Naxçıvanda səhiyyə nazirinin müavinləri vəzifədən azad olunublar. Bu barədə sərəncamları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
Aprelin 10-da imzalanan sərəncamlarla Samrat Nurəddin qızı Gəncəyeva və Zeynəb Natiq qızı Mənsumova Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsindən azad ediliblər.