Bazar günü günü, 13 sentyabr 2026
     

Beynəlxalq Qızıl Xaç Komitəsi Vüqar Əliyevin əmək müqaviləsinə xitam verdi

Image


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qurumu məhkəməyə verən əməkdaşı Vüqar Əliyevlə əmək münasibətlərinə son verib. Bugun.tv xəbər verir ki, martın 17-də xəstəlik məzuniyyətindən qayıdan Vüqar Əliyevin BQXK ilə əmək müqaviləsinə elə həmin gün tələm-tələsik xitam verilib.

Bugun.tv məsələni öyrənmək məqsədilə Vüqar Əliyevlə əlaqə saxlayıb. O, faktı təsdiq edərək bildirib ki, qurumla əmək müqaviləsinin vaxtı bitib. “Lakin ondan hələ çox öncə qurumun Azərbaycan nümayəndəliyinin rəhbərliyində çalışan xarici məsul işçilər haqqında Cenevrədəki baş ofisə şikayət etdiyim, daha sonra isə, BQXK-ya qarşı Nərimanov rayon məhkəməsində iddia qaldırdığım üçün əmək müqaviləmin vaxtının uzadılmayacağı məlum idi. Sadəcə, bunu bu cür tələm-tələsik, yəni xəstəlik məzuniyyətim bitdikdən dərhal sonra, işə çıxdığım ilk gün etməkləri mənə qarşı BQXK rəhbərliyinin qərəzli olduğunu göstərdi. Bunu həm də xalqımızın əziz Novruz bayramı ərəfəsində, tətillərindən bir gün öncə etməkləri mənə qarşı qisas hissinin onlara güc gəldiklərinin bariz sübutudur”.

BQXK daxili qaydalarına görə, əməkdaş uzunmüddətli xəstəlik məzuniyyətində olanda təşkilatın həkimi onunla ən azı həftədə bir dəfə hal-əhval etməlidir. Eləcə də, əməkdaşların xəstəliyi haqqındakı məlumatlar BQXK-da konfidensial hesab edildiyi üçün, işçi işə çıxan gün bülletenləri möhürlənmiş konvertdə və xüsusi bağlamalarda Bakı ofisində çalışan təşkilatın həkiminə göndərilməlidir. Vüqar Əliyevin sözlərinə görə, o martın 17-də işə çıxan kimi öncə rəhbərliyi bu haqda rəsmi şəkildə məlumatlandırıb və qaydalara uyğun olaraq həmin sənədləri bağlı konvertə qoyaraq təşkilatın həkiminə göndərilməsi üçün müvafiq şöbənin məsul işçisinə rəsmi şəkildə təhvil verib. “Ancaq məlum oldu ki, həmin gün Bərdədən Bakıya və əks istiqamətə xidməti maşınların qrafik gedişləri nəzərdə tutulmur və sənədlər ancaq bayramdan sonra göndəriləcək. Az sonra, xəstəlik məzuniyyətimin son aylarında bir dəfə də olsun mənimlə əlaqə saxlamayan Bakıdakı BQXK həkimi mənə zəng vuraraq bülletenləri konvertdən çıxarıb, onların şəkillərini çəkib vatsap vasitəsilə ona göndərməyimi istədi. Mən isə bunun qaydalara zidd olduğunu deyib, imtina etdim. Daha sonra Bakı ofisinin insan resursları departamentinin əməkdaşı mənimlə danışaraq, eyni şeyi etməyə inandırmağa çalışdı. Lakin mən ona da bildirdim ki, bu daxili qaydalara ziddir və mən yazılmış qaydanı pozmayacam”.

Bu danışıqdan çox keçməmiş Bakı ofisinindən gələn təcili göstəriş əsasında xidməti maşınlardan biri ilə məxsusi olaraq Vüqar Əliyevin xəstəlik bülletenləri olan bağlamanı Bərdədən Bakıya yollayıblar. Bakıdan çıxan digər xidməti maşınla isə, Bakı ofisinin insan resursları departamentində saxlanılan və öncədən yazılmış, lakin tarix qoymağı unutduqları əmək kitabçasını da Bərdəyə göndəriblər.

“Əmək kitabçasını mənə təhvil verəndə tarix qoyulmadığını görüb onlara xatırlatdım, yalnız bundan sonra Bərdə ofisinin rəhbəri əmrin tarixini əmək kitabçasına mənim yanımda əlavə etdi. Hətta, həmin gün məzuniyyətdə olduğu üçün işdə olmayan Bərdə ofisinin insan resursları departamentinin əməkdaşının adı, soyadı və imzası da əmək kitabçasına öncədən əlavə edilmişdi. Əlqərəz, təsəvvür edin ki, iki xidməti maşını məhz mənə görə, sanki bir fövqəladə hal baş vermiş kimi, növbədənkənar şəkildə birini Bakı-Bərdə, digərini isə Bərdə-Bakı istiqamətinə göndərdilər ki, iş gününün sonuna qədər əmək müqaviləmə xitam verə bilsinlər. Nəhayət, saat 15:30 radələrində Bərdə ofisinin rəhbəri, bir xarici və iki yerli məsul əməkdaşın iştirakı ilə əmək müqaviləmə xitam verildiyini bildirən qərarı təqdim etmək üçün məni otağına dəvət etdi. Öncə otağındakı yığıncağın daxili istifadə üçün videoya çəkildiyini bildirdi. Mən isə, təbii ki, bunun qanunsuz olduğunu və BQXK-da belə bir təcrübənin olmadığını bildirərək buna qəti etiraz etdim. Bundan sonra iclas videoçəkiliş olmadan davam etdi. Daha sonra məlum oldu ki, hazırladıqları xitam qərarında bir neçə kobud səhvlər var. Mən onların da düzəldilməsini istədim. Xitam qərarı BQXK qaydalarına uyğun olaraq, həm Azərbaycan, həm də ingilis dilində hazırlanmışdı və mən gördüm ki, o sənədin Azərbaycan və ingilis dillərində olan mətnlərinin arasında da fərq var. Buna öz iradımı bildirərək onun düzəldilməsini tələb etdim. Düşünün ki, bir səhifəlik sənədi dörd dəfə dəyişdilər. Bunun üçün təxminən bir saata yaxın müddət ərzində Bakı ofisində çalışan hüquqşünasla dəfələrlə telefonla danışdılar. Sonuncu dəfə isə, mənim də israrımdan sonra xitam qərarının azərbaycan dilində olan tərcüməsindəki səhvi düzətdilər və imzalamağa razılıq verdiyim nisbətən məqbul variantı hazırladılar. Yalnız bundan sonra xitam qərarına imza atdım, əmək kitabçamı aldım və həmin gün işə gedərkən özümlə götürdüyüm BQXK-nın mənim istifadəmdə olan bütün əşyalarını rəsmi şəkildə onlara təhvil verdim. Həmin gün bayram öncəsi olduğu üçün iş günü bir saat qısaldılmışdı və artıq iş günü bitdikdən təxminən bir saat sonra isə, son haqq-hesabımı bank kartıma köçürdülər. Bülletenlərin DSMF-nin sisteminə BQXK tərəfindən işlənməsi və onlara görə mənə ediləcək müvafiq ödənişlər də qanunvericiliyə uyğun şəkildə yaxın vaxtlatda olmalıdır. Eləcə də, Cenevrədə BQXK əməkdaşları üçün yaradılan xüsusi təqaüd fondunda yığılan və xidmətin sonunda əməkdaşlara geri ödənən vəsaiti də hələ ki, almamışam. Məhkəmə çəkişməmiz isə, davam edir və BQXK-ya qarşı iddiam öz qüvvəsindədir”,- Vüqar Əliyev əlavə edib.

“Bütün bu baş verənlər bir daha onu sübut edir ki, BQXK rəhbərliyi ona qarşı qərəzli olub və qisasçı münasibət bəsləyiblər. “Zatən belə olmasaydı, yəni adekvat və peşəkarcasına davransaydılar, mən məcbur qalıb onlar haqqında nə Cenevrədəki baş ofisə, nə də ki, Nərimanov məhkəməsinə müraciət etməzdim. Həmçinin o da məlum oldu ki, BQXK rəhbərliyində, xüsusilə də, onun hüquq şöbəsində və insan resursları departamentində qeyri-peşəkar şəxslər çalışır. Yəni, onlar adi xitam qərarını əmək məcəlləsinin tələblərinə uyğun şəkildə tərtib edə bilmirlər. Üstəlik, onu Azərbaycan dilinə doğru-dürüst tərcümə də eləyə bilmirlər və nəhayət, müvafiq qeydi belə düzgün şəkildə əmək kitabçasına əlavə etməyi də bacarmırlar. Doğrusu, bir il yarım çalışdığım təşkilatın məsul şəxslərinin belə aciz və rəzil duruma düşdüklərini görmək məni məyus etdi”.

Məlumata görə, BQXK-da yerli işçilərlə əmək müqavilələrini və eləcə də həmin müqavilələrə xitam verən qərarları, adətən Azərbaycan nümayəndəliyinin başçısı və yaxud onun yerli heyətdən məsul olan müavini imzalayır. Belə ki, Bakı və yaxud Bərdə ofislərində çalışmaqlarından asılı olmayaraq, bütün yerli işçilər Azərbaycan nümayəndəliyinin əməkdaşlarıdır. Sadəcə olaraq onların iş yerləri fərqli məkanlarda, yəni Bakıda və ya Bərdədə ola bilər. BQXK Bərdə alt nümayəndəliyinin isə, hüququ statusu olmadığı üçün əməkdaşları işə götürmək və təbii ki, onları işdən çıxartmaq kimi səlahiyyəti yoxdur. “Lakin mənim əmək müqaviləmə xitam verilməsi haqqında qərar istisna təşkil edirdi, çünki onu Bərdə ofisinin rəhbərinə imzalatdırmışdılar. Görünür, BQXK Azərbaycan nümayəndəliyinin başçısı Dragana Kojiç əmək müqaviləmin xitam qərarına özü imza atmaq istəməyib. Belə olan vəziyyətdə həmin qərara onun yerli heyətdən məsul olan müavini Sorin Ardeleanu imza atsa idi daha məntiqli olardı. Amma o da bunu etməyib. Yəqin ki, o bunu etməməklə guya mənə qarşı kinli olmadığını göstərmək istəyib. Lakin mən də və BQXK-da bir çoxları da bilir ki, bu belə deyil. Düşünürəm ki, haqqında ətraflı bəhs etdiyim bu tamaşanı Sorin Ardeleanu hazırlayıb. Yəni, bütün bunların elə məhz onun ağlının məhsulu olduğuna mənim zərrə qədər şübhəm yoxdur. Bununla da, o öz peşəkarlıq səviyyəsini və tutduğu məsul vəzifəyə nə dərəcədə layiq olduğunu bir daha nümayiş etdirdi. Kin, qərəz və qisas hissi adamın gözünü örtəndə təbii ki, normal və rasional düşüncə arxa plana keçir. Düzünü desəm, BQXK üçün bu dərəcədə təhlükəli adam olduğumu bilmirdim. Sayələrində bunu da öyrənmiş oldum. Təbii ki, bir tərəfdən də onların bu halına acıdım. Çalışdığım qocaman təşkilatın bu cür acınacaqlı duruma düşməsi, onunla yollarımızın ayrılmasına baxmayaraq, mənim özümə də çox pis təsir etdi”,- Vüqar Əliyev bildirdi.

Məlumat verdiyimiz kimi, BQXK-nın yerli əməkdaşı Vüqar Əliyev BQXK-dan əmək münasibətləri prosesində ona vurduğu mənəvi zərərin ödənilməsini tələb edib. O, hesab edir ki, BQXK onun işgüzar nüfuzuna xələl gətirib və məhz buna görə də, məhkəmə qarşısında cavab verməlidir. Mülki iddia Nərimanov rayon məhkəməsində qaldırılıb və növbəti iclas aprelin 6-da saat 16:00-a təyin edilib. Prosesə hakim Aytən Novruzova sədrlik edir.

Qeyd edək ki, son vaxtlar müxtəlif televiziyalarda və xəbər saytlarında, xüsusilə də rəsmi dövlət televiziyası olan AZTV-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın əleyhinə olan fəaliyyətləri ardıcıl və ciddi şəkildə tənqid olunub.

Məsələ ilə bağlı BQXK-nın da mövqeyini işıqlandırmağa hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 12:21
Ərdoğanın Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ