Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə gələn ay Bakıda görüş təklif edildi...

Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə gələn ay Bakıda görüş təklif edilir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir", - deyə məlumatda qeyd olunub.