çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Brüsseldə möhtəşəm Azadlıq yürüşü İran molla rejiminə ağır ittihamlar oxudu… - MÜSAHİBƏ

Image


Məlum olduğu kimi, martın 25-də Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və Ədalət Yürüşü” adlı mitinqi keçirildi. Molla rejiminə qarşı keçirilən aksiyaya dünyanın müxtəlif ölkələrindən soydaşlarımız qatılıb.

Tehran rejiminə qarşı soydaşlarımızın keçirdiyi “Azadlıq və Ədalət Yürüşü”nün nəticələri ciddi şəkildə müzakirə edilməkdədir.  

  • “Biz gözlədiyimiz nəticəni əldə etdik” 

Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü, əslən Güney Azərbaycandan olan və hazırda Türkiyədə yaşayan Məcid Cavadi Araz “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sözügedən yürüşün əhəmiyyəti çox böyükdür.

- Məcid bəy, siz özünüz aksiyaya qatıla bildinizmi?

- Mən özüm bu aksiyada iştirak etmirdim. Türkiyədə  yaşadığım üçün, təəssüf ki, aksiyaya qatılmağım mümkün olmadı. Amma prosesi dərindən izləyə bildim. Bildiyiniz kimi, mitinqin koordinasiya mərkəzində, eləcə də media qruplarında var idim. Koordinasiya və təşkilatçılıq işlərində aktiv iştirak etdim.

- Aksiyanının nəticələrini necə qiymətləndirmək olar?

- Mitinqə yüzlərcə insan qatıldı. Avropada yaşayan soydaşlarımızın, demək olar ki, əksəriyyəti bu mitinqə iştirak edirdi. Avropada yaşayan soydaşlarımızın bir çoxu Almaniyadan, Hollandiyadan, İsveçdən və başqa ölkələrdən toplanıb Brüsselə getdilər. Aksiyada xeyli sayda insan iştirak edirdi. Biz gözlədiyimiz nəticəni əldə etdik. Güney Azərbaycan milli hərəkatının səsini Avropanın böyük bir hissəsinə hayqıra bildik. İstər batı dövlətləri, istər Azərbaycan, istər Türkiyə Güney Azərbaycan türklərinin molla rejiminə qarşı etiraz səsini eşitdilər, mübarizələrini gördülər. Hərəkatın səviyyəsini, məqsədini, amalını gördülər, gördülər ki, bu hərəkat Avropanın mərkəzində öz ətrafına yüzlərcə insan toplaya bilirsə demək, yurd içində də bunun ciddi gücü vardı.

- Avropa mediası aksiyanı lazımi səviyyədə işıqlandıra bildimi?

- Bu mitinq bir sıra Qatı mediasında əksini tapdı, bu barədə xəbərlər yayıldı. Amma təbii ki, Qərb mediasında bunun çox geniş əks-səda tapdığını desək doğru olmazdı. Şübhəsiz, bir sıra media orqanları yaydılar. Əlbəttə, xəbər yayanlar da önəmli, nüfuzlu medialar idi. Amma bu mitinq barədə məlumatın mediaya az, yaxud çox çıxması o demək deyil ki, böyük güc mərkəzləri, xarici dövlətlər, bu məsələ ilə ilgilənənlər bu aksiyanı görmədilər. Biz bilirik ki, İran Qərb dövlətlərinin diqqət mərkəzindədir. Güney Azərbaycan və türk faktoru ki, İranda çox ciddi bir məsələdir, bunlar hamısı diqqət mərkəzindədir.

- Aksiyanın qətnaməsi də diqqəti çəkdi...

- Bəli, mitinqin sonunda 12 maddəlik qətnamə qəbul edildi. Bu qətnamədə Güney Azərbaycan türklərinin, eləcə də digər türklərin (orada qaşqay türkləri də, qeyri-fars millətlər də iştirak edib) tələbləri əksini tapdı. İran dövlətinin faşist, repressiv, basqıcı siyasəti pislənildi. Dünyadan istənildi ki, İran adlı dövlətin legitimliyini rədd etsin, SEPAH-ı terrorçu təşkilatlar siyahısına salsın. Burada Güney Azərbaycanla bağlı özəl tələblər səsləndirildi. Dünyadan istənildi ki, Güney Azərbaycanın azadlıq, ədalət və milli hökumət tələbi qəbul edilsin, dəstəklənsin. Çünki bu insani və qanuni bir tələbdir. Eləcə də, bu aksiyanın qətnaməsində Quzey Azərbaycana bir dəstək vardı. Açıq şəkildə cənab Prezidentə təşəkkür edildi ki, bir ödvlət rəhbəri olaraq Güney Azərbaycanın səsini beynəlxalq arenalarda qaldırır. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumu pislənildi, bu məsələdə də Azərbaycan dövlətinə qəti bir dəstək verildi. Düşünürəm ki, bu qətnamə bütövlükdə Güney Azərbaycan türklərinin, eləcə də İranın  digər türk əhalisinin, qaşqayların, türkmənlərin hamısının tələblərini tam şəkildə ortaya qoya və dünyaya çatdıra bildi.

- Növbəti bir müqavimət tədbiri keçirilə bilərmi ki, bu molla rejiminə daha agir zərbə vursun?

- Təbii ki, bu bizim bu istiqamətdə ilk mitinqimiz idi. Mütləq bunun davamı digər ölkələrdə də olacaq. Koordinasiya mərkəzi düşünüb-daşınacaq, bəlkə Almaniyada, bəlkə İsveçdə, bəlkə başqa ölkələrdə, bəlkə də yurd içində bu mitinqin davamı gələcək. Bu bir başlanğıc idi, son deyil, bunun mütləq davamı olacaq. Əlbəttə, fars-faşist molla rejimi bu məsələdən çox narahatdır, qıcıqdır. Çünki həqiqətən də həm İran İslam rejimi, həm ondan daha qəddar, faşist olan fars müxalif qüvvələr   bu aksiyadan şok olublar, qorxuya düşüblər. İstər daxildə, istərsə də xaricdə hərəkatımıza, fəallarımıza qarşı basqıların artmasını tam təbii qarşılayıram. Amma parfarsistlərin bu davranışlarının bizim mübarizəmizə, mücadiləmizə heç bir xələl gətirə bilməz və biz tam gücümüzlə mübarizəmizə davam edəcəyik.

- Brüssel aksiyasından sonra molla rejimi soydaşlarımıza qarşı daha da qəddarlaşıb, eyni zamanda da Şimali Azərbaycana qarşı əsası olmayan iddiaları genişləndirib. Rejimin müqavimətini zədələmək ucun daha hansı işlər görülməlidir?

- Son həftələrdə özəlliklə Quzey Azərbaycana İran dövlətinin şantajları, basqıları daha da artıb, açıq şəkildə hərbi təhdidlər. Bilirik ki, bunun əsas səbəbi Tehran rejiminin ölkə daxilindəki nüfusunun 100-də 40-ı olan 10 milyonlarca türk vətəndaşının milli oyanış və milli mücadilə, milli müqavimət hərəkatından olan qorxusudur. Fars rejimi bilir ki, bu hərəkat qarşıda digər qeyri-fars millətlərin hərəkatı ilə birləşdiyi zaman müqavimət şansı olmayacaq. Bilir ki, bunun ilham qaynağı da Quzey Azərbaycan Cumhuriyyətidir. Ona görə də bu basqıları artırır. Bu səbəbdən də, bizim mübarzə və mücadiləmiz daha da atacaq, kəskinləşəcək və biz təbii, İran dövlətinin Quzey Azərbaycana uyğuladığı basqıları qarşılıqsız qoymayacağıq. Ümumilikdə düşünürəm ki, çox başarılı bir mitinq oldu. Qoyduğumuz hədəflərin hamısına çatdıq. Deyərdim ki, daha artığına nail olduq. Amma təbii olaraq bu bir başlanğıc idi və mütləq  davamı olacaq.
Əminəm ki, daha böyük başarılar əldə edəcəyik.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ