çərşənbə axşamı günü, 10 noyabr 2026
     

"Ermənistanın səngiməyən siyasi və hərbi təxribatlarına göz yummaq ədalətsizlikdir və sülhə xidmət etmir" - Vüqar Rəhimzadə

Image


Postmünaqişə dövrünün reallıqları belə deməyə əsas verir ki, Ermənistan havadarlarının dəstəyinə arxalanaraq bu gün də Azərbaycana qarşı ərazi iddiası abu-havasındadır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın biabırçı kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə hər iki tərəfin üzərinə öhdəliklər qoyuldu.

Azərbaycan bu öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək, hətta 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı törətdikləri faciələrə rəğmən münasibətlərdə yeni səhifənin açılması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etdi. Artıq o vaxtdan iki ildən çox zaman keçsə də Ermənistan bu istiqamətdə hər hansı konkret addım atmayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dəfələrlə üçtərəfli formatda görüşlər keçirildi. Bu görüşlərin hər birində əldə olunan razılaşma sülh müqaviləsinin tezliklə imzalanacağı barədə proqnozlar səsləndirməyə əsas verdi. 2022-ci ildə Praqa və Soçidə keçirilən görüşlərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, işğalçı dövlət hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Bu gün də Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı komtingentinin müvəqqəti nəzarət etdiyi hissəsində qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Bütün bunlar azmış kimi Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyin icrasından da yayınır. Bu sadalananlar Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı Bəyanatın şərtlərinu kobudcasına pozması deməkdir. Halbuki, işğalçı dövlət bu destruktiv əməllərinə görə məsuliyyət daşımalıdır. 30 illik işğal dövründə dünya təcavüzkar ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, hazırkı postmünaqişə mərhələsində isə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlardan irəli gələn öhdəliklərinin icrasına göz yummaqla Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarını davam etdirməsinə şərait yaratmış olur. Təəssüf ki, bu gün 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsdən nəticə çıxarmayan Ermənistanda revanşist qüvvələrin baş qaldırmasına, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirilməsinə dəstək verənlərin mövcudluğu inkaredilməz faktlardır. Görünür, bəzi dünya gücləri ikili standartlara əsaslanan siyasətlərinin hansı faciələrə gətirib çıxaracağını təsəvvür etmirlər. Məlumdur ki, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsində kağız üzərində ədalətin və beynəlxalq hüququn tərəfində olub, reallıqda isə maraqlarının arxasınca gedən bəzi güclərin Ermənistana dəstəkləri az rol oynamadı. Azərbaycan yenə də ədalətə söykənərək BMT Nizamnaməsinə uyğun olaraq öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdi. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Tərtər rayonunun Talış kəndindən səsləndirdiyi bu mesaj Ermənistana və havadarlarına ciddi çağırış olmalıdır: “Əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.”

Trend xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummaq niyyətində olmadığını dəfələrlə ən yüksək tribunalardan bəyan edib. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndində sülhməramlıların bölgədə qalma müddəti göstərilib. Burada əsas məsələ sülhməramlıların başlıca missiyasının sülhyaratma əməliyyatına yardım göstərməkdən, Bəyanatın icrasını təmin etməkdən ibarət olmasıdır. Sözügedən sənəddə onların konkret vəzifələri də qeyd olunub. Lakin son hadisələr bir daha Rusiya sülhməramlılarının hələ də öz missiyalarının “nədən” ibarət olduğunu dərk etmək istəmədiklərinə işıq salır. Ermənistandan gizli yollarla Azərbaycan ərazisinə silah-sursat daşınır, Rusiya sülhməramlıları isə təəssüf ki, bütün bunları görməzdən gəlir. Şübhəsiz, Rusiya sülhməramlı kontingentinin bu anlaşılmaz addımları, hətta əksər hallarda Ermənistana və Qarabağdakı separatçılara cinayət əməllərini reallaşdırmaqda kömək etməsi çoxsaylı sualların yaranmasına, onlara qarşı Azərbaycan tərəfinin etimadının tükənməsinə səbəb olmaya bilməz. Görünən budur ki, sülhməramlı kontingentin köməyi ilə Qarabağdakı separatçılar mütəmadi olaraq silah-sursatla təmin edilir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, martın 21-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin, martın 25-də isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə telefon danışıqlarında da dövlət başçısı Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə işğalçı ölkənin silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olmasının ciddi narahatlıq doğurduğunu, bu xüsusda Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusi vurğuladı. Bu mühüm məqam da diqqətə çatdırıldı ki, Ermənistan tərəfi Avropa İttifaqının bu ölkədə missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürüdür. Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri atəşkəsi intensiv şəkildə pozur.

Vüqar Rəhimzadə bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarından, həmçinin üçtərəfli Bəyanata zidd əməllərindən dərhal sonra dünya güclərinin narahatlığı və bunu Prezident İlham Əliyevə telefon zəngləri ilə ifadə etmələri bu qənaətə gəlməyə əsas verir ki, beynəlxalq ictimaiyyət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Eyni zamanda, işğalçı dövlətin siyasi və hərbi təxribatları beynəlxalq səviyyədə birmənalı qarşılanmır. Son iki ildən artıq dövrün reallıqlarından biri də məhz budur: Ermənistan havadarlarına arxalanaraq təxribatlar, qanunsuz əməllər törədir, əksər dünya gücləri isə yaranmış gərginliyin aradan qaldırılması üçün səylərini əsirgəməyəcəklərini bildirsələr də bu istiqamətdə konkret addımlar atmırlar. Artıq bu səylərin reallaşması üçün sözdən əmələ keçməyin zamanıdır. Əgər zamanında dünya gücləri Ermənistana BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasına, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymadığına görə sanksiyalar tətbiq etsəydilər Qarabağ münaqişəsi sülh yolu ilə həll olunardı. Bu gün artıq bəyanatların saralmış kağız üzərində qalması zamanı deyil. Gələcəkdə baş verə biləcək istənilən qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşür.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ