çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Sülh təkliflərinə vaxtında cavab verməyən Ermənistan peşmançılıq çəkir...

Image


Ötən ay Azərbaycan ordusunun Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürməsi erməni cəmiyyətində ciddi narahatlıq predmeti olaraq qalmaqdadır.

Xatırladaq ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Bundan əlavə, Azərbaycan ordusu Laçında nəzarətə götürdüyü Ermənistanla sərhədboyu ərazilərdə 10 yeni post qurub. Gorusun Dağ kəndi icmasına daxil olan Aravusun keçmiş inzibati rəhbəri Arqam Hovsepyanın sözlərinə görə, azərbaycanlılar nəzarətə götürdükləri mövqelərdən geri çəkilmir: “Hökumətimiz deyir ki, vəziyyət yaxşılaşır. Əgər azərbaycanlılar geri çəkilməyibsə, hansı yaxşılıqdan danışırlar? Azərbaycanlılar artıq 10-11 post qurub, aktiv şəkildə mühəndislik işləri aparır”. Ordumuzun Laçında Ermənistanla sərhəd boyunca yeni postlar qurması ilə İrəvan və Qarabağdakı separatçıların nəzarətsiz olan həmin ərazilərdən istifadəsinin də qarşısı alınıb. Və beləliklə, çıxış yolları bağlanan separatçıların ətrafında çəmbər getdikcə daha da daralır. Bundan sonra hədəf Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasıdır. Onu da qeyd edək ki, Azərbaycan ordusu mütəmadi olaraq dövlət maraqlarını qorumaq üçün istər Ermənistanla olan şərti sərhəddə, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ ərazisində mövqelərini daim təkmilləşdirir. Son zamanlar sərhəddə və Qarabağda vəziyyətin gərginləşməsi, Ermənistanın sülh müqaviləsindən boyun qaçırması Azərbaycanı əlavə tədbirlər görməyə məcbur edib.  Laçın rayonunda olan əlavə yollarda Azərbaycan ordusu qeyd olunan ərazilərdə əməliyyat keçirib və həmin yerlərə nəzarətimizi bərpa edib. Bu, ordumuza Laçından keçən bütün yolları nəzarətdə saxlamağa imkan verir. Bu arada Dağ-Gorunzur ərazisində Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş baş tutub. Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb ki, nümayəndələr sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparıb, nəticədə bu seqmentdə vəziyyət xeyli yaxşılaşıb. İddia edilib ki, Ermənistan tərəfdən danışıqları Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan aparıb. Erməni mediası yazır ki, Abazyan azərbaycanlıları bu günlərdə tutduqları mövqelərdən "Dostluq abidəsi”nə qədər geri çəkilməyə razı salmağa çalışıb. Lakin danışıqlar nəticə verməyib və azərbaycanlılar öz mövqelərində qalıblar. “Qraparak” nəşri öz mənbələrinə istinadən təsdiq edir ki, Ermənistan və Azərbaycan arasında Rusiya sülhməramlılarının iştirakı ilə aparılan danışıqlar nəticəsiz başa çatıb. Görüşün Gorusun Dağ  kəndində keçirildiyi bildirilib: “Erməni tərəfi azərbaycanlıları bir gün əvvəl nəzarətə aldıqları mövqelərdən nisbətən geri çəkilməyə razı salmağa çalışsa da, bu heç bir nəticə verməyib. Azərbaycan hərbçiləri Dağ icmasının yerləşdiyi ərazidən bir neçə metr aralıda yerləşən mövqelərində  möhkəmlənməyə davam edir”. Qəzetin yazdığına görə, 2020-ci il martın 31-dən sonra Dağ  icmasının ərazisinə heç bir erməni sərhədçisi yerləşdirilməyib. Orada yalnız rus sülhməramlıları olub. Sərhəddəki danışıqlarda Azərbaycan və Ermənistan nümayəndələri ilə yanaşı, Rusiya sülhməramlılarının nümayəndələri də iştirak edib.

Baş verənlər fonunda regional məsələlər üzrə erməni ekspert Armen Petrosyan qeyd edir ki, erməni tərəfi üçün narahatedici vəziyyət yaranıb: “Azərbaycanın davranışı çox proqnozlaşdırıla biləndir”. Onun sözlərinə görə, Qarabağın Ermənistanla əlaqəsi bütün mümkün istiqamətlərdə kəsilib:  “Bizim ümumi yanaşmamız eskalasiyaya yol verməmək olub. Ümumi yanaşmamız eskalasiyanın qarşısını almaq olub, lakin paralel əks tədbirlər, əsəblərin mübarizəsi var. Biz hər dəfə güzəştlərlə eskalasiyanı təxirə salanda Azərbaycan üçün fərqli taktikalar təqdim edirik. Yeni sərhədlər olmayacaq. Heç kim sərhədlərimizi qorumağa gəlməyəcək. Bakıya qarşı heç bir beynəlxalq mexanizm işləməyəcək, biz öz sərhədlərimizi qorumalıyıq”. Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abrahamyan isə vurğulayır ki, son günlər bir tərəfdən Zəngəzurla bağlı kifayət qədər ziddiyyətli məlumatlar var, digər tərəfdən də hakimiyyət reallığı təhrif etməyə çalışıb. Onun sözlərinə görə, aprelin 1-dən Qarabağı Ermənistanla birləşdirən yolun marşrutunda dəyişiklik olacaq. Azərbaycan tərəfinin sərhəd xəttində 100-300 metr irəlilədiyinə toxunan Abrahamyan bildirib: “Hesab edirəm ki, Azərbaycan 100 və ya 200 metrlik səngərin mühafizəsi vəzifəsini qarşısına qoymayıb, özü üçün əlverişli olan ərazilərdə mövqe tutmağa başlayıb, bu ona həm hazırkı döyüş növbətçiliyini yerinə yetirmək, həm də digər döyüş tapşırıqlarını həyata keçirmək imkanı verəcək. Yəni Azərbaycan gələcəkdə planlaşdırılacaq əməliyyatlar üçün platsdarm formalaşdırıb”.
Abrahamyan vurğulayıb ki, Azərbaycan hansısa mərhələdə Zəngəzurun hər hansı bir hissəsində hərbi əməliyyat həyata keçirməyi hədəfləsə, ona mane olan hər hansı bir şey olmayacaq. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan da naharat olanlar sırasındadır: “Əgər Milli Təhlükəsizlik Xidməti azərbaycanlıların irəli gəldiyini təsdiqləyirsə, əslində onlar bunu yerindəcə görüblərsə və ictimaiyyətimizə təqdim ediblərsə, bu, hadisənin baş verdiyi anlamına gəlir”. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir:
“Biz Azərbaycanla müharibə vəziyyətindəyik. Azərbaycan Ermənistan ətrafında halqanı ardıcıl olaraq daraldır. Onun iki məqsədi var: birincisi, onların planlaşdırdıqları və Azərbaycanın qərb hissəsini Zəngəzur vasitəsilə Naxçıvanla birləşdirməyə çalışdıqları dəhlizi əldə etmək, ikincisi isə “Qarabağı ermənilərdən boşaltmaqdır”. Bundan başqa, əgər müharibə vəziyyətindəyiksə, sərhədlərin hər qarışını öyrənib, müdafiəmizi təşkil etməliyik. Ordunun vəzifəsi budur. Bakıdan Dağa necə çatdılar, möhkəmləndilər? Biz isə sərhəd sakinlərimizə deyirik ki, öz yağınızda qızarın”.  Ohanyan bildirib ki, metr-metr irəliləyən Azərbaycan sərhədlərin özü üçün faydalı tənzimlənməsinə şərait yaradır.
Ermənistanın sabiq müdafiə naziri vurğulayıb ki, Ermənistan səlahiyyətliləri vəziyyəti anlamır və yaranmış vəziyyətdə prioritetləri müəyyən edə bilmirlər.
O əlavə edib ki, heç bir şey alınmayacaq, azərbaycanlılar öz qoşunlarını danışıqlar yolu ilə çıxarmayacaqlar. Çünki Ermənistanla sərhəd müəyyən edilməyib və Azərbaycan əz ərazisi hesab etdiyi yerlərdə postlar qurur. Ermənistan vaxtında Azərbaycanın təkliflərinə qulaq asıb sülh müqaviləsi imzalasaydı, sərhədləri müəyyən etsəydi, belə problemlər də olmazdı.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ