Fars molla şeytanları bu işlərlə Azərbaycanın daxili və xarici əmniyyətini pozmaq istəyir. Ümumiyyətlə, İran adlanan ölkənin qonşuları içində stabil vəziyyətdə olan tək bir ölkə var, o da Azərbaycandır və Azərbaycanın inkişafı, güclənməsi onlara qorxulu röyadır.
Azərbaycan xalqı bu sürəcdə gərək dövlətinin yanında dursun. Bu iş ümumilikdə Güneyli-Quzeyli Bütöv Azərbaycan xalqının üzərində ən əsas vəzifədir.
Hər bir vətəndaş İranın Azərbaycanda terror şəbəkələrinə qarşı diqqətli olmalıdır və bu barədə dövlətin xüsusi xidmət orqanlarına qarşılaşdıqları şübhəli şəxslər haqqında məlumat verərək dövlətin və millətin yanında durmalıdır ki, yaşanacaq faciələrin beləliklə qarşısını almaqda yardımcı olsun.
İranın Azərbaycana qarşı bir başa müharibə cəhdi olarsa, bunu əminliklə deyə bilərəm ki, bu İranın sonu olacaqdır. Güney Azərbaycan igidləri elə bir fürsəti şam ışığı ilə axtarır ki, son yumruğu içəridən düsmənin bağrına vuraraq məhv etsin.
Bu sürəcdə 50 milyonluq bütöv Azərbaycan xalqı bir yumruq olaraq dövlətimizi qoruyacağıq.
Babək Türkoğlu