çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qərbi Azərbaycandakı azı 15 mahalımız erməni əsarətində qalıb...

Image


“Folklor yaradıcılığında Qərbi Azərbaycan izləri” rubrikasında Qərbi Azərbaycandakı tarixi mahallarımızdan danışacağıq. Bu gün o mahalların hər biri barədə tədqiqatçılarımız araşdırma aparıblar və təkzib olunmaz dəlillər əldə ediblər ki, bu mahallar oğuz türklərinin tarixən yaşadığı mahallardır.

Əlbəttə, biz o mahalların adlarını şifahi xalq ədəbiyyatdan, folklordan, dastanlarımızdan da duymuşuq.

XX əsrdə haylara Azərbaycan torpaqlarında dövlət quruldu və bundan sonra onların ərazi iddiaları genişləndi. Nəticədə Qərbi Azərbaycanın yerli əhalisi deportasiya edildi, soyqırımlara məruz qaldı, mahallarımız, kəndlərimiz, rayonlarımız erməni adları ilə adlandırılmağa başladı.

Tədiqatçılarımızın araşdırmalarına baxsaq Qərbi Azərbaycandakı mahallarımız barədə məlumat ala bilərik. Bu mahallar haqda nənələrdən, babalardan çox eşitmişik. Qərbi Azərbaycanda Ağbaba, Şörəyel, Loru mahalı (əksər hissəsi Dağlıq Borçalı ərazisinə düşür)Abaran, Dərəçiçək, Göyçə, Gərnibasar, Zəngəzur, Qırxbulaq, Karbi, Pəmbək, Talin, Zəngibasar, Vedibasar, Dərələyəz, Sərdarabad mahallarımız var. Təəssüf ki, Ermənistan hökuməti bütün beynəlxalq konvensiyaları pozaraq mahallarımızın adlarını  dəyişdirib, tarixini saxtalaşdırıb. Ermənistanın xalqımıza qarşı etnik təmizləmə siyasəti aparması azmış kimi mahallarımızın adlarına qarşı da etnik təmizləmə aparılıb, onların milli indentikliyi silinməyə məruz qalıb.

Bu gün söhbət Ermənistanın XX əsrin 30-cu illərindən başlayaraq XX əsrin 90-cı illərinin sonuna qədər adlarını dəyişdirib erməniləşdirdiyi mahallardan gedir ki, biz onların hər biri haqda gələcəkdə ayrıca danışacağıq.

İlk olaraq adı bir neçə dəfə dəyişdirilən Ağbaba mahalının tarixinə diqqət yetirək. Onu da vurğualayaq ki, bu yazıda Azərbaycan tədqiqatçılarının tədqiqatları əsasında hazırlanan Vikipediya məqaləsindən istifadə olunub.

Ağbaba mahalının ərazisində keçən əsrin 90-cı illərinə qədər olan dövrdə Amasiya və Qızıl Qoç rayonları yaradılıb. XX əsrin 90-cı illərindən sonra isə Ermənistan hökuməti Ağbaba mahalı Şirak rayonu adlandırıb.

Ağbaba mahalının tarixinə diqqət yetirək: 1593 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Arpalı sancağının nahiyəsi olub.

Tədqiqatçılara görə, Ağbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi,1877-1878-ci illərdə Çar Rusiyası tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyyəsi şəklində Rusiyanın tərkibinə qatılıb.SSRİ dövründə 1930-cu ilə qədər Gümrü qəzasının Ağbaba nahiyyəsi adlanmış, Ermənistan SSR rayonlaşdırılan zaman burada Amasiya inzibati rayonu yaradılmışdır. Ağbaba mahalının bir hissəsi də Qızıl Qoç rayonu ərazisinə düşür. 1920-ci ildə SSRİ-Türkiyə sərhədləri dəqiqləşdirilərkən Ağbaba mahalının Köhnə İbiş və Bəzirkan kəndləri Türkiyə ərazisində qalmışdır. Mahal Qaraxaç silsiləsi, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnmişdir.

Tədqiqatçılar yazırlar ki, 1914-1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyəsinin əksər və Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən Ermənistan ərazisinə qatılmışdır. Yazlanlara görə, 1930-cu illərdə Vedibasarın, Zəngibasarın, Qəmərli, Dərələyəzin, Ağbabanın və digər bölgələrin əlli mindən artıq türk əhalisi ailəliklə Qazaxıstan çöllərinə sürgün edilmişdilər. Sərt iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu. Amasiya rayonu dədə-babadan iki mahaldan-Ağbaba və Şörəyeldən ibarət olmuşdur.Ağbaba mahalının 1988-ci ilin sonuna Qoncalı, İbiş, Düzkənd, Çaybasar, Təpəkənd (Təpəköy), Şurabad (Sultanabad), Göllü, Yeniyol (Qaranamaz), Balıqlı, Xançallı, Öksüz, Güllücə, Ellərkənd (Elləryoğun), Quzukənd, Qarabulaq, Çivinli kəndləri vardır. Şörəyelin azərbaycanlı kəndləri isə-Oxçoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıx, Əzizbəyov (Qaraçantey), Daşkörpü olmuşdur. 1937-ci ilin payızında Ermənistanda güclənən repressiyaların dalğasının fonunda azərbaycanlılar daha ağır zərbə almış oldular. Xalq düşmənlərini, trotskiçi-buxarinçi casusları ifşa etmək məqsədilə A.Mikoyan, N.Yejov və L.Beriya Ermənistana gəlmişdilər. Mikoyanın rejsissorluğu ilə keçirilən "təmizlənmə" prossesində Moskvaya belə məlumat vermişdilər ki, Ermənistanda Araz və yuxarı Arpaçay boylarında yaşayan azərbaycanlılar guya elliklə Türkiyəyə keçmək fikrindədirlər. Ona görə də həmin ilin payızında və 1938-ci ilin yazında Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin, Ağbaba rayonlarının Türkiyə ilə həmsərhəd kəndlərində yaşayan on minlərlə azərbaycanlılar kütləvi surətdə repressiyaya məruz qaldılar. Minlərlə ailə sürgün edildi.

Tədqiqatçılar yazırlar ki, ümumiyyətlə, Ermənistanda keçən əsrin 30-cu illərdə 50 mindən artıq azərbaycanlılar repressiyaya məruz qalmışdılar. Bu aksiya icra edilən zaman heç bir müqavimətə rast gəlməyən Ermənistan rəhbərləri 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində daha bir aksiyanın — azərbaycanlıların deportasiyası aksiyasının həyata keçirilməsinə nail oldular.

Məlumatlara görə, 1988-ci ilə kimi azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri: Xançallı, Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəköy, Hozukənd, Qarabulaq, Ellərkənd, Bəndivan, Quzeykənd, Alakilsə, Çələb, Qara Məmməd, Güllücə, Balıqlı.

Göründüyü kimi, Ağbabada tarixən Azərbaycan türkləri yaşayıb və onların başına bolşevik Rusiyası və erməni daşnakları min bir bəla gətirib.

Şörəyel mahalının adını Ermənistan hökuməti bir neçə dəfə dəyişdirib. Şörəyel mahalı ərazisində keçən əsrin 90-cı illərinə qədər Ağin  (Molla Göyçə), Düzkənd, Ərtik rayonları yaradılıb. XX əsrin 90-cı illərindən sonra isə burada Şirak (Araqaçont) rayonu yaradılıb.

Loru mahalının adı isə keçən əsrin 90-cı illərinə qədər bir neçə dəfə dəyişdirilib. Burada Allahverdi rayonu (Dağlıq Borçalı ərazisi), Barana rayonu, Vorontsovka rayonu (Dağlıq Borçalı ərazisi), Cəlaloğlu rayonu (Dağlıq Borçalı ərazisi) yaradılıb. Hazırda ermənilər Loru mahalını Lori, Tavuş adlandırır.

İrəvan xanlığının mahallarından olan Abaran mahalının tarixi də ermənilər tərəfindən saxtalaşdırılıb. Mahalın adı Araqaçotn adlanır.

Digər tarixi mahalımız olan Dərəçiçək mahalının da adı dəyişdirilib və Ermənistan tərəfindən Kotayk olaraq rəsmləşdirilib. Dərəçiçək mahalı İrəvan xanlığına aid mahal olub. Əlibəy dağının ətəyində qədim yaşayış yerinin adı 1728-ci ildən məlumdur. Tədqiqatçılara görə, kənd Dərəçiçək dərəsinin adı ilə adlandırılıb. Dərəçiçək mahalı 1946-cı ildə ermənicə Tsakadzor,  1959-cu ildə Hrazdan rayonu adlandırılıb. 1930-cu ilə qədər isə Aşağı Axta kəndinin adı ilə Axta rayonu idi.

Göyçə mahalının adı 90-cı illərə qədər Aşağı Qaranlıq rayonu, Basarkeçər rayonu, (Yeni Bəyazid) Kəvər rayonu

Yelenovka rayonu, (Qırmızıkənd) Çəmbərək rayonu, 90-cı ildən sonra Gegarkunik, Gərnibasar mahalının adı isə Qəmərli rayonu, 90-cı illərdən sonra isə Ararat adlandırılıb. Tədqiqatçılara görə, 1591 ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi olan Gərnibasar İrəvan əyalətinin nahiyəsində azərbaycanlıların yaşadığı mahal olub.Osmanlı dönəmində Qırxbulaq nahiyəsi davamı olan Qırxbulaq mahalı İrəvan xanlığının tərkibinə daxil olunub. Sonra mahal ərazisidə  İrəvan qəzası təşkil olmuşdur.

Zəngəzur mahalı Azərbaycanın qədim mahallarından biridir, o hazırda Şərqi və Qərbi  Zəngəzur adlanır. Bildiyimiz kimi, Zəngəzur bölünərək yarısı bolşevik Rusiyası tərəfindən Ermənistana verilib. Bu gün Kəlbəcər, Laçın, Qubadlı rayonları Şərqi Zəngəzur, Qafqan, Qarakilsə Gorus və Megri rayonları Qərbi Zəngəzur ərazinə daxildir. Qərbi Zəngəzur isə uzun illərdir qanunsuz olaraq  Ermənistanın sərhədləri daxilindədir. Bu gün Ermənistan oranı Syunik adlandırır.

Digər mahalımız isə Qırxbulaq mahalıdır ki, onun adı əvvəlcə Ellər rayonu olaraq dəyişdirilib və hazırda Ermənistan hökuməti ona Kotayk adı verib. Bu mahal da İrəvan xanlığının ərazisinə daxil idi.

Qərbi Azərbaycanın Karbi mahalının adı 90-cı illərdən əvvəı Əştərək rayonu, azərbaycanlıların sonuncu deportasiyasından sonra isə Araqaçotn adlandırılıb.

XIV-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbi mahalının tarixi Elxanilər dövlətinə qədər gedib çıxır.

Pəmbək mahalına gəlincə, qeyd edək ki, bu mahalın adı da dəyişikliyə məruz qalıb. Belə ki, o Böyük Qarakilsə rayonu, sonra Hamamlı rayonu, indi isə Lori kimi rəsmləşdirilib.

Talin mahalı isə Talin rayonu, indi isə Araqaçotn rayonu kimi qeyd edilir. Qərbi Azərbaycanda tarixi mahalı Talin İrəvan əyalətinin şimal-qərb sərhədlərini əhatə edirdi. Onun Balıqlı çayından Sərdarabad arxına qədər eni təxminən 35 verst, Alagöz dağının zirvəsindən Qərbi Arpaçaya qədər uzunluğu 40 verst, ümumi sahəsi 1.400 kv.verst və ya 157.500 xalvar idi.  Talin mahalı şimalda Şürəyöl əyaləti, şərqdə Alagöz dağlarının qarlı zirvələri, cənubda böyük və susuz çöllərlə ayrıldıqları Sərdarabad və Səədli mahalları, nəhayət qərbdə Qərbi Arpaçayın ayırdığı Qars Paşalığı ilə həmsərhəd idi. Bu baradə tədqiqatçılar yazıb.

Qərbi Azərbaycanın ən böyük mahallarından biri də Zəngibasar rayonudur ki, sonra onun ərazisində Zəngibaar rayonu yaradılıb. Keçən əsrin 90-cı illərindən sonra isə Ermənistan hökuməti o mahalı Ararat rayonu adlandırmağa başlayıb. Vedibasar rayonu da Qərbi Azərbaycanın tarixi mahallarından biri olaraq tarixi mənbələrdə özünə yer tutub. O Sovet illərində Vedi rayonu, indi isə ona da Ararat adı verilib. Fiukrimizcə, Ermənistan hökuməti Zəngibasar və Vedibasar mahallarını bir rayonda birləşdirib. Tarixi Dərələyəz mahalının da adı dəyişdirilib. Keçən əsrin 90-cı illərinə qədər mahalın adı Keşişkənd rayonu, sonra isə Soylan rayonu adlandırılıb. İndi isə Ermənistan hökuməti ona Vayots Zor adı verib.

Tarixi Sərdarabad mahalının adı Sovetlər dövründə Sərdarabad rayonu adlandırılıb. İndi isə onu Armavir olaraq rəsmləşdiriblər. Tədqiqatçılar yazırlar ki, Sərdarabad mahalı İrəvan xanlığının 15 mahalından biri olub.

Gördüyünüz kimi, Qərbi Azərbaycan mahallarının adlarının dəyişdirilməsi prosesi bir neçə mərhələdə gedib. Total saxtalaşdırma kampaniyasına  Sovet dövründən başlayaraq start verilib və keçən əsrin 90-cı illərindən sonra isə bu daha geniş xarakter alıb, deyərdik ki, artıq bu mənfur kampaniya sona yetirilib. Saysız toponimlərimizin, hidronimlərimizin, oykonimlərimizin və sair adları saxtalaşdırılıb. Ermənistan hökuməti etnik təmizləmə siyasəti ilə paralel olaraq mahal, yer-yurd adlarımıza qarşı da çirkin kampaniya həyata keçirib. Bu gün o cinayətin bütün detalları ortadadır və Azərbaycan tədqiqatçıları onları bir-biri araşdırıb üzə çıxarır. Qərbi Azərbaycanın 15 tarixi mahalının adlarının bu şəkildə saxtalaşdırılması Ermənistanın beynəlxalq qanunlara, qaydalara zidd addımlarının nümunəsidir.  Qərbi azərbaycanlılar öz geriqayıdış hüquqlarından istifadə edib öz yurdlarına dönəndən sonra yer-yurd adlarının yenidən bərpası məsələsi də aktuallaşacaq...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ