çərşənbə axşamı günü, 10 noyabr 2026
     

"Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır" - Vüqar Rəhimzadə

Image


Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu bütün dövrlərdə dünya üçün nümunədir. Tarixən həm sevincli, həm də kədərli anlarda biri-birinin yanında olan iki qardaş ölkə dünyaya əsl qardaşlıq nümunəsini nümayiş etdirirlər. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin daha da möhkəmləndiyi, müttəfiqliyin, qardaşlığın gələcək inkişafı üçün hüquqi bazanın yaradılması diqqətdən kənarda qala bilməz.

Fərəhləndirici haldır ki, bu müttəfiqlik sənədinin imzalanmasına bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şahidlik etdi. 2021-ci ilin 15 iyun-Milli Qurtuluş Günündə imzalanan Şuşa Bəyannaməsi dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının mesajını verdi. Dövlət başçısı İlham Əliyevin hər zaman çıxışlarında bildirdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bu birlik bölgə, dünya üçün təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və təhlükəsizlik o qədər də möhkəm olacaq.

Məhz münasibətlərdə yaradılan möhkəm təməl gələcək barədə aydın təsəvvürü ortaya qoyur. 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” bəyan etməklə dünyaya mesajlarını çatdırdı. Müharibənin başlandığı andan Azərbaycanın yanında olan qardaş Türkiyə tarixi Zəfərimizin dünyaya təqdimatı kimi dəyərləndirilən Zəfər paradının keçirilməsindən bu günədək daim Azərbaycanın yanındadır. Bir faktı qeyd etmək kifayətdir ki, Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə açılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il 10 dekabr tarixində Bakıda Zəfər paradından dünyaya ünvanlandığı bu mesajı xatırlatmaq istərdik: “Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir".

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. İki dost ölkənin siyasi iradəsi əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri dövlətləri, xalqları bir araya gətirir, onlar arasında dostluq körpüsü rolunu oynayır. Artıq regional çərçivəni aşaraq beynəlxalq müstəviyə keçən əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi, yeni əməkdaşlıq formatlarının yaradılması, hazırkı postmünaqişə dövründə regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün Azərbaycan və Türkiyənin göstərdiyi birgə səylər göz önündədir. Çoxtərəfli əməkdaşlığın əsas tərkib hissəsi olan TANAP 2018-ci ildə istifadəyə veriləndə qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mühüm addımı sonrakı layihələrin müjdəsi kimi dəyərləndirdi. Azərbaycan-Türkiyə iqtisadi birliyi bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində özünü qabarıq şəkildə büruzə verir. Bu prosesdə Türkiyə şirkətləri fəal iştirak edirlər. O da məlumdur ki, 2021-ci ildə Zəngilanda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə iki qardaş ölkənin birgə investisiya layihəsi olaq “Dost Aqropark”ın təməli qoyuldu.

YAP Xətai rayon təşkilatının sədri iki qardaş ölkənin yeni texnologiyaların inkişafı sahəsində əməkdaşlığından, gələcək əlaqələrin inkişafına gənclərin töhfələrindən də bəhs edib. Bildirib ki, ötən il 28 May-Müstəqillik Günündə ölkəmizdə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü kimi dəyərləndirildi. Bu, eyni zamanda, bütün dünyaya Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajı oldu. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi innovasiyaların miqyasını daha da genişləndirəcək. Tədbirdə səsləndirilən “TEKNOFEST” dünyaya açılarkən ilk gəldiyimiz yer təbii ki, qardaşımızın evi, Bakı olacaqdı”, “Bakıda təkcə festival keçirmirik, eyni zamanda, bütün dünyaya bir millət, iki dövlət olduğumuzu göstəririk” kimi fikirlər Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyinin nümayişi oldu.

Vüqar Rəhimzadə qarşılıqlı səfərlərin qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb etdiyini önə çəkərək bu məqama diqqəti yönəldib ki, dövlət başçısı İlham Əliyev təkcə cari ilin ötən dövründə iki dəfə Türkiyəyə səfər edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir çox məqamların təqdimatında öz sözünü dedi. Qardaş ölkədə baş verən zəlzələ zamanı Azərbaycan dövlətinin, xalqının keçirdiyi hisslər, sıxıntılar yardımların davamlılığında özünün ifadəsini tapdı. Həm dövlət səviyyəsində, həm də sadə vətəndaşların vasitəsilə yardım kampaniyasına başlanıldı. Dünya bu nümunədə də qardaşlığın necə olduğunu gördü. Bunun davamı olaraq Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə bu tədbirin Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu və tədbir Ankarada keçirildi. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi kimi diqqətdə oldu.

YAP Xətai rayon təşkilatının sədri dost Türkiyənin son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçdiyini, dünyada söz sahibi olduğunu, güc mərkəzinə çevrildiyini də xüsusi qeyd edib. Bildirib ki, reallıq budur ki, bu gün dünyada Türkiyə ilə hesablaşırlar, ona böyük hörmət və etimad nümayiş etdirirlər. Türkiyənin hərbi gücü, müdafiə sənayesi sahəsində böyük uğurları dünyanın diqqətindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, aprelin 4-də Prezident İlham Əliyevə Türkiyənin son texnoloji məhsullarından olan “Togg” elektromobilinin təqdim olunması dünyaya verilən çox önəmli mesajlardan biridir. Türkiyə və Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Yeni texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafını sürətləndirir ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına xidmət edən addımlara stimul verir. Qardaş ölkənin iqtisadi imkanlarının daha da genişlənməsi üçün yeni imkanlar yaranır. Belə ki, Türkiyədə istehsal olunan ən müxtəlif təyinatlı məhsullar dünyanın fərqli bazarlarına ixrac edilir. Türkiyə ilk dəfə olaraq milli avtomobilinin istehsalına başladı. Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu. Diqqəti çəkən mühüm məqamlardan biri ilk “Togg” sahibinin Türkiyə Prezidenti ilə bərabər Prezident İlham Əliyevin olmasıdır. Bu, Türkiyə Prezidentinin və xalqının Azərbaycan Prezidentinə olan yüksək ehtiramının göstəricisidir. Dövlət başçısı İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktarı qəbul edərkən bu fikri xüsusi qeyd etmişdir ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. “Baykar” şirkətinin istehsal etdiyi məhsullar Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində böyük rol oynadı.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ