çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Xətai rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirildi - FOTO

Image


Martın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirildi.

YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə  bildirdi  ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,  Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində silsilə tədbirlərimiz davam edir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  2023-cü ilin  “Heydər Əliyev İli” elan edilməsi, eyni zamanda, 18 müddəanı özündə əks etdirən Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin fəaliyyətinin hər bir istiqamətinin daha dərindən  təhlilinə,  indiki və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaradır. Zaman keçdikcə  ulu öndər Heydər Əliyevin yaratdığı irsin, ideyalarının bəhrəsini daha yaxından görür, tarixi paralellər fonunda dahi şəxsiyyətin müstəqil Azərbaycan naminə etdiklərinin miqyasının ölçüyəgəlməzliyini böyük qürurla qeyd edirik. Dahi şəxsiyyətin fəaliyyətinin hər bir istiqaməti  uğurlarla  o qədər zəngindir  ki, bütün bunları bir tədbirdə əhatə etmək qeyri-mümkündür. Yeni Azərbaycan Partiyası Xətai  rayon təşkilatı bu baxımdan  “Heydər Əliyev İli” çərçivəsində keçirdiyi silsilə tədbirlərdə  Ümummilli Liderin ayrı-ayrı sahələr üzrə titanik fəaliyyətinin təhlilinə xüsusi diqqət göstərir.  Bugünkü tədbirimiz Heydər Əliyev dərsləri çərçivəsində Onun əsasını qoyduğu Azərbaycançılıq ideologiyasına həsr edilib.

Vüqar Rəhimzadə qeyd etdi ki, ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilir. Dahi şəxsiyyət hər  bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi.  Bu çağırışı etdi ki, Vətən birdir və hamımız bu Vətən üçün çalışmalıyıq.

YAP Xətai rayon təşkilatının sədri bildirdi ki, Azərbaycanın ən çətin günlərində xalqının səsinə səs verərək 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarını vahid ideologiya-Azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə çağırdı. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu istiqamətində  mühüm addım oldu. Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini daha da möhkəmləndirdi.

Vüqar Rəhimzadə onu da qeyd etdi ki, son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsi istiqamətində atılan addımlarda, qəbul edilən qərarlarda öz aydın ifadəsini tapdı. Dünyaya səs salan tarixi Zəfərimizdə bu birliyimiz öz sözünü dedi. Tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən  Azərbaycan xalqının torpaq, Vətən sevgisi beynəlxalq səviyyədə də etiraf edildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov Azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən geniş bəhs etdi. Bu ideologiyanın müəllifi olan ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin, milli-mənəvi dəyərlərinin, tarixinin, ədəbiyyatının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımlardan geniş bəhs etdi. Bu mühüm məqam xüsusi vurğulandı ki, hakimiyyətinin birinci dövründə Ulu Öndərin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan  biri azərbaycanlı gəncləri gələcəyin müstəqil ölkəsi üçün  gərəkli ixtisaslara yiyələnmək üçün  keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə  göndərmək  təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması oldu. Bu yolla Azərbaycanın  elm və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi  dəyərlərinin təbliği də həyata keçirilirdi. Bir mühüm məqamda qeyd edildi ki, həmin illərdə ölkəmizdəki intibahı şərtləndirən  amillərdən biri  gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur.  Milli hərbi kadrların hazırlanması da  xalqın müstəqil gələcəyini düşünən  ulu öndər Heydər Əliyev üçün  böyük əhəmiyyətli məsələ idi.

Hüseyn Əsgərov qeyd etdi ki, Azərbaycançılıq ideologiyasının inkişafı hər bir vətəndaşın torpaq, Vətən sevgisindən, milli-mənəvi dəyərlərə, tarixinə, dilinə bağlılığından irəli gəlir. Hər birimiz öz ana dilimizi sevməli, inkişaf etdirməliyik. Hər bir xalqı dünyada tanıdan onun dilidir. Əbəs yerə deyilmir ki, bir xalqı, milləti  məhv etmək istəyirsənsə onun dilini əlindən al. Ulu öndər Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə Azərbaycan dilinin diqqətdə olması üçün göstərdiyi səylərə diqqət yetirsək görərik ki, məhz Onun qətiyyəti sayəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, diaspor quruculuğunun dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi mühüm qərarların qəbulunda əhəmiyyətli rol oynadı. Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalandı.

Milli-mənəvi dəyərlərimizin, dilimizin, tariximizin təbliğində, daha dərindən öyrənilməsində təhsilin rolunu xüsusi qeyd edən Hüseyn Əsgərov bildirdi ki, Azərbaycan dövləti təhsil sisteminin inkişafı üçün bütün lazımi tədbirləri görür. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil Azərbaycanda dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, təhsil hər bir dövlətin gələcəyidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar kimi yetişsinlər. Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq.  Əgər inkişaf etmiş ölkələrin tarixinə və bugününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyat, sənaye, ümumiyyətlə, bütün sahələr üçün çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə də, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev Azərbaycanın  dünya birliyində artan rolundan, Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsindən danışdı. Bildirdi ki, bu gün qürurla qeyd edirik ki, biz Azərbaycan vətəndaşıyıq.     Rafiq İsayev onu da qeyd etdi ki,    gənc nəslin vətənpərvər, milli ruhda böyüməsi hər zaman prioritetdir. Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. 44 günlük İkinci Qarabağ müharibəsi həm Azərbaycan gəncinin torpaq, Vətən sevgisinin, həm də elmi–texniki tərəqqinin təqdimatı oldu. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Azərbaycanda elmin, təhsilin, yeni texnologiyaların inkişafına verilən önəm hər bir sahənin inkişafına öz müsbət təsirini göstərir. Bu gün Azərbaycan  ən güclü, qüdrətli, qalib ölkə kimi dünyanın diqqətindədir. Bu uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. Dahi rəhbərin hakimiyyətinin hər iki dövründə yaratdığı möhkəm təməl uğurlarımızın davamlılığında stimulverici amildir.

Tədbirdə çıxış edən məktəblilər  Heydər Əliyev dərsləri çərçivəsində belə görüşlərin davamlı olmasını arzuladılar.  Bildirildi ki, Heydər Əliyev dərsləri çərçivəsində söylənilən fikirlərin, müzakirələrin təməlində  Prezident İlham Əliyevin  “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi” çağırışı dayandı.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ