlı planlar quranlar Şuşa Bəyannaməsini unutmasınlar. Onlar türk dünyasını da gözardı etməməlidirlər. Qarşılarında iki yol var: Ya normal dövlət kimi davranıb, sülh içində yaşamağı öyrənəcəklər, ya da 44 günlük Vətən müharibəsindəki kimi başlarına dəmir yumruq enəcək və tarixin zibilliyinə gedəcəklər!". İran üzrə ekspert Qarik Misakyan isə qeyd edir ki, əvvəllər İranda yalnız Amerika və İsrail əleyhinə bəyanatlar eşidilirdi. İndi eyni hal Azərbaycana münasibətdə nümayiş etdirilir. O vurğulayır ki, İran faktiki olaraq Azərbaycanı özünün ideoloji düşməni kimi təqdim edir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ