çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İşğaldan azad bölgələrimiz milli kommunikasiya sisteminə tam inteqrasiya olunub...

Image


İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının böyük qələbəsi və bu tarixi zəfərin təntənəsi işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri və Qarabağın iqtisadi dirçəlişi ilə davam edir.

Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. Həmin bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir infrastrukturun yaradılması, bütün sahələrdə bərpa-quruculuq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsi əsas məqsədlərdəndir.

Ermənilərin Qarabağda qanunsuz əməllərinin və özbaşınalıqlarının sonunun gəldiyini təsdiqləyəcək daha bir xəbər yayılıb.

  • Azərbaycana aid olmayan istənilən şirkət tezliklə Qarabağı tərk edəcək

Qarabağın alaq otuna çevrilən  erməni birləşmələrinin qondarma dövlət elan etdiyi Azərbaycan torpaqlarında  2020-ci ildə 44 günlük müharibədən əvvəl telekommunikasiya xidmətləri eksklüziv olaraq yerli operator “Karabakh Telecom QSC” tərəfindən həyata keçirilirdi və Ermənistan operatorlarının abunəçiləri rouminqdən istifadə edirdilər. Hələ də məkrli niyyətlərindən və Azərbaycanın humanist yanaşmasından yararlanan ermənilər bununla bağlı kədərə boğulublar. Onlar hüznlə qeyd edirlər ki, hərbi əməliyyatlar nəticəsində “Karabakh Telecom” QSC-nin infrastrukturuna ciddi ziyan dəyib və humanitar böhran şəraitində mobil rabitə ilə təminat təcili həllini tələb edən aktual problemə çevrilib.  Qarabağdakı qanunsuz birləşmələrdən ibarət qondarma “erməni hökuməti” bu kimi məlumatları yayaraq, əhalini ümidləndirməyə çalışsa da, gedən proseslər Azərbaycana aid olmayan istənilən şirkətin tezliklə Qarabağı tərk edəcəyinə  işarə edir.

Son zamanlar bir sıra erməni saytları həmişə olduğu kimi Azərbaycanı ermənilərin hüquqlarını pozmaqda ittiham edir. İddialara görə, Azərbaycan xüsusi qurğular vasitəsi ilə Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əhalisinin mobil və internet rabitəsinə müdaxilə edir və bu isə şəbəkələrdə nasazlıqlara səbəb olur.

  • Ordumuzun zəfərindən sonra orada bir çox məsələlər dəyişdi

İKT üzrə ekspert Aqşin Əliyev  qeyd edir ki, belə hallarda bir neçə məsələni nəzərə almaq lazımdır:

“Bildiyiniz kimi Qarabağın erməni işğalında olan hissəsi 2020-ci ilin noyabrına qədər münaqişə zonası idi. Bu səbəbdən də oradakı bütün fəaliyyətlər qeyri-qanuni hesab olunurdu.

Amma ordumuzun zəfərindən sonra orada bir çox məsələlər dəyişdi. Hesab edirəm ki, Qarabağda bir çox məsələlərin, o cümlədən infrastruktur məsələlərinin bəzilərinin həllini tapması üçün zamana ehtiyac var. Çünki orada yaşayan bir qrup erməni əhalisi var və onlar hazırda reabilitasiya, uyğunlaşma dövrü yaşayır. Təbii ki, bu da bütün proseslərə təsir edir. Bunlardan biri də insanların bu gün daha çox ehtiyac duyduğu internet, mobil rabitə və s. məsələlərdir. Erməni mətbuatı yazır ki,  guya yerli əhali Azərbaycanın onların mobil və internet rabitəsinə mane olması ilə bağlı Rusiya sülhməramlılarına şikayət edib. Bu  məsələni şərh etməzdən öncə onu deyim ki, müxtəlif dövrlərdə bütün ölkələr GSM operatorlarında yaranan nasazlığa görə, problem yaşayıb. Hətta Azərbaycanda da dəfələrlə belə hallar olub. Bu da təbii haldır. Çünki texnika elədir ki, bəzən onda hansısa yeniləmə yaxud nasazlıq olur və bu da müəyyən fasilələrə gətirib çıxarır.

Erməni əhalisinin yaşadığı bölgə Azərbaycan silahlı qüvvələrinin, Sülhməramlıların və Ermənistanın hərbi obyektlərinin yerləşdiyi bölgənin ortasındadır. Ola bilsin ki, orda olan gizli hərbi obyektlərin təhlükəsizliyi üçün müxtəlif rabitə siqnallarını bloklayıcı vasitələrdən istifadə edilir. Nəzərə almalıyıq ki, burada 3 müxtəlif tərəfin hərbi obyekti var və hər 3 tərəfin də gizli saxlamaq istədiyi hansısa koordinatların yayılmaması üçün belə bir vasitələrdən istifadə etmək imkanı mövcuddur. Belə olan halda həmin ərazidə GSM operatorların mobil şəbəkəsində çətinliyin yaranması normaldır. Həmçinin də operatorların nasazlıqları və ya fors-major halları nəzərə almalıyıq. Belə olanda isə çətinliklər daha da intensiv hal alır”.

  • Dünyadakı ən müasir standartların tətbiqi ilə bağlı göstərişlər verilib

Ekspert hesab edir ki, tarixən riyakarlıqları ilə tanınan ermənilərin bu dəfə də eyni əməllərə əl atması mümkündür. Bu səbəbdən də kompleks araşdırmalar aparılmalıdır:

“Həmin məsələ ilə bağlı digər bir praktik nümunə ondan ibarətdir ki, ermənilər həmişəki kimi cığallıq edir. Belə ki, onlar Azərbaycanı təqsirləndirmək məqsədi ilə qəsdən şəbəkədə hansısa bloklamalar həyata keçirə bilərlər və əhalinin süni narazılığını ölkəmizin üstünə yönəltmək istəyərlər. Bütün bu məsələləri araşdırmaq üçün isə mütəxəssislər işləməlidir.

O ki qaldı “Karabakh Telecom”un Qarabağda fəaliyyətinə, təbii ki, bu qurumun Qarabağda fəaliyyəti qanusuzdur. Orada Azərbaycan qanunları əsasında fəaliyyət göstərən mobil operatoru işləyə bilər. Azərbaycanın hüququdur ki, beynəlxalq təşkilatlara müraciət edib onun işini məhdudlaşdırsın. Hesab edirəm ki, bu daha böyük bir xaosa yol açacaq. Belə olan halda orada yaşayan sivil insanların hüquqlarını əlindən almış oluruq. Ona görə də Azərbaycan bu mövqedə təmkinlidir və oradakı prosesləri reabilitasiya dövrünə buraxıb”.

İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı dünyadakı ən yüksək standartlar tətbiq edilir. Məlum olduğu kimi, Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni hədəfləyib. O cümlədən Vətən müharibəsində işğaldan azad olunan ərazilərimizin bərpası da müasir yanaşmalar əsasında həyata keçirilir. Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə salınacaq kəndlərdə və şəhərlərdə, eləcə də burada yaradılacaq təsərrüfatlarda, istehsal müəssisələrində dünyadakı ən müasir standartların tətbiqi ilə bağlı göstərişlərini verib. Bu baxımdan da, informasiya və kommunikasiya texnologiyalarının həmin regionda daha da inkişaf etdirilməsi ən başlıca hədəf olaraq qarşımızda durur.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ