10/06/2023 08:51
728 x 90

İsrail Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

img

İsrail Prezidenti İshaq Hersoq Prezident İlham Əliyevi Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsinin təqdim olunması münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu barədə İsrail Prezidenti özünün Tvitter səhifəsində yazıb.

"Bu təyinat tarixdə mühüm mərhələdir, belə ki, biz dövlətlərimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik", - o deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev 26 noyabr 2022-ci il tarixində İsrailin Təl-Əviv şəhərində Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsi haqqında qanun imzalayıb.

Bundan əvvəl İsrailin Azərbaycandakı səfirliyi Azərbaycanın İsraildəki səfirliyinin 29 mart 2023-cü il tarixində açılacağını bəyan etmişdi.

Peşə etikası

Son xəbərlər