çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İranda erməni abidələrini UNESCO siyahısına saldırıblar, Azərbaycan abidələrini isə...

Image


Molla rejimi Azərbaycan türklərinin mədəni irsinə qarşı heç də ermənilərdən az cinayət törətməyib. İstər Pəhləvi hakimiyyəti dövründə, istərsə də indiki Tehran rejimi zamanı Cənubi Azərbaycanda olan abidələrimizin böyük bir hissəsi məhv edilib, qalanlar da farslaşdırılaraq öz kökündən ayrılıb, saxtalaşdıra və yer üzündən silə bilmədikləri isə baxımsızlıq ucbatından dağılıb gedir. Baxan, diqqət yetirən yoxdur.  

Məlumatlara görə, İran ərazisindəki erməni kilsələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Özü də illər əvvəl. Belə söhbətlər olub ki, Cənubi Azərbaycan abidələri də UNESCO-ya təqdim edilsin, bəzi abidələrimiz UNESCO-ya salınsa da, amma onlar çox baxımsız vəziyyətdədir. Onu da deyək ki, Savalan dağının bu siyahıya salınacağı deyilirdi. Məlumata görə, Təbriz bazarı UNESCO-ya daxil edilib. Amma təəssüf ki, bazar bu gün baxımsız vəziyyətdədir. Amma İranın Erməni Monastır Cəmiyyəti və digər məbədləri UNESCO-ya daxil edilib, bununla yanaşı o saxta abidəyə və digər qondarma erməni abidələrinə hər cür qayğı göstərilir...    

Molla rejimi tərəfindən Azərbaycan abidələri dağıdılır, saxtalaşdırılır, baxımsız vəziyyətə salınır, məhv edilir. Erməni kilsələri, abidələri (sonradan yaradılan abidələr, çünki onların qədim tarixi abidələri olmayıb-İ.S ) isə qorunur.

Redaksiyamızın ilin əvvəlində təsdiqlədiyi plana uyğun olaraq “Cənubi Azərbaucanın tarixi irsi” rubrikasında bu mövzuda danışacağıq.

  • “Ermənilər türklərə məxsus Göy Məscidi farslaşdırdığı kimi, İranda da türklərə aid xristian abidələrini və kilsələrini erməniləşdiriblər”

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə bunun səbəblərini şərh etdi. “İran hakimiyyəti, panfarsizm ideologiyası əsasında idarə olunan bu ölkə Azərbaycan türklərinin milli mədəni, tarixi  abidələrinə, milli mədəniyyətinə ögey münasibət bəsləyir, onun inkişaf etməsinə əngəl olur. Abidələrin qorunmasından isə danışmağa dəyməz. Keçən əsrin 90-cı illərində qoç qəbirlərin buynuzlarını sındırırdılar ki, guya orada qızıl var. Bu “ideyanı” o vaxtkı prezident Rəfsəncaninin dəstəsi ölkə daxilində təbliğ edirdi ki, bununla da Azərbaycan türklərinə məxsus olan qəbirüstü qoç abidə daşlarını dağıtsınlar. Yaxud Ərk qalasının ətrafında qadınların namaz qılması üçün yer salınması ideyası ortaya atılmışdı. Göy Məscidin, Zəncandakı mədəni abidələrin, Miyanədəki Qız qalasının dağılması hadisələri baş verib. Bir sözlə, Güney Azərbaycanda qədim tarixi abidələrin dağılması İran hakimiyyətinin sanki hədəfidir. Məsələn, İrəvanda Göy Məscidin “ fars mədəniiyyətinə” “aid edilməsi”ni  və “fars məscidi” kimi qələmə verilməsini də İran hakimiyyəti məmnuniyyətlə qəbul edib. Bu məscidin Azərbaycana məxsus olduğunun üstündən sükutla keçir. Amma hər kəs bu məscdi kimin və nə vaxt tikdirdiyini bilir və bu məscidin Azərbaycan türklərinə aid olduğunu təsdiqləyən faktlar var. Yəni bunun Azərbaycan türklərinə məxsus olduğuna heç kəs etiraz edə bilməz”.

S.Soltanın sözlərinə görə, İranda harada kilsə varsa hamısını ermənilər öz adlarına çıxırlar. “Bir vaxtlar ermənilər İranda təxminən 600-ə qədər kiləsənin olduğunu bildirdilər və o kilsələrin hamısını “erməni kilsəsi” adlandırdılar. Hakimiyyət də bunu o cür qəbul etdi. Amma hər kəsə bəllidir ki, o taylı-bu taylı Azərbaycan türkləri əvvəllər xristianlılğı qəbul ediblər, buna görə də bu kilsələr yerli əhalinin, yəni Azərbaycan türklərinin ibadətgahı olub. Eynən Şimali Azərbaycan ərazisindəki kilsələr necə yerli Azərbaycan türkü olan xristianlara mənsub olub, eləcə də mahiyyət, quruluş, memarlıq etibarı ilə Güneydəki məbədlər buradakı yerli türklərə aid olub. Bunlar tədqiq olunası, araşdırılası məsələlərdir. Məsələn, hazırda İran ərazində 60 minə qədər erməni var. Ermənilər özləri etiraf  edirlər ki, inqilaba qədər bu ölkənin ərazisində 200 minə qədər erməni olub. 1979-cu ildən 2019-cu ilə kimi 150 minə yaxın erməni bu ölkənin ərazisindən köç edib. Məsələn, indi ermənilər əsasən Azərbaycan ərazisində, Tehranda və İsfahanda yerləşlər. Təbrizdə 3 minə yaxın erməninin yaşadığı deyilir, amma iddia edirlər ki, orada 50 erməni kilsəsi mövcuddur... İsfahanda 6 min erməninin yaşadığı bildirilir, amma orada 12 fəaliyyətdə olan kilsə var. Yaxud Tehranda 50 min erməninin olduğu qeyd edilir, burada 7 kilsə, eləcə də 30-dan çox məktəb, uşaq bağçası, uşaq mədəniyyət mərkəzi və idman mərkəzləri fəaliyyətdədir. Bax, bu göstərir ki, İran hakimiyyəti Azərbaycan türklərinin mədəni abidələrinə  ögey yanaşır, əslində ermənini qorumağa çalışır. Erməniləri qorumaqla da İranda erməni lobbisinin maraqlarını müdafiə edirlər.

İrandakı kilsələrin hamısını ermənilər “erməni kilsəsi” kimi qələmə verir, əslində isə o kilsələrin hamısının onlara aid olduğu şübhəlidir.

Ermənilər iddia edir ki, Təbrizdə 50 erməni kilsəsi var7 Orada 50 erməni kilsəsi necə ola bilər? Yaxud “İranda 600 kilsə var, hamısı da ermənilərə məxsusdur” iddiasını irəli sürürlər, heç Ermənistanda 600 kilsəyə gedəcək sayda adam yoxdur, o ki qala İranda. Bunlar hamısı absurddur. Ermənilər türklərə məxsus Göy Məscidi farslaşdırdığı kimi, İranda da  türklərə aid xristian abidələrini və kilsələrini erməniləşdiriblər. Türk mədəniyyət abidələrini baxımsız vəziyyətdə qoyurlar”.

S.Soltan vurğuladı ki, Azərbaycan abidələrindən UNESCO-ya daxil edilən abidələr olsa da, amma onlar baxımsız vəziyyətə salınaraq dağıdılır. “Ərk qalası, Göy Məscid kimi abidələr UNESCO-ya daxil edilən abidələrdir, İran hakimiyyəti Azərbaycan türklərinin abidələrinə çox ögey yanaşır. Hakimiyyət Göy Məscidi təmir etməli, onu bərpa etməli olduğu halda, amma Azərbaycan türklərinə məxsus olduğu üçün onun uçub dağılmasına göz yumur. Bu mövcud rejimin qulluq etdiyi siyasi ideolji mahiyyətdən irəli gəlir. Məqsəd Azərbaycan türklərinin mədəni irsinin izlərini İran ərazisindən silməkdir. Baxın, yer-yurd, şəhər-kənd adlarını dəyişdirib farslaşdırırlar. Niyə Azərbaycan türklərinin izləri silinməlidir? Faktiki olaraq Qaradağ mahalına Arasbaran (Arazbaran) adının verilməsi, Xiyavın Meşkin şəhəri adlandırılması, Qızılüzən çayın adının dəyişdirilərək farslaşırılması və sair xoşagəlməz hallar baş verib. Yer adlarının kütləvi dəyişdirilməsi prosesi baş verib, bu da buradan türkün izini silməyə xidmət edib. Türk abidələrinin dağıdılması, məhv edilməsi məsələsi də bizim izlərimizi yox etməyə yönəlib. Bu siyasətin əsasını Azərbaycan türklərinin izini silmək təşkil edir”.

S.Soltan qeyd etdi ki, hətta bir vaxtlar Azərbaycan türklərinin “bu torpağa gəlmə olduğu” və “türklərsiz İran şüarı” irəli sürülüb. “Bütün bunlar “türklərsiz İran” siyasətinə xidmət edir ki, bunu həyata  keçirmək üçün fars şovinistləri abidələrimizə qarşı bu cür ögeylik göstərirlər” - deyə S.Soltan qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ