çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qəzet və saytlar vergilərin ləğvindən nə qazanacaqlar...

Image


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib.

Bu qanunla 1 yanvar 2023-cü ildən media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunub.

  • Hacıbəy Heydərli: “Bu dəyişiklik həm də dövlətimizin medianın inkişafında, jurnalistlərin sosial durumunun yaxşılaşmasında olan marağının göstəricisidir”

Qəzet və saytların vergidən azad olmasının əhəmiyyəti haqqında fikir bildirən  Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azxeber.com” İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Vergi Məcəlləsinə edilən bu dəyişiklik Azərbaycanda media subyektlərinin azad fəaliyyətinə və sağlam rəqabət mühitinin formalaşmasına gətirib çıxaracaq, eyni zamanda mətbuatımızı yad ünsürlərdən qoruyacaq: “Günün tələblərinə adekvat olan dəyişiklik, media sahəsinin sosial-iqtisadi durumuna müsbət təsir göstərəcək. Bu dəyişiklik həm də dövlətimizin medianın inkişafında, jurnalistlərin sosial durumunun yaxşılaşmasında olan marağının göstəricisidir. Hesab edirəm ki, media subyektləri də öz fəaliyyətlərini sağlam şəkildə qurmalı və dəyişikliklərdən istifadə edərək reklam bazarında mühüm yer tutmalıdır. Belə olacağı təqdirsə onların gəlirləri artacaq və nəticədə redaksiyaların öz əməkdaşlarının həyat şəraitini yüksəltməsi, sosial vəziyyətini yaxşılaşdırması baxımından müsbət dinamikaya nail olacaqlar.

Azərbaycan dövlətinin medianın inkişafı, maliyyə imkanlarının artması istiqamətində atdığı bu ardıcıl addımlar dəstəklənməlidir. Eyni zamanda bu addımlar reklamverən özəl şirkətlərə də stimul olmalı və media subyektləri ilə əməkdaşlığı artmalıdırlar”.

  • İlham Quliyev: “Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, qəzet və saytların öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin…”

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirdi ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, qəzet və saytların öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunması dövlət tərəfindən mediaya edilən faydalı bir jestdir: “Bu, xüsusilə də dövlətdən maliyyə yardımı olan media subyektlərinin maddi baxımdan gəlir əldə etməsinə səbəb olacaq. Bu cür dəstək media subyektlərinin maliyyə müstəqilliyinin artmasına da müsbət təsir göstərəcək. 

Bundan öncə jurnalistlərin sosial ipoteka alması istiqamətində atılan addım da təqdirəlayiq idi. Amma ümumilikdə medianın maddi mənbələrə çıxış imkanları da bir qədər artırılmalıdır. Etiraf etməliyik ki, bu gün Azərbaycanın media subyektlərinin əksəriyyəti çətin şərtlər altında çalışır, maddi-texniki bazaları çox məhduddur. Bütün bunlar sonucda peşəkarlıqla bağlı problemlərin yaranmasına səbəb olur. Buna görə də medianın maddi imkanlarının yaxşılaşdırılması bu sahədəki problemlərin həllinə, ənənəvi medianın hazırda üzləşdiyi haqsız rəqabət şəraitində ayaqda qalmasına yardımçı ola bilərdi”.

  • Vasif Həsənli: “Vergi güzəştlərinin ümumi dəyəri 10 milyon manata yaxın olacaq, bu o deməkdir ki…

Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olundu. Bu, cənab Prezidentin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb: “Hesab edirəm ki, bu qərar bütövlükdə mediamız üçün ciddi nəfəslik olacaq. Artıq qəzet və saytlara verilən maddi yardımlar vergidən azad edildi. Əslində, bu gözlənti illərdir Azərbaycan mediasında var idi. İstər uzaq 90-cı illərdə, istərsə indi media dövlətdən vergi güzəştlərinin edilməsini istəyirdi. Məsələ zaman-zaman gündəmə gəlmişdi, ancaq hər dəfə nələrsə, yaxud kimlərsə bu müsbət işin qarşısına "daş" qoyurdu. Halbuki, vergi güzəştləri indiyə qədər tətbiq olunsaydı, mediamız daha sürətlə inkişaf edərdi. Dünya təcrübəsi də təsdiq edir ki, mediada peşəkarlıq təminatdan daha çox asılıdır, maliyyə təminatı normal olan redaksiyalar daha peşəkar fəaliyyətə üstünlük verir, gəlir əldə etmək üçün “sarı mətbuat” olmaq yolunu tutmur, eləcə də həm qanuna, həm jurnalistika prinsiplərinə zidd yollara baş vurmurlar. İndi bunu, illərin gözləntisini Medianın İnkişafı Agentliyi həyata keçirmək istəyir. Bu qərarı hər kəs alqışlamalıdır.  Bu, mediada başlayan və artıq müsbət effektini gördüyümüz islahatların tərkib hissəsidir. İslahatlar bir-birini tamamlayan iki kateqoriyada həyata keçirilir. Birincisi, medianın peşəkarlaşması, neqativ halların aradan qaldırılmasıdır.

“Media haqqında” qanunun qəbulu ilə bütün media sektoru – çap və onlayn media qanunvericiliklə tənzimləndi. Bu, dövlətin onlayn mediaya yardım ayırmasını təmin etməklə yanaşı, həm də qanunvericilikdən kənarda qalan bu sahəni reketçiliyin oylağına çevrilməsinin qarşısı alındı.

Bununla yanaşı, medianın peşəkarlaşması məqsədilə, mütəmadi təlimlərin keçirilməsinin də effekti böyükdür. Bu təlimlərdə peşəkar fəaliyyətlə yanaşı, media subyektlərinin maliyyə mənbələrinin tapılması, biznes planının hazırlanması kimi əhəmiyyətli tədris prosesi həyata keçirilir. İkincisi, medianın təminatı istiqamətində mühüm işlər görülür.  Bura dövlətin ayırdığı maliyyə dəstəyinin ədalətli bölgüsündən tutmuş sıravi jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılmasına qədər çoxvektorludur. Əvvəllər dövlətin media subyektlərinə dəstəyi yalnız bəlli qrupları əhatə edirdisə, Medianın İnkişafı Agentliyi bu prosesdə ədaləti bərpa etdi, xüsusilə maliyyə imkanları az, potensialı böyük olan media orqanlarına dəstəyi təmin etdi. Nəticə etibarilə hazırda media sahəsində vaxtilə daha qabarıq olan oliqarxiya ciddi şəkildə arxa plana keçir, ön planda peşəkarlıqdır. MEDİA-nın maliyyə yardımı ayırdığı media orqanlarından əsas tələbi əməkdaşlarının əmək haqlarının rəsmi şəkildə edilməsidir ki, bu, həm bu sahədə uzun illərdir mövcud olan “qara mühasibatlığı”n aradan qalxması və vergi qaçaqmalçılığının qarşının alınması ilə nəticələnir, həm də jurnalistlərin gələcək təminatında rol oynayır. Bununla yanaşı, jurnalistlərə güzəştli ipoteka almaq şəraitinin yaradılması da illərdir bu sahədə külüng vuran insanlar üçün inqilabi qərardır. Media Reyestrinin yaradılması bu prosesin nizamlı qaydada həyata keçirilməsi üçün əhəmiyyətli addımdır.  MEDİA Agentliyinin qısa dövrlük fəaliyyətində həyata keçirdiyi işlərin sayı kifayət qədər çox və əhəmiyyətlidir. Bu baxımdan Azərbaycan mediasına vergi güzəştlərinin edilməsi ilə bağlı son qərar da inqilabi addımdır. Artıq çap və onlayn mediaya müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad olundu. Təqribi hesablamalara görə, vergi güzəştlərinin ümumi dəyəri 10 milyon manata yaxın olacaq. Bu o deməkdir ki, dövlət media subyektlərinin çiyinlərindəki yükü öz üzərinə götürür. Bunun nəticəsinin müsbət olacağı bəllidir, çünki bu güzəştlər medianın təminatını və daha peşəkar fəaliyyətini stimullaşdıracaq”.

  • Aqil Camal: “Yeni qərar medianın effektli fəaliyyəti və gələcək iqtisadi inkişafı üçün zəruri addımlardan biridir”

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirdi ki, Azərbaycanda media orqanlarının mənfəət, gəlir və sadələşdirilmiş vergidən azad edilməsi reallıqdan doğan bir addımdır. Təəssüf ki, illərdir müstəqil medianın özünü tənzimləməsilə təşəbbüslər olsa da, hələ də Azərbaycanda media əsaslı şəkildə öz ayaqları üzərində dayana bilmir: “Bu hal həm televiziya, həm sayt, həm də qəzetlərə aiddir. Məlumdur ki, reklam sahəsində gələn gəlir olduqca aşağıdır. Bu da medianı digər mənbələrdən asılı hala salır. Digər mənbələrdən əldə edilən yardım isə vergi və bəzi ödənişləri edilməsinə tətbiq olunurdu. Bu səbəbdən də hesab edirəm ki, yeni qərar medianın effektli fəaliyyəti və gələcək iqtisadi inkişafı üçün zəruri addımlardan biridir”.

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ