çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan düz yoldadır, içimizdə İranla gərginlikdən bizi qorxudub geri çəkilməyə inandırmaq istəyən "İran lobbiçiləri" var...

Image


Fincanda fırtına qoparmaqdan zövq alan bəzi "ekspert-politoloqlar" Azərbaycan-İran münasibətlərinin bugünkü səviyyəsini elə qorxunc şəkildə təqdim edirlər ki, guya "elə bu dəqiqə, bu saniyə müharibə başlayır, Rusiya İranın yanında, Türkiyə Azərbaycanın yanında, İsrail və ABŞ da bir tərəfdən müharibəyə qatılır, Ermənistan bu yandan cumur və beləliklə bölgəmiz dəhşətli bir müharibə meydanına dönür və dünya müharibəsi başlayır".

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Heç bir ildən çoxdur ki, Ukraynada gedən müharibəni əməliyyatlar baxımından Ukrayna sərhədlərindən kənara çıxmağa qoymurlar, indi  imkan verəcəklər ki, İran Amerikanı, İsraili, Türkiyəni, Rusiyanı və başqalarını müharibə oyununa salsın, üstəlik bu müharibənin poliqonu kimi də Azərbaycanı seçsin?! Nə dediyinizi başa düşürsüz? İranın içində olduğu bir müharibə planı varsa, bu yalnız İranın özünün poliqon olacağı plandır...

Ən pisi odur ki, Türkiyədəki 14 may seçkilərini bölgədə geosiyasi vəziyyəti guya dəyişə biləcək hadisə kimi təhlil edir (halbuki, 14 may seçkiləri qardaş ölkənin sırf daxili işidir), Azərbaycan hakimiyyətinə isə məsləhət vermək istəyirlər ki, İranla bu qədər gərginlik qorxuludur, davamı daha pis olacaq, təmkinli olmaq lazımdır və sair...

Bilmirəm bu adamlar nə düşünür? Azərbaycanın başında duranların qlobal və ya regional geosiyasətdən xəbərlərinin olmadığını sanırlar?! Bilmirlər ki, indiki gərginlikdən ən çox narahat olub qorxan İran rejimidir?! İran rejimi bilmir ki, Azərbaycana açıq hərbi hücumlara başlasa, nələrlə  üz-üzə gəlməli olacaq?! Onsuz da dünyanın "izqoyuna" çevrilmiş İran bundan daha betər vəziyyətlə üzləşməyi hansı məntiqlə istəyə bilər?!.. Belə də İranın başına "at təpib" ki, Azərbaycana açıq hücum müharibəsinə başlasın?!..

Azərbaycana gəldikdə isə, dövlətimiz indi bütün gücünü Ermənistanı sülh sazişinə gətirməyə yönəldib, bu istiqamətdə prosesin hələ bitmədiyi bir zamanda Azərbaycan İranla hansı müharibənin marağında ola bilər ki?!.. Azərbaycan kimi hər cür var-dövləti olan və dinc inkişafa meylli ölkənin ümumiyyətlə hər hansı müharibənin marağında olmadığını məgər sübut etməyə xüsusi ehtiyac var?!.. İranla indiki gərginliyi də Azərbaycanın yaratmadığı dəqiq məlumdur.

Vəziyyətin ağıllı təhlili göstərir ki, gərginlik artdıqca bundan həddən ziyadə narahat olmalı tərəf İrandır. Çünki onun Azərbaycana qarşı açıq hücum müharibəsinə başlayacağı halda hansı dövlətlərin silah-sursatının Azərbaycan tərəfdən meydana girəcəyini çox yaxşı bilir və bunu da istəmir. Azərbaycan niyə narahat olmalıdır ki?!...

Baxın, biz Azərbaycan olaraq İranla müharibəni istəmirik, bu müharibəni istəyənlərin oyunlarını lazımi qədər dərk edən və bu oyunları iqnor edən Prezidentimiz var, İran özü isə məsələnin açıq müharibəyə gedib çıxacağı halda nə günə qalacağını yaxşı anlayır. Bunlar bir daha göstərir ki, indiki gərginliyi Azərbaycan üçün guya çox təhlükəli bir vəziyyət kimi qələmə verənlər Azərbaycanı qorxudub prinsipsiz yumşalmaya təşfiq etmək istəyirlər ki, bu da əslində İranın lobbiçiliyini etmək və Rusiyaya yarınmaqdan başqa bir şey deyil... Demək istəmirəm ki, İranla gərginliyi əbədi davam etdirməliyik, müharibə etməliyik və sair. Azərbaycan qonşularla münasibətlərin hər zaman dinc və sabit olmasını istəyir. Ancaq indiki gərginliyi Azərbaycan yaratmayıb ki, Azərbaycan da onu aradan qaldırsın... Onu İran yaradıb. Məsələ də Azərbaycanın ümumən yumşalmasında yox, bəzilərinin təşviq etmək istədiyi prinsipsiz yumşalmasındadır ki, Azərbaycanın rəhbərliyi buna heç vaxt getməz və bu elə ən düzgün olanıdır…

İranın etdiyi və bundan sonra da edə biləcəkləri göz önündədir. Qoşununu çəkib heç vaxt Azərbaycana girə bilməz, ancaq Ermənistanla xosunlaşacaq, onu silahlandıracaq, içimizdəki casuslar və narkotrafik qruplarını daha da güclü oynadacaq, terrorlar törədəcək... Başqa heç nə... Zatən İran bu sayaq anti-Azərbaycan fəaliyyətlərini nə vaxt dayandırıb ki...

Buna görə də indiki gərginliklə Azərbaycanı qorxudub geri çəkilməyə təşviq etmək istəyən İran lobbistləri və Rusiyanın təəssübkeşlərinə fürsət vermək, İranın qarşısında geri çəkilmək qəti olmaz...

Azərbaycan Prezidenti düz yoldadır və İranla indiki münasibətlərdə milli mənafelər və prinsipial baxış mövqeyindədir. Yəni məhz bu anlarda İrana güzəşt olmamalıdır. Azərbaycanı indiki  gərginlikdən prinsipsiz şəkildə geri çəkilməyə inandırmaq istəyənlər yad maraqların təsirindədirlər.

Azərbaycanın prinsipiallığı nəyə yönəlib?

Əvvəla, İran Vətən müharibəsindən sonra yaranmış reallıqları tam qəbul etməlidir. Xüsusən Zəngəzur dəhlizinin, Qarabağ iqtisadi bölgəsi üzərində Azərbaycanın suveren hüquqlarının tanınması, ərazi bütövlüyü çərçivəsində Azərbaycan-Ermənistan sülh sazişinin təşviq edilməsi, Azərbaycanın müstəqil xarici siyasətinin tanınması İranın qəbul etməli olduğu reallıqlardır. Necə olur ki, İran öz ərazisi üzərindən Naxçıvana Arazboyu xətlə dəhliz verir, ancaq Zəngəzurdan Naxçıvana dəhliz söhbəti gələndə sancılanır?..

Bütün bunlara isə gərginlikdən prinsipsiz şəkildə geri çəkilməklə yox, irəli getməklə nail olmaq olar...

Azərbaycanın bölgədə yaratdığı postmüharibə reallıqları ilə barışandan sonra İran Ermənistanla necə istəsə qardaşlaşa bilər, o, Ermənistana kömək edəcək, Azərbaycana da öz dostları kömək edəcək. İran bu çərçivədə içimizdəki müəyyən qruplara da istədiyi dəstəyi versin. O dəstək verəcək, Azərbaycanın peşəkar dövlət orqanları da bir-bir onları zərərsizləşdirəcək, necə ki, DİN və DTX bunu yüksək səviyyədə aparır...

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ