çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Xətai rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirildi - FOTO

Image


Aprelin 12-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda növbəti tədbir keçirildi.

Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə  açan Yeni Azərbaycan Partiyası  Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirdi ki, gənclərimiz gələcəyimizin etibarlı davamçılarıdır.  Yaradıcı, zəngin potensiala malik olan  gənclər qürur mənbəyimizdir.  Hakimiyyətinin hər iki mərhələsində ölkəmizin hərtərəfli inkişafı, dünyada tanınması, nüfuzunun möhkəmlənməsi naminə böyük xidmətlər göstərən Ulu Öndər daim gənclərə aparıcı qüvvə kimi dəyər vermişdir. Əhalinin bu təbəqəsinə  diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər forumlarının  keçirilməsi,   Gənclər Gününün təsis edilməsi, bir sözlə, gəncliyin inkişafına xidmət edən Dövlət proqramlarının təsdiqlənməsi, qəbul edilən qanunlar əsasında  ölkədə gənclər siyasətinin qanunvericilik bazasının  formalaşdırılması dahi  şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrün ən səciyyəvi xüsusiyyətlərindən idi.

Vüqar Rəhimzadə qeyd etdi ki, Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır ki, bunlardan biri Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali  məktəblərində təhsil almağa göndərilməsi idi. Hərbi kadrların yetişdirilməsi məqsədilə  Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının təbliği prioritet məsələ idi.  Təbii ki,  burada əsas məsələ tariximizə, dilimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə bağlılıqdır. Eyni zamanda, Azərbaycan dilinin dövlət dili  statusu qazanması Ümummilli Liderin qətiyyətinin nəticəsidir. 1978-ci ildə qəbul olunan Konstitusiyada bu mühüm maddə öz əksini tapmışdır.  

YAP Xətai rayon təşkilatının sədri  vurğuladı ki,  Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev hazırda  bu siyasətə sadiqliyini uğurlu addımları, imzaladığı Fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramları ilə nümayiş etdirir. Həmçinin, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə  «Gənclər İli» elan edilməsi dövlətin onlara diqqət və qayğısının bariz nümunəsidir.  Ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında yeni nəslin fəal iştirakı üçün önəmli kadr islahatı həyata keçirilir, gənc istedadlara dövlət qayğısı artırılır.  «2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası»nın, «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncamların imzalanması gənclərlə bağlı məsələlərin həllini daha da  aktuallaşdırdı.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov Azərbaycan gənclərinin tariximizin ayrı-ayrı dövrlərində keçdiyi inkişaf mərhələlərindən geniş bəhs etdi. Bildirdi ki,  gənclərin müasir baxışları,  baş verən proseslərə yanaşmaları, bir sözlə, enerjiləri, öz bacarıqlarını ortaya qoymaq istəkləri onların qarşısında geniş imkanlar açır. Ulu Öndər Heydər Əliyev məhz gənclərimizə bu imkanları yaratdı. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycan gəncliyi sağlam düşüncəli, vətənpərvər gənclikdir. Gənclərimiz tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi yaxşı bilməli və onların təbliğində  fəal iştirak etməlidirlər. Ulu Öndərin gənclərin xaricdə təhsili ilə bağlı atdığı addımların mahiyyətində dayanan mühüm məqsədlərdən  biri məhz azərbaycançılığın  təbliği idi.

Sadiq Qurbanov bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında birləşən üzvlərin böyük əksəriyyətinin gənclər olduğunu bildirdi. Diqqətə çatdırdı ki,  Ümummilli Lider daim partiyanın sıralarında daha çox gənclərin  təmsil olunmasına çağırış edirdi. Partiyanın tərkibində Gənclər Birliyinin yaradılması da deyilənlərin təsdiqidir.  Göstərilən diqqətin nəticəsidir ki, Azərbaycan gəncliyi elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi müasir dövrümüzdə bütün sahələrin inkişafına öz töhfələrini verirlər.  Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev  gənclərimizin idarəçilikdə irəli çəkilməsi üçün bütün zəruri addımları atır. Azərbaycan gənclər ölkəsidir. Gənclərin malik olduğu potensialdan səmərəli istifadə etmək bütün dövrlər üçün öz aktuallığını qoruyur. Dövlət başçısı İlham Əliyev bildirir ki, neft-qaz Tanrıdan verilən  böyük nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, onların  inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.

Milli Məclisin Komitə sədri bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, gənclərimiz müasir müstəqil, qalib Azərbaycanın vətəndaşı olduqları üçün  qürur duyurlar.  Reallıq budur ki,  hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlər  məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapır.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyündən geniş bəhs etdi. Bildirdi ki, bu gün Azərbaycan gənci torpağına, Vətəninə bağlılığı ilə diqqətdədir. Ulu Öndər Heydər Əliyevin hər bir çağırışını  yüksək səviyyədə cavablandıran gənclərimiz illər keçdikcə tariximizi, milli-mənəvi dəyələrimizi daha dərindən öyrənməklə bu mənəvi sərvətlərimizin gələcək  nəslə çatdırılmasında fəal iştirak edirlər. Bu gün Azərbaycanın adı çəkiləndə ilk olaraq göz önünə dahi şəxsiyyət Heydər Əliyev gəlir. Ümummilli Lider Azərbaycanı daim yüksəklərdə görmək istəyirdi və ilk gündən bu hədəfi qarşıya qoydu ki, Azərbaycan Günəş kimi dünyaya doğacaq. Artıq iki ildən artıqdır ki,  tarixi  Zəfərimizin sevincini yaşayırıq. Bu sevinci bizə dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi, gənclərimizin torpaq, Vətən sevgisi yaşatdı. Düşmənin 30 ildə tikdiyi ən keçilməz istehkamları belə cəsarəti ilə dağıdan əsgərlərimizin azad edilmiş ərazilərdə ucaltdıqları üçrəngli bayraqların hər biri Ali Baş Komandana qalibiyyət raportu idi. Bu gün  Böyük Qayıdışa doğru inamla addımlayan, döyüşlərdə olduğu kimi, bərpa-quruculuq işlərində nümunə göstərənlər arasında gənclərin çoxluğu xalqımız üçün böyük iftixardır.

YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü, Bakı Ali  Neft Məktəbinin Karyera və tələbələrlə iş şöbəsinin müdiri Emil Aslanlı  bu tədbirlərin gənclərin  Ulu Öndər Heydər Əliyevin xidmətləri barədə dolğun məlumata malik olmalarında əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, müstəqilliyimizin bərpasının ilk illərinin gəncliyi ilə bugünkü gəncliyi müqayisə etdikdə böyük qürur hissi ilə qeyd edə bilərik ki, onlara öz potensial imkanlarını ortaya qoymaq üçün bütün zəruri imkanlar yaradılıb. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında hakimiyyətə gəldiyi   ilk gündən  gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etdi. Ulu Öndər Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğulayırdı. Məhz  həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncliyi özünə inanır, güvənir. Məhz bu inam, güvən  özünü 44 günlük İkinci Qarabağ müharibəsində təsdiqlədi. 44 gündə 30 ilin işğalına son qoyan Azərbaycan Ordusu torpaq, Vətən sevgisini dünyaya nümayiş etdirdi.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd etdi ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti yetişməkdə olan  nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvərlik ruhunda formalaşdırır. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyinin, gücünün, əzminin təsdiqi oldu. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bütün sahələrdə, o cümlədən gənclərimizin hərtərəfli inkişafında öz sözünü deyir. Gənclər gələcəyimizdir. Bu gələcəyi qorumaq, bütün potensial imkanlarını ortaya qoymaq üçün onlara dəstək olmalıyıq.  

Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarov bildirdi ki,  tarix uca bir dağa bənzəyir. Ondan uzaqlaşdıqca əzəməti daha aydın görünür. Bu baxımdan qeyd edə bilərik ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası illər keçdikcə daha aydın şəkildə dərk olunur,  yeni istiqamətləri araşdırılır, indiki və gələcək nəsillərə çatdırılır.

Diskussiya şəklində  davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı. Sonda xatirə şəkli çəkdirildi.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ