Paytaxtın bir neçə istiqamətlərində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir. Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb.
Bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev deyib.
E.Hacıyev bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Əlavə məlumat veriləcəkdir.