çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İrəvan Moskvanı tamamilə hövsələdən çıxardı

Image


Moskva İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri ilə qarşılıqlı münasibətlərinə dair ziyanlı diskussiyanın dayandırılmasını və bununla bağlı bütün problemlərin konstruktiv həllini istəyir. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Ermənistan KTMT-dən yox, bəlkə də KTMT Ermənistandan çıxır” bəyanatını şərh edərkən Qaluzin bildirib: “Ümid edirik ki, kimin hardan çıxmasına dair ziyanlı diskussiyalara son qoyulacaq və təşkilatın Ermənistan ərazisində missiyasının yerləşdirilməsi də daxil, İrəvanın KTMT çərçivəsində qarşılıqlı münasibətlərinə dair məsələlər konstruktiv və qarşılıqlı faydalı axarda həll olunacaq”. Rusiya xarici işlər nazirinin müavini Moskvanın Ermənistanın təhlükəsizliyinin təminatı məqsədilə Azərbaycan-Ermənistan sərhədində KTMT missiyasının yerləşdirilməsi planlarının, KTMT-nin respublikaya köməyinə dair təşkilat şurasının qərarında nəzərdə tutulmuş başqa tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bir daha təsdiq edib. Qaluzin RTVI telekanalına müsahibəsində deyib: “Biz bu işə Ermənistanın hazır olduğu qədər hazırlıq”. Xatırladaq ki, İrəvan KTMT şurasının Ermənistana köməyə dair bəyannaməsini imzalamayıb. Ermənistan KTMT-nin İrəvan sammitində hazırlanmış bu bəyannaməsində “Azərbaycan təcavüzünün” pislənməsini tələb edirdi. Lakin KTMT-yə daxil ölkələrin başçıları Bakının rəsmən pislənməsinin bu sənəddə yer almasına qarşı idilər. Bunun ardınca Ermənistan KTMT ilə bağlı bir sıra radikal addımlar atıb. İrəvan təşkilatın Ermənistanda keçirilməsi nəzərdə tutulan manevrlərində iştirakdan və KTMT-də sədrin müavini postundan imtina edib. Ermənistan Rusiyanın istəklərinə rəğmən ölkəyə Avropa İttifaqı müşahidəçilərinin missiyasını dəvət edib. Bunun ardınca İrəvanın Rusiyaya qarşı növbəti radikal addımı  Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanıması olub. Həmin məhkəmə isə prezident Vladimir Putinin həbsinə order verib. Qeyd edək ki, Rusiya artıq İrəvanın bu addımına dair susqunluğunu pozub. Ermənistan Konstitusiya Məhkəməsinin təsdiqindən sonra Rusiya XİN İrəvanın BCM-nin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb. Rusiya tərəfinin narahatlığı birbaşa deyil, TASS dövlət xəbər agentliyi vasitəsilə Xarici İşlər Nazirliyindəki mənbə vasitəsilə ifadə olunub. Erməni mütəxəssislər hesab edirlər ki, Rusiyanın seçilmiş leksikon və informasiyanın ötürülməsi üslubu daha çox “xəbərdarlıq atəşinə” bənzəyir. Çünki TASS-ın həmsöhbəti Ermənistana İrəvanın qərarının ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edildiyinə də diqqət çəkib. Erməni politoloq Sergey Melkonyan KTMT məsələsi,  Avropa İttifaqı müşahidəçilərinin missiyası ilə bağlı ziddiyyətlərin ardınca BCM-lə bağlı olayın İrəvan üçün ciddi poblemlər yaradacağı qənaətindədir: “İrəvan bu məsələni guya Azərbaycana qarşı  BCM-də iddia qaldırmaq niyyəti ilə ifadə edir. Amma mahiyyət başqadır. Ermənistanın bu yaxınlarda Putinin həbsinə order vermiş Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıması Rusiyada ciddi hiddət doğurub. BCM-nin yurisdiksiyasının tam tanınması üçün onunla bağlı sazişin parlamentdə ratifikasiyası zəruridir. Bu da onsuz da həssas olan Ermənistan-Rusiya münasibətlərini şübhə altına ala bilər. Düzünü desəm, İrəvanın niyə Roma Statutunu ratifikasiya etməli olduğunu anlaya bilmirəm. BCM hansısa qərar çıxarsa və Azərbaycanı günahkar elan etsə belə, Bakı bunu sadəcə olaraq görməzdən gələ bilər. Çünki onlar bu müqaviləni tanımır və onun yurisdiksiyasına daxil deyillər. Azərbaycanın yüksək rütbəli hərbçilərinin BCM vasitəsilə məsuliyyətə cəlb edilməsi nəticəsiz olacaq, lakin bu qərar Ermənistan-Rusiya münasibətlərinə yenidən zərbə vuracaq. Əlbəttə ki, Ermənistan BCM-in Rusiya ilə bağlı qərar qəbul etməsindən əvvəl BCM müqaviləsinin ratifikasiyası prosesinə başlayıb. Amma həmin an məhkəmədə Rusiya ilə bağlı artıq müzakirə gedirdi. Bu baxımdan İrəvanın addımı Rusiya tərəfində anlaşılmazlığa səbəb olacaq. Ona görə də belə hallarda hər zaman diplomatik iş lazımdır. İnanmıram ki, Ermənistan hakimiyyəti müvafiq diplomatik iş aparıb və Moskvaya öz hərəkətlərinin məqsədəuyğunluğunu izah edib. Bakıya təzyiq məsələsində BCM mexanizmlərinin səmərəsizliyi və Rusiya ilə münasibətlərə zərbə səbəbindən Roma Statutunun ratifikasiyası yersizdir”.

Bundan öncə isə erməni deputat Qagik Melkonyan açıq mətnlə bildirib ki, Rusiya prezidenti Vladimir Putin ölkəyə gələrsə, Ermənistan onu həbs etməli olacaq. Onun sözlərinə görə, Roma Statusu ratifikasiya olunarsa, İrəvan bunu etməli olacaq: “İrəvana səfər edəcəyi təqdirdə Rusiya dövlətinin başçısı həbs oluna bilər”. Məsələ ilə bağlı Rusiyanın “Vestnik Kavkaza” portalı yazır: “Deputat Qagik Melkonyanın Putinin Ermənistanda həbs olunacağı vədi İrəvanın hazırda Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımaq qərarının təsadüf olmadığını göstərir. Melkonyan suala birmənalı cavab verməkdən yayına bilərdi, məsələn, deyə bilərdi ki, İrəvana Bakıya xarici siyasi təzyiq üçün BCM lazımdır. Lakin Paşinyanın nümayəndəsi hakimiyyətin Rusiya liderini həbs etməyə hazır olduğunu açıq şəkildə bəyan edib. Bu sözlər müsahibədə dərc edilib, çıxarılmayıb, buna görə də bu, İrəvandan qeyri-rəsmi, lakin aydın bir işarədir ki, onun həqiqətən Roma Statutuna ehtiyacı var. Strateji baxımdan Paşinyan rejimi Ermənistanı Rusiyadan mümkün qədər uzaqlaşdırmağa çalışır. Onun taktikası standartdır: maksimum dərəcədə günahsız qurban kimi görünmək: guya heç bir səhv etmir, amma ölkələrarası münasibətlər hələ də pisləşir. Bu cür taktikalar Rusiyanı mənfi reaksiyaya təhrik etmək cəhdlərinə əsaslanır ki, Ermənistan heç bir günahı olmadan münasibətlərin soyuduğunu bəyan etsin. Tipik nümunə Nikolun “KTMT Ermənistanı tərk edir” kimi absurd bəyanatıdır. Əslində, məhz İrəvan KTMT-dən çıxmaq üçün fürsət axtarır, amma elə göstərmək istəyir ki,  guya bu onun iradəsi ilə baş vermir. Eyni məqam Roma Statutu ilə də müşahidə olunur. Ermənistan Konstitusiya Məhkəməsi sanki təkbaşına BCM-nin sənədlərinə münasibətə yenidən baxmaq qərarına gəlib və illər sonra bu Statutun onların ölkə konstitusiyasına uyğun gəldiyini müəyyən edib. İndi isə Paşinyanın nümayəndələri mücərrəd nəticələr çıxarmağa başlayıblar ki, İrəvan BCM-nin yurisdiksiyasını tanıdığından, onun hökmlərinə, o cümlədən Putinin həbs orderinə uyğun hərəkət edəcək. Burada məqsəd bəllidir - yenidən qurban rolunu oynamaq üçün Rusiyanın qəzəbinə səbəb olmaq. Və Rusiyanın qəzəbi həqiqətən də artır”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ