çərşənbə axşamı günü, 10 noyabr 2026
     

ABŞ-ın “Demokratiya naminə” 2-ci sammiti də iflasa uğradı

Image


ABŞ prezidenti Co Baydenin sədrlik etdiyi “Demokratiya naminə” adlı ikinci virtual sammit bu dəfə də bynəlxalq miqyasda ciddi tənqid hədəfinə çevrildi.

Çünki tədbirə dəvət edilmiş 120 ölkənin bəzilərinin demokratiya ilə ümumiyyətlə əlaqəsi yoxdur. Elə bu fonda “Reuters” agentliyi yazır ki, virtual sammitdə iştirak edən bəzi ölkələrdə insan haqlarının vəziyyəti ciddi narahatlıq yaradır.

İnsan haqları müdafiəçiləri ABŞ administrasiyasına belə bir sammitin keçirilməsi üçün təşəkkür bildiriblər, amma deyiblər ki, sammitə qoşulan ölkələrdə demokratiyanın yaxşılaşdığını göstərən çox az əlamətlər var. Onlar qeyd edirlər ki, sammitin ölkələrin öhdəliklərinə neçə əməl etməsinə nəzarət mexanizmi də yoxdur. Ekspertlər bildirir ki, insan haqlarını öz xarici siyasətinin bayrağı elan edən ABŞ administrasiyası çox çətin seçimlərlə üzləşir. 2022-ci ilin avqustunadək Bayden administrasiyasında insan haqları məsələləri ilə məşğul olan, hazırda Yaxın Şərqdə Demokratiya adlı layihədə çalışan Tess Makeneri məsələ ilə bağlı qeyd edir: “Düşünürəm ki, administrasiya istənilən başqa administrasiyalar kimi bu məsələnin nə qədər çətin olması ilə üzləşib”. Ekspertin fikrincə, ABŞ Hindistan kimi strateji maraqları olan ölkələrə münasibətdə siyasətini kəskin dəyişə bilmir. Strateji və Beynəlxalq Tədqiqatlar mərkəzindən Kristofer Hernandez-Roy deyir ki, ABŞ bəzən bir diktatorla mübarizədə başqa bir diktatorla danışıqlar aparır. Bu da “Demokratiya naminə” sammiti uğursuzluğa məhkum edir. Elə amerikalı ekspert Piter Teysin  sözlərinə görə, ikili standartlar Bayden xarici siyasətinin əsas dayağıdır, sammit isə sadəcə göstəriş üçün boş ritorikadır və insan haqlarını möhkəmləndirməyəcək, əksinə, bütün dünyada institusional demokratiyanı daha da zəiflədəcək: “Bayden deyir ki, demokratiya təsadüfən meydana gəlmir, onun uğrunda mübarizə aparmaq, möhkəmləndirmək və qorumaq lazımdır. Real dünyada isə ABŞ tam əksini müdafiə edir. Sammit uğursuzluğa düçardır, dəvət olunan ölkələrdə demokratik standartları möhkəmləndirməyəcək”. Ekspertin sözlərinə görə, Macarıstan, Türkiyə, Azərbaycan və digər demokratik hökumətləri dəvət etməmək və müzakirələr aparmamaq istəyi özünütəcriddən başqa bir şey deyil və bu, ABŞ-ın milli maraqlarına ziyan vurur: “Mən prezident Bayden tərəfindən avtokratiyanı şəffaf hökumətdən üstün tutan bu tədbirdə iştirak üçün dəvət etdiyi dövlət xadimlərinin siyahısından məyusluğumu və narahatlığımı bildirirəm”. Yeri gəlmişkən qeyd edək ki, ABŞ-ın Cənubi afqaz ölkələrinə dəvəti də ikili standartları  burada qabarıq büruzə verir. Belə ki,  Azərbaycan sammitə dəvət edilmiş 120 ölkənin sırasında yoxdur. Ancaq Ermənistanın adı var. Ermənistanın baş naziri Nikol Paşinyan bu tədbirə dəvət alıb. Sözügedən ölkənin prezidentinə dəvət göndərilməyib. Maraqlıdır ki, Ermənistan kimi parlament idarəçiliyinə malik Gürcüstana münasibətdə əks mövqe müşahidə edilib. Yəni Gürcüstana dəvət yarımçıqdır. Ölkənin yalnız prezidenti sammitə dəvətli olub, halbuki, Gürcüstan parlamentli quruluşa malik olduğundan burada ölkəni baş nazir İrakli Qaribaşvili təmsil etməli idi.  ABŞ-ın yanaşmasına görə,  prezident Salome Zurabişvili demokrat, baş nazir İrakli Qaribaşvili isə anti-demokratdır. Qəribə yanaşmadır.

Baş verənlər fonunda erməni hüquq müdafiəçisi Avetik İşxanyanın Ermənistanın bu sammitdə təmsil olunmasına münasibəti də olduqcamaraqlıdır: “Beləliklə, Ermənistan sözdə baş nazir, diktator və xəyanətkar Nikol Paşinyanın şəxsində ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə onlayn rejimdə keçirilən ikinci demokratiya sammitinə dəvət olunub. Buradan belə bir nəticə hasil olur ki, seçkiləri saxtalaşdıran, məhkəmələri məhv edən, siyasi təqiblər həyata keçirən, qətllər də daxil olmaqla, öz tərəfdarlarının cinayətlərini ört-basdır edən diktator baş nazirin hökuməti “demokratik” hesab olunur. Mən hələ bu baş nazirin xəyanətləri haqqında danışmıram. Faktiki olaraq, demokratiyanın carçısı sayılan ABŞ yuxarıda sadalanan özbaşınalıqları müdafiə edir və onları demokratik dəyərlər sayır. Lakin əsl həqiqətdə bu dəvətlə demokratiya anlayışına kölgə salınır.Bu səbəbdən sizin sammitinizə və demokratiyanıza tüpürmək istəyirəm”. Bu arada maraqlı bir məqamı da qeyd edək ki, Ermənistan “Demokratiya naminə” sammitinin yekun bəyannaməsini dəstəkləməkdən imtina edib.  Ermənistanla yanaşı, Hindistan və Meksika da sənədə imza atmayıb. Yekun bəyannamədə Ukraynada müharibənin humanitar nəticələri pislənilir. Dövlət Departamenti tərəfindən yayılan bəyannamənin mətninə əsasən, sənəddə Rusiya Federasiyasından “qüvvələrini Ukrayna ərazisindən çıxarmağı” tələb edilir. Ermənistan, Hindistan və Meksika bu bəndə dəstək verməyib. Bununla Paşinyan ABŞ-ın istədiyi mövqeyi nümayiş etdirməkdən imtina edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə ABŞ-ın demokratiya yanaşmasının ikili standartların təzahüründən başqa bir şey olmadığını vurğulayıb: “Demokratiya sammitləri ABŞ-ın neokolonial təcrübələrinin təzahürüdür və onları təşkil etmək səylərinin arxasında ABŞ-ın nəzarət alətlərini qanuniləşdirmək istəyi dayanır.  Onların təşkili və toplanması səylərinin arxasında ABŞ-ın xarici nəzarət və dövlətlərin daxili işlərinə müdaxilə alətlərini yeniləmək və qanuniləşdirmək, suveren dövlətləri Vaşinqtonun qlobal maraqlarına xidmət etməyə təşviq edən eynəklə baxmağa məcbur etmək istəyi dayanır”. Rusiyalı politoloq Sergey Markov öz növbəsində bildirib ki, “Demokratiya naminə” sammitə Rusiya, Türkiyə, Çin, Macarıstan və Azərbaycanın dəvət olunmaması bu ölkələrin suveren olduğunu, Vaşinqtonun əmrlərinə tabe olmağa deyil, öz maraqlarının müdafiəsinə hazır olduğunu göstərir: “Demokratiya naminə” sammit böyük ironiyadır, belə ki, onun məqsədi digər ölkələri sıxışdırıb çıxarmaq, dünyanı müxtəlif düşərgələrə bölməkdir. Bu, bir növ “parçala və hökm sür” siyasətidir. Dövlət səviyyəsində terrorçuluğu dəstəkləyən Ermənistanın sammitə dəvət olunması fonunda Macarıstan, Azərbaycan və Türkiyənin dəvət olunmaması iştirakçıların hansı meyarlarla seçilməsi barədə təəssürat yaradır".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ