çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Güney Azərbaycandan İran rejiminə sərt təpki - ölkəmizə böyük dəstək...

Image


İran rejiminin çoxsaylı yanlışlıqları səbəbindən Tehran və Bakı arasında mübnasibətlər gərgin müstəvidə qalmaqda davam edir. Bütün bunlar Güney Azərbaycanda yaşayan soydaşlarımızın kəskin hiddətinə səbəb olmaqdadır. Elə bu fonda Təbriz, Ərdəbil, Tehran və Zəncan şəhərlərində Güney Azərbaycanın bəzi milli fəalları Azərbaycanın üçrəngli bayrağını və plakatlar quraşdırmağa başlayıblar.

Təbriz və Tehran şəhərlərində milli fəalların sosial şəbəkələrində dərc olunan xəbərə görə, bir neçə şəhərdə Azərbaycan bayrağı və ölkəmizə dəstək məzmunlu plakatlar quraşdırılıb. Müşahidəçilər hesab edir ki, İrandakı azərbaycanlı milli fəalların bu hərəkəti İran mediasının Azərbaycana qarşı apardığı kampaniyalara cavab olaraq həyata keçirilib. Azad Universitetinin Tehranın şimalındakı kampusunun qarşısındakı üst keçid körpüsündə Azərbaycan Respublikasının bayrağı ilə yanaşı, üzərində “Biz Azərbaycanın özüyük” yazısı olan pankart da asılıb. Həmçinin Ərdəbildəki milli fəallar bu şəhərin küçələrindən birində “arxandayıq Azərbaycan” yazısı olan pankart quraşdıraraq, bu ölkəyə dəstək olduqları mesajı veriblər. Güney Azərbaycanla bağlı xəbərləri yayımlayan sosial media səhifələrində paylaşılan daha bir videogörüntüdə Zəncan şəhərində Azərbaycan bayrağının şəhərin dini yerlərindən birində quraşdırıldığı müşahidə olunur. Güney Azərbaycanın milli fəalları və sakinləri tərəfindən Azərbaycana dəstək kampaniyası 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı daha açıq müstəviyə keçib və azərbaycanlı milli fəallar “Biz Azərbaycanın özüyük” şüarı ilə bu ölkəyə dəstək veriblər. Bundan İran rejimi ciddi narahat olmqda, ölkəmizə qarşı açıq düşmənçilik siyasəti yürütməkdədir. Son zamanlar Azərbaycan ordusunun Laçın yolunun şimalındakı torpaq yollara nəzarət tədbirləri keçirmək yönündə hərəkətləri İranın qeyri-rəsmi mediasının mənfi reaksiyası və bəzi rəsmi şəxslərin mənfi şərhləri ilə müşayiət olunur. İran parlamentinin bəzi üzvləri, o cümlədən Ərdəbilin nümayəndəsi Əli Nikzad və Təbrizin nümayəndəsi Əlirza Münadi Azərbaycan əleyhinə şərhlər verib. Yarırəsmi İSNA xəbər agentliyinin xəbərinə görə, Əli Nikzad öz “Twitter” hesabında yazıb: “Müqəddəs islam nizamı sərhədlərdə və qonşularında baş verən dəyişikliklərə həssasdır və ambisiyalara sərt cavab verir”. Təbrizin parlamentdəki millət vəkili olan Əlirza Münadi də İran medialarından biri ilə söhbətində deyib ki, İslam Respublikası Ermənistanla İran sərhədinin kəsilməsinə icazə verməyəcək. İran xəbər agentliklərinin məlumatına görə, son günlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur İran-Ermənistan və İran-Azərbaycan sərhəd bölgəsinə səfər edərək sərhəd mühafizə qüvvələrini ziyarət edib. Amma bütün bunlar Azərbaycanı öz yolundan döndərmək üçün kifayət deyil. Bunu Təbriz Araşdırmaları İnstitutunun mütəxəssisi Babək Şahid də açıqlamasında xüsusi qeyd edir. O bildirib ki, İranın Azərbaycanla, o cümlədən də Naxçıvanla sərhəddə hərbi qüvvələri cəmləşdirməsi ilk növbədə təbliğat məqsədlidir. Yəni həm ermənilərə motivasiya vermək, həm də baş verə biləcək savaşda öz ciddiyyətini göstərmək üçündür. Ekspert İranın Naxçıvan iqtisamətində hər hansı işə əl qoyacağını düşünmür: “Naxçıvan Türkiyənin qarantı altındadır və ümumiyyətlə, Azərbaycan ərazisi Şuşa Bəyannaməsi ilə artıq həm də Türkiyənin məsuliyyətidir. İranın Naxçıvana hər hansı hərbi müdaxiləsi müzakirə mövzusu ola bilməz, əks halda Tehran üçün çox ağır nəticələri olar”. Ekspert qeyd edib ki, İranın Azərbaycanla mümkün münaqişə halında Ermənistana hərbi yardımı birbaşa olmayacaq: “İran mümkün münaqişə halında Ermənistana iki şəkildə yardım göstərə bilər: Birincisi, “Hüseyniyyun” kimi müxtəlif terror təşkilatlarını bölgəyə göndərə bilər; İkincisi isə Ermənistana silah-sursat və PUA-lar verə bilər”. Babək Şahid həmçinin deyib ki, rəsmi olaraq İran hərbi qüvvələrinin Zəngəzura dəvət olunması da mümkündür: “Bu zaman İran ordusu Qərbi Zəngəzura yerləşə bilər”. Lakin Rusiya və Qərbin buna reaksiyası kəskin olacaq.

Azərbaycana gəlincə, İran burada güneyli soydaşlarımız faktorunu nəzərə almağa məcburdur. Bu arada qeyd edək ki, elə bu günlərdə Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan Güney Azərbaycan türklərinin iştirakı ilə “Azadlıq və Ədalət yürüşü” adlı mitinq keçirilir. Aksiyanın əsas şüarı “Azadlıq, Ədalət və Milli Hökumət”dir. Mitinqə Cənubi Azərbaycandan, Şimali Azərbaycandan, türk ölkələrindən, Avropadan minlərlə soydaşımız qatılıb. Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatının mətbuat katibi Məcid Araz  mitinqlə bağlı bunları deyib: “Bu mitinqin əsas məqsədi İran dövlətinin repressiv, anti-Azərbaycan, antitürk siyasətini, yurd içində Azərbaycan türklərini, qaşqay və Xorasan türklərini, türkmən qardaşlarımızı, ümumiyyətlə, bütün türk toplumlarını hər mənada təzyiq altına almasına etiraz etməkdir. Eləcə də İranın Şimali Azərbaycana qarşı təhdidkar, düşməncə siyasətinə etiraz məqsədi daşıyır. İran açıq şəkildə Azərbaycanı müharibə ilə təhdid edir, Ermənistanı öz qırmızı xətti elan edib. Azərbaycan-Türkiyə birliyinin qarşısında strateji İran-Ermənistan birliyi durub. Bunların hamısı bizim etirazlarımıza səbəb olub. Güney Azərbaycan türkləri olaraq bunları qəbul edə bilmərik. Aylardır İrandakı iğtişaşlar, o cümlədən Cənubi Azərbaycan və qaşqay türklərinin etirazları İran dövləti tərəfindən çox qanlı şəkildə yatırılır. Yüzlərlə vətəndaşımız həyatını itirib, yüzlərlə, bəlkə minlərlə yaralı və həbs olunan var. Təbii ki, vətəndaşlarımızın da etiraz səslərini dünyaya, o cümlədən Avropa ictimaiyyətinə çatdırmaq bu mitinqin hədəfləri sırasındadır. Bunların hamısı mitinqin bəyanatına və tələblərinə də daxil edilib”. İran rejimin həyata keçirdiyi daxili və xarici siyasət əhali ilə yanaşı siyasi qruplaşmalar və hərbçiləri də artıq qane etmir. Onların, nəinki maraqları təmin olunmur, eyni zamanda, fəaliyyət imkanları məhdudlaşır. Bu günlərdə “Iran International” saytı tərəfindən açıqlanan 44 səhifəlik sənəddə yalnız xalqın deyil, hərbi elitanın da rejimə qarşı çıxdığı göstərilir. İran daxilində hərbçilərin rejimə qarşı çıxması və ordunun əsasını təşkil edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ali lider Ayətullah Əli Xamneyinin iqamətgahı da daxil olmaqla hökumət binalarını atəşə tutmağa cəhd etməsi yayılan məlumatlar sırasında yer alır. Bu gün İran rejiminin apardığı siyasət SEPAH-ın da maraqlarını əks etdirmir. SEPAH ali rəhbərin göstərişlərini yerinə yetirməklə xalqın gözündən düşüb. Ötən ilin sentyabrından İranda baş qaldıran və hələ də davam edən kütləvi etirazların yatırılmasında da SEPAH öz qəddarlığı ilə seçilib. Təsadüfi deyil ki, İranın Sistan-Bəlucistan, Kürdistan, Yəzd, Mərkəzi və başqa vilayətlərində etiraz edənlər qurumun şöbələrinə basqın edib zabitləri qətlə yetiriblər. Bu fonda artıq SEPAH da rejimin çirkli işlərini həyata keçirmək istəmir. Çünki hər zaman əlini qana batıran zabitlər olur, Əli Xamneyi isə bu qanın tökülməsinə əmr versə də özü təmiz qalır. Beynəlxalq aləmdə olduğu kimi, ölkə daxilində də terrorçu damğası ilə yaşamaq istəməyən SEPAH generalları, ehtimal ki, bundan sonra da çevrilişə can atacaqlar. Belə vəziyyətdə isə İranda rejim dəyişikliyi qaçılmaz hesab olunur.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ