çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Tarixi bağlara söykənən möhkəm dostluq

Image


Azərbaycan-İsrail münasibətləri hər iki tərəfin xoş məramına əsaslanır və uğurla inkişaf edir. Bu gün iki dost ölkənin qarşılıqlı münasibətlərinin tarixində daha bir əlamətdar hadisə yaşanacaq-İsrail dövlətində Azərbaycanın səfirliyi fəaliyyətə başlayacaq. Bu münasibətlə Azərbaycan XİN-in yüksəksəviyyəli rəsmiləri və Milli Məclisin deputatları Təl-Əvivə gəliblər.

Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 18-də “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Qanunu imzalayıb. Dövlətimizin başçısı Muxtar Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında müvafiq Sərəncam imzalayıb.

Ənənələr yaşayır

Ötən il Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam oldu.  Məmnunluqla qeyd edək ki, ötən 30 ildə iki ölkə arasında siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edərək yüksək səviyyəyə çatıb. Ancaq Azərbaycan-İsrail əlaqələri yalnız 30 illik tarixlə məhdudlaşmır. Bu əlaqələr xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. “İsrail və Azərbaycanın dostluğu təsadüfi münasibətlərə əsaslanmır və xalqlarımız arasındakı münasibət də yeni deyil. Bu münasibətlərin çox qədim tarixi kökləri var. Tarixən hər iki xalq arasında qardaşlıq ənənəsi yaranıb. Ölkələrimiz arasındakı yüksək səviyyəli  münasibətlər də məhz xalqlarımızın qədim köklərə söykənən tarixi qardaşlıq bağlarına əsaslanır. Əsrlərdir ki‚ Azərbaycan xalqı ilə yəhudi xalqı arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri formalaşıb. Əlbəttə ki‚ müstəqil Azərbaycanla İsrail dövləti arasında əlaqələrin daha da genişlənməsində və inkişaf etməsində xalqların tarixdən gələn qardaşlığı böyük rol oynayıb”. Bu fikirləri “Yeni Azərbaycan”a müsahibəsində İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin direktoru Mirsamir Məmmədov ifadə edib.

Azərbaycanda heç vaxt anti-semitizm olmayıb

Multikultural cəmiyyətə malik olması Azərbaycanın böyük üstünlüyüdür. Bu sahədə dövlətin və cəmiyyətin maraqları üst-üstə düşür. Öz növbəsində yəhudilər də bu mehriban ailənin üzvləridirlər. Bunu diqqətə çatdıran M.Məmmədov vurğulayıb: “Azərbaycanda əsrlər boyu‚ təqribi 2600-2700 ilə yaxındır ki, yəhudilər yaşayırlar.  Yəhudilər Azərbaycanda hər zaman mehriban və dostluq şəraitində öz həyatlarını qurublar. Burada heç bir zaman anti-semitizm‚ yəhudi təqibi olmayıb. Azərbaycan xalqı bütün tarix boyu yəhudilərə xoş məram nümayiş etdirib”.

Azərbaycanda doğulan və hansısa bir səbəbdən xaricə köç edən yəhudilər də hər zaman Azərbaycanı özlərinə Vətən,‚ Azərbaycan xalqını isə qardaş sanıblar. Birinci və İkinci Qarabağ müharibəsində də yəhudilər Azərbaycanın ərazi bütövlüyü uğrunda mətanətlə döyüşüblər. Hər iki müharibədə çoxlu sayda yəhudi əsilli könüllü döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəliblər.

Fikirlərinə davam edən Mirsamir Məmmədov vurğulayıb: “Xaricə köç edən yəhudilər daim Azərbaycanla digər dünya dövlətləri, xüsusən də ABŞ‚ İngiltərə‚ Almaniya‚ İtaliya və s. ölkələr arasında yaxşı münasibətlərin olmasına çalışırlar. Qeyd edim ki, onlar Azərbaycanla İsrail arasında  münasibətlərin dərinləşməsinə də öz töhfələrini verirlər.  Hazırda İsraildə 100 min nəfərə yaxın Azərbaycandan köçmüş  yəhudi icması var. Bu kifayət qədər böyük rəqəmdir. Bu icmada təmsil olunanlar İsrailin hər yerində azərbaycançılıq təbliğatı aparırlar. Onlar ermənilərin törətdiyi Xocalı soyqırımından tutmuş bütün erməni vandalizmini dünyaya çatdıraraq Azərbaycan naminə fəaliyyət həyata keçirirlər. 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük müharibə zamanı İsraildəki Azərbaycandan köç etmiş yəhudilər gecə-gündüz Azərbaycana və Azərbaycan Ordusuna dəstək oldular,‚ ermənilər əleyhinə aksiyalar keçirtdilər. Yəhudilər yalan üzərində qurulan erməni təbliğatına qarşı mübarizəni əslində dünyanın hər yerində aparırdılar və bu istiqamətdə məqsədyönlü fəaliyyət hazırda da davam etdirilir”.

Azərbaycana münasibətdə İranın və İsrailin fərqi

İsrail dövlətinin və cəmiyyətinin ölkəmizə xoş münasibəti qonşu İranla müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. İranın siyasi rejimi Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamasına susqunluq nümayiş etdirməklə yanaşı, həm də bu ölkəyə hərtərfli dəstək göstərdi. Məhz İrandan gələn bu dəstək sayəsində işğalçı dövlət ayaq üstə qaldı. İran postmüharibə mərhələsində də sülhyaratma prosesinə əngəllər törədən Ermənistana havadarlıq etmək siyasətindən əl çəkmir. Bir qədər bundan əvvəl Qafanda tələm-tələsik İranın konsulluğu açıldı, Tehranla İrəvan qardaşlaşdı. Mollakratiya Zəngəzur dəhlizinin açılmasını sərhədlərin dəyişdirilməsi anlamında qəbul edərək bunu “qırmızı xətt” kimi dəyərləndirir. “İranın bir çox şəhər və qəsəbələrində qondarma və uydurma erməni soyqırımını əbədiləşdirmək üçün abidələr ucaldılıb. Amma Xocalı soyqırımına dair İranda heç bir abidə yoxdur. İşğal dövründə İran heç vaxt Azərbaycan xalqı və dövləti ilə həmrəylik nümayişi edilməyib. Bütün bunların əksinə olaraq, İsrail hökuməti və parlamenti erməni soyqırımı layihəsini qətiyyətlə rədd edərək‚ Azərbaycan‚ Türkiyə və bütün Türk xalqları ilə həmrəylik nümayiş etdirir. Xocalı soyqırımının günahsız qurbanları da hər il İsraildə anılır və erməni vəhşiliyi dilə gətirilir. İsrail, Azərbaycan və Türkiyə  dostluğu regional və qlobal təhlükəsizliyə  bir töhfədir”, - deyə müsahibimiz bildirib.

Dostluq, müttəfiqlik davam edəcək

M.Məmmədov bildirib ki, bu gün Azərbaycan və İsrail siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahəsində ən etibarlı müttəfiqdirlər. Hazırda İsrailin enerji tələbatının çox hissəsini Azərbaycan ödəyir. Azərbaycanın hərbi sahədəki ehtiyacının isə əhəmiyyətli hissəsini İsrail təmin edir. İsraildə Azərbaycanın Səfirliyinin açılması bu əlaqələrin daha da möhkəmlənməsinə və daha da dərinləşməsinə şərait yaradacaq. Səfirliyin fəaliyyətə başlaması iki ölkə arasındakı dostluğu və müttəfiqliyi, hərbi və strateji əməkdaşlığı daha da möhkəmləndirəcək. Azərbaycan və İsrailin münasibətlərinin daha da möhkəmlənməsi bütövlükdə bölgənin təhülkəsizliyinə mühüm töhfədir. Onun sözlərinə görə, Təl-Əvivdə Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrdə yeni mühüm səhifə açacaq və hər iki ölkənin siyasi və təhlükəsizlik maraqlarına xidmət edəcək.

Səfirliyin açılmasını tarixi zərurət kimi dəyərləndirən müsahibimiz bildirib ki, dostluq, müttəfiqlik münasibətləri bundan sonra daha yüksək və dinamik şəkildə davam edəcək. “Azərbaycan və İsrail dövlətlərinin rəhbərləri iki ölkənin daha da yaxınlaşmasını hədəfləyən qərarlar verərkən hər iki ölkənin cəmiyyətlərinin istəyinə əsaslanırlar. Xalqlarımızın münasibəti maddi maraqlar üzərində yox,‚ səmimi dostluq və qardaşlıq üzərində qurulub. Yəhudi xalqı tarixən olduğu kim‚ bundan sonra da Azərbaycan xalqının və dövlətinin yanında olacaq. Hər hansı bir kənar düşmən qüvvə xalqlarımızın bu dostluğunu və qardaşlığını poza bilməz”, - deyə M.Məmmədov əlavə edib.

Mübariz FEYİZLİ




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ