çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Terrorçu molla rejiminin İslam həmrəyliyindən danışması riyakarlıqdır” - Vüqar Rəhimzadə

Image


Bu gün bədnam qonşu İranın üzdəniraq fars-molla rejimi Azərbaycana qarşı hər addımda riyakarlığı diqqətdən kənarda qalmır. Bu riyakarlıqlar çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz.

İranın işğalçı Ermənistanla əlaqələrinin dərin köklərə malik olması zaman-zaman bu ölkənin anti-Azərbaycan əməllərinin dərinləşməsində özünün aydın ifadəsini tapır. Azərbaycanın dünyada möhkəmlənən mövqeyinə, artan nüfuzuna, Prezident İlham Əliyevin yürütdüyü uğurlu  xarici siyasətin beynəlxalq səviyyədə dəstəklənməsinə qısqanclıqla yanaşan ermənipərəst dairələr Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfəri, bölgədə yaratdığı yeni reallıqları həzm edə bilmirlər. Buna görə də regionda sabitliyin pozulması üçün hər cür çirkin əməllərə əl atırlar. Bu sahədə ermənilərə daha çox yaxın olan Fransa və İranın Azərbaycan əleyhinə həyata keçirdikləri təxribatlar bölgədə sabitliyin pozulmasına yönəlib. Bu üç şər dövlətini birləşdirən antibəşəri dəyərlərin geniş təhlilinə ehtiyac yoxdur. Terroru dəstəkləməklə yanaşı, özləri bu prosesin iştirakçıları olan hər üç dövlətin ölkəmizə münasibətinin miqyasını təsəvvür etmək üçün istər Azərbaycan torpaqlarının 30 il davam edən işğalı, istər 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi, istərsə də postmünaqişə dövründə törətdikləri əməllərin xronologiyasına diqqət yetirmək kifayətdir. İşğal dövründə sözdə Azərbaycana dəstək verdiyini bəyan edən, əməldə isə Ermənistana yardımlarını əsirgəməyən İran Vətən müharibəsinin davam etdiyi müddətdə də bu çirkin əməllərindən əl çəkmədi. Bu müddətdə İranın fars-molla rejiminin Ermənistana hərtərəfli dəstəyini təsdiqləyən xeyli sayda  faktlar aşkarlandı. Tarixi Zəfərimizdən sonra bu şər üçbucağının daha da yaxınlaşaraq Azərbaycana qarşı açıq-aşkar cəbhə yaratmaları diqqətdən kənarda qalmır.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Tehranda Azərbaycan səfirliyinə  silahlı hücumdan bu günədək hadisələrin gedişinə diqqət  yetirərkən məkan və zamanın fərqli olmasına baxmayaraq zəncirvari şəkildə bir-birinə bağlı olan bu qanlı olaylarda İranın xüsusi-xidmət orqanlarının barmağının olduğu açıq-aydın görünür. Səfirliyimizdə yaşananlar İranın molla rejiminin terrora dövlət səviyyəsində dəstəyinin əyani təsdiqi oldu. Mollakratiya hadisənin məişət zəminində baş verməsi ilə bağlı yalanlar uydurmaqda davam etdiyi bir vaxtda Tehrandakı səfirliyimizə hücumun çirkin terror hadisəsi olduğunu bütün dünya gördü.

Baş redaktor bildirib ki, İranın terrorçu dövlət olduğu beynəlxalq səviyyədə təsdiqini tapmış reallıqdır və bunu bütün dünya ictimaiyyəti də etiraf edir. Bu kimi əməllərin davamlı və sistemli hal almasında dünyanın ikili standartlara əsaslanan siyasəti az rol oynamır. Unutmayaq ki, 30 il davam edən işğal dövründə də Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarının əsasında dünya ictimaiyyətinin baş verənlərə laqeyd yanaşması, təcavüzkara dəstəyi dayanırdı.

Vüqar Rəhimzadə diqqəti fars-molla rejiminin son addımlarına yönəldərək bildirib ki, İran parlamenti aprelin 5-də Azərbaycanın İsraildə səfirliyinin açılmasını pisləyən bədnam bəyanat qəbul edib. Həmin bəyanatda molla rejimi abır-həya etmədən, heç bir əxlaq normasını gözləmədən, utanmazcasına Azərbaycanın İsraildə səfirliyinin açılmasını guya İslam dünyasının maraqlarına “zidd hərəkət” kimi dəyərləndirir. Hətta, İranın molla deputatları bir qədər də irəli gedərək bu addımın pislənilməsi ilə bağlı ərəb və İslam ölkələri hökumətlərinə, İslam Əməkdaşlıq Təşkilatına çağırışlar ediblər. Görəsən, molla rejimi Azərbaycanı guya İslam dəyərlərinə zidd addım atmaqda günahlandırarkən 30 illik işğal dövründə ermənilərə dəstəyini yada salıb xəcalər çəkirmi? Ona görə məhz həmin dövrü deyirik ki, ermənilər 30 il ərzində dini abidələrimizi dağıtmaqla, məscidlərimizdə donuz saxlamaqla bütövlükdə İslam dünyasını açıq-aşkar təhqir edirdilər. İran isə bu əməllərə üzdə göz yumub, arxada dəstək verməklə müsəlmanların qatı düşmənləri ilə əlaqələrini daha da dərinləşdirir. Həmin riyakar bəyanatda belə bir  ikrah hissi doğuran məqam da yer alır ki, Azərbaycanın İsraildə səfirlik açmasının bir çox mənfi siyasi nəticələri olacaq. Bu, molla rejiminin həyasızlığının pik nöqtəsidir. Əgər İran  müsəlman təəssübkeşi rolunu sözdə yox, əməldə oynasaydı, o zaman Azərbaycanın tarixi qələbəsinə sevinərdi. Ermənistanın 30 illik işğalına son qoyan Azərbaycanın erməni vandallarını torpaqlarından qovmasından sonra qonşu İranın ermənipərəst siyasətini davam etdirməsi nə təcavüzkar dövlətə, nə də Azərbaycana düşmən kəsildiyini hər addımında büruzə verən molla rejiminə yaxşı heç nə vəd etmir. Bu gün Azərbaycanı əsassız ittiham edən İranın molla rejimi 30 ilə yaxın erməni işğalı altında qalan ərazilərimizdə dini abidələrin, məscidlərin dağıdılmasını, təhqir edilməsini, məsciddə donuz saxlanılmasını susqunluqla qarşılaması əxlaqsızlığın və riyakarlığın kulminasiya nöqtəsidir. İranın riyakarlığına heç nə ilə haqq qazandırmaq mümkün deyil. Heç bir mənəvi-əxlaqi haqqı olmadığı halda utanmadan İslam həmrəyliyindən danışan İran parlamentinin qəbul etdiyi məlum bəyanat molla rejiminin Azərbaycana qarşı necə riyakar mövqedə dayandığına bir daha işıq salır.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, son hadisələr İranın ölkəmizə qarşı münasibətinə bələdçilik edir. Qeyd etdiyimiz kimi, səfirliyimizə, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktlarının üstünün Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində çox qısa zamanda açılması və qanlı hadisələrə hüquqi qiymət verilməsi onu deməyə əsas verir ki, sular durulduqca molla rejiminin Azərbaycana qarşı riyakarlığının kökündə dayanan məqamlar da aşkara çıxır. Eyni zamanda, ölkəmizə qarşı törədilən hadisələrin ssenarisinin haradan qaynaqlandığı  bəlli olur. Ermənistan və onun İran, Fransa kimi himayədarları 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın nəyə qadir olduğunu gördülər. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman bu çağırış səsləndirir ki, heç bir ölkə və qüvvə Azərbaycanla təhdid dilində danışa bilməz. Azərbaycan müstəqil dövlətdir, heç bir dövlətin diktəsi ilə oturub durmur. Bu və ya digər ölkədə səfirliklərimizin açılması müstəqil Azərbaycan dövlətinin suveren hüququdur.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ