çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qərbi azərbaycanlılara qarşı 100 illik erməni cinayətlərinin fundamental təqibinə başlanıldı...

Image


“Qərbi Azərbaycan İcması” İctimai Birliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərə əsasən, XX əsrin əvvəlindən başlayaraq erməni əsilli şəxslərin rəhbərliyi ilə yaradılmış silahlı birləşmələr tərəfindən Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycan əsilli şəxslərə qarşı sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə cinayətlərin törədilməsinə yönəlmiş aktiv hərəkətlərin icrasına başlanılıb.

Belə ki, erməni silahlı dəstələri tərəfindən 1918-ci ilin mart ayınadək İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 – ümumilikdə 198 kənd dağıdılıb, həmin qəzalarda təqribən 135 min nəfər azərbaycanlı soyqırıma və məcburi deportasiyaya məruz qoyulub.

Eyni cinayətkar məqsədlə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün edilib, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.

Bundan başqa, 1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib, Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə, 216 azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülməklə soyqırıma məruz qoyulub.

Qeyd olunan faktlarda beynəlxalq və ölkədaxili qanunvericilikdə nəzərdə tutulan cinayətlərin əlamətləri olduğuna görə həmin xüsusatlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırım), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə)maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Cinayət işi üzrə ibtidai istintaqın gedişində xarici ölkələrin prokurorluq orqanlarına hüquqi yardım haqqında vəsatətlərin göndərilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi nəzərdə tutulur.

  • “Burada cinayətin iştirakçıları, icraçıları, Ermənistanın o vaxtkı siyasi rəhbərləri, hərbçiləri, sarkisyanlar, köçəryanlar, eləcə də başqaları subyekt kimi cinayət məsuliyyətinə cəlb oluna bilər”

Tanınmış hüquqşünas Şəmsəddin Əliyev bizimlə söhbətində bildirdi ki, erməni daşnaklarının və daşnak dövləti terrorçu Hayastanın xalqımıza qarşı törətdiyi soyqırım və deportasiya cinayətlərinə indiyə qədər beynəlxalq hüquq müstəvisində qiymət verilməyib. O hesab edir ki, Baş Prokurorluğun azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında açdığı cinayət işi gözlədiyimiz nəticəni verə biləcək. “Bu çox ciddi məsələdir. Əslində, bu elə bir cinayətdir ki, bütövlükdə azərbaycanlıların hüquqlarının və əsas azadlıqlarının müdafiəsi ilə bağlı olan bir cinayətdir. Soyqırım və deportasiya ilə bağlı olan cinayətlərdə bütövlükdə azərbaycanlıların kökünü kəsmək kimi əməl nəzərdə tutulur. Yəni burada təkcə deportasiyadan yox, həm də  soyqırım cinayətindən söhbət gedir. Bu cinayətləri törədən Ermənistana qarşı beynəlxalq müstəvidə heç bir tədbir görülməyib. Çünki zaman-zaman ayrı-ayrı dövlətlərin timsalında onlara kömək edənlər, arxa-dayaq duranlar olub”.

Ş.Əliyev qeyd etdi ki, Ermənistan öz cinayət əməlləri, eləcə də onu dəstəkləyən dövlətlər öz hərəkətləri ilə 1950-ci ildə qəbul edilən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və 1953-cü ilin 3 sentybar tarixində qəbul edilən insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyanın tələblərinə kifayət qədər çılpaqlığı ilə zidd addımlar atıblar. “Nəzərə alsaq ki, Ermənistana havadar çıxan həmin dövlətlər də bu konvensiyalara tərəfdar çıxıb və o konvensiyanın bütün müddəalarını radifkasiya ediblər, burada onların da məsuliyyəti var. Öhdəliyin götürülüb yerinə yetirilməməsi də hardasa beynəlxalq məsuliyyət yaratmış olub. Yəni etməli olmadıqları əməli bunlar edirlər. Əslinə baxanda, bu həm də beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipinin pozulamsıdır. Bu beynəlxalq hüququn  ən mühüm prinsiplərindən biridir. Yəni bütün öhtəliyi sən yerinə yetirməli idin. Yetirməmisənsə bu beynəlxalq öhtəliklərin vicdanla yetirilməsi prinsiplərini pozulmasıdır.

Təbii ki, biz öz yuridiksiyamız daxilində, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə uyğun şəkildə cinayət işi başlamışıq. Çünki bizim ona haqqımız var. Respublika Cinayət Məcəlləsində bu əməllər qadağan edilir. Ona görə də bu cinayət işinin başlanmasına start verilib.

Beynəlxalq konvensiyaların tələblərinə görə,  azərbaycanlılara qarşı kütləvi soyqırım və deportasiya aktları törədən Ermənistan və ona havadarlıq edən dövlətlər məsuliyyət daşıyırlar.  Avropa İnsan Hüquqları Məhkəməsi öz səlahiyyətləri və fəaliyyəti daxilində bu prosedurları müəyyən edir. Burada diqqət çəkən hallar çoxdur. Qərbi azərbaycanlı soydaşlarımız tarixdə bir neçə dəfə soyqırım və deportasiyalara məruz qalıblar. Sonuncu dəfə isə 1988-ci ildə onlar didərgin salınıblar. Amma çox təəssüflər olsun ki, bugünə kimi Beynəlxalq Ədalət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələnin həlli ilə bağlı bir addım belə atmayıb. Beynəlxalq hüququn da insan hüquqlarını tənzimləyən hissəsi ilk növbədə qarşılıqlı hüquq və vəzifələrdən daha çox dövlətlərin davranışlarının obyektiv standartlarını müəyyən edən çoxtərəfli beynəlxalq müqavilələrə əsaslanır. Ermənistan tərəfi, ona havadarlıq edən və bu cinayət əməlini himayə edən dövlətlər də beynəlxalq hüququn subyektidirlər. Beynəlxalq hüququn 10 prinsipi həmin dövlətlər tərəfindən radifikasiya olunub, onlar onun müdafiəsinə qalxmalıdırlar. Bu prinsiplərin spesifikliyi ondan ibarətdir ki, onlar dövlətin üzərinə daha çox müqavilənin iştirakçısı olan başqa dövlətlərə münasibətlərdə həm öhdəliklər, həm də həmin dövlətlərein yuridiksiyası altında olan fiziki şəxslərlə bağlı öhtəliklər qoydur. Onlar insanların hüquq və azadlıqlarının qorunması və həmin qeyd olunan o konvensiyalara, beynəlxalq hüququn normalarına əməl olunması ilə bağlı götürdükləri  öhtəlikləri yerinə yetirməli idilər, soyqırımlara, deportasiyalara göz yummaqdan çəkinməli idlər. Ermənistan tarixən türklərə, azərbaycanlılara qarşı vəhşi obrazda davranıb. Qərbi azərbaycanlıların öz tarixi yurdlareından deportasiya olunması bəşəriyyətin ən ağır cinayətlərindən birdir. Deyək ki, zamanında 1941-1945-ci illərdə Hitler Almaniyası SSRİ vətəndaşlarına qarşı hansı tərzdə davranıbsa Ermənistan bizə ondan da betər davranıb. İkinci Dünya müharibəsi bitdikdən 6-7 ay sonra  Nürnberq Beynəlxalq Hərbi Tribunalına start verildi, bəşəriyyətin gözü qarşısında məhkəmə prosesi getdi, nasistlərin yüksək rütbəli zabitləri bu cinayətin subyekti kimi mühakimə olundu. Hitler intihar etdi, amma qalan 20 nəfər nasist ali rütbəlinin bəziləri edama, qalanları isə azadlıqdan məhrumetmə cəzasına məhkum olundular. Ermənistan da azərbaycanlılara qarşı bu cinayətləri törədir. Bu gün Ermənistan ərazisində bir azərbaycanlı, bir türk belə yoxdur. Bu bir daha Ermənistanın türklərə, azərbaycanlılara qarşı cinayət əməllərinin təzahürüdür ki, orada bir nəfət türk, azərbayacnlı qalmayıb. Amma Azərbaycanda bu gün minlərlə erməni vətəndsaşlar yaşayır. Kimin burnu qanayıb, kimin hüquqları pozulub? Onlar konstitusiyada ehtiva edilən bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edirlər. Bu baxımdan düşünürəm ki, bu məsələ ölkə vətəndaşları və dövlətlər tərəfindən müsbət qarşılanacaq”.

Ş.Əliyev qeyd etdi ki, bu istiqamətdə həm ölkənin yuridiksiyası daxilində, həm də beynəlxalq səviyyədə görüləcək işlər nəticəsində Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasını həyata keçirən Ertmənistan dövlətinin və bu 1988-1991-ci illərdə bu cimayətin birbaşa iştirakçısı olan Sarkisyan, Köçəryan və başqaları cinayət məsuliyyətinə cəlb oluna bilər: “Azərbaycan İnterpola müraciət edə və burada cinayətin iştirakçıları, icraçıları, Ermənistanın o vaxtkı siyasi rəhbərləri, hərbiçiləri, sarkisyanlar, köçəryanlar, eləcə də başqaları subekyt kimi cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Yəqin ki, onlarla bağlı axtarış veriləcək və Avropa ölkələrində  kim ki, cinayətkarların verilməsi ilə bağlı Azərbaycanla razılığa gəlib, müqavilə imzalayıb, təbii ki, onlar dövlətimizin müraciəti əsasında həmin cinayətkarları saxlayıb Azərbaycana təhvil vermək öhdəliyini icra edə bilərlər”-deyə Ş.Əliyev qeyd etdi.

Leyla QARAXANLI




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ