çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Laçın yolu məsələsində Əliyevin yeni taktikası, "etməsəniz özümüz edərik", mat edici məntiqi sxem... - Aydın QULİYEV yazır...

Image


Azərbaycanın Qarabağ bölgəsində vəziyyət və onunla bağlı məsələni daha da gərginləşdirmək üçün  Ermənistanın durmadan təxribatlar törətməsi aşkardır. Nə qədər paradoksal olsa da, elə bu gərginliyin içində başqa bir reallıq da var. Belə ki, sülh sazişinin imzalanması ehtimalı da güclü olaraq qalır. Necə deyərlər, son 33 ildə Cənubi Qafqazda ermənilərin aqressiv siyasəti nəticəsində yaranmış siyasi konfiqurasiyanın əsas keyfiyyəti hələ tam dəyişməyib. Hərbi gərginliyin və hətta döyüş fraqmentlərinin içində güclü sülh şansları da saxlanmaqdadır.

Bölgənin hərbi gərginlik  alovları içində bu sülh şansları təbii ki, öz-özünə yaranmır və öz-özünə mövcud deyil. Onu yaradan və ayaqda saxlayan qüvvələr var, baxmayaraq ki, təcavüzkar erməni radikalları və onların himayəçiləri hərbi gərginliyi daim artıran işlər görürlər.

Bölgədə sülh sazişi şanslarının hələ də qaldığını göstərən bir neçə faktı xatırlatmağa ehtiyac var. Bu faktlar zəif də olsa mövcud sülh şanslarının "Yaradıcı demiurqunun" kim və hansı qüvvə olduğunu göstərir.

Birinci fakt, bu günlərdə bizim Prezident "bunlarsız sülh sazişi olmayacaq" kimi sərt və birmənalı bəyanat verməklə sülh tərəfdarlarının nəinki ümidlərini qırmadı, üstəlik real olan sülh şansının yeni aydın şərtlərini də bəyan etdi. "Ermənistanın 30 illik təcavüzü, 44 günlük müharibə və postmüharibə reallıqları sülh danışıqları prosesində öz əksini tapmalıdır, bunsuz müqavilə imzalana bilməz" - Prezident Əliyevin bu sözləri sülh sazişinin şərtləri olmaqla bərabər həm də sazişin bəzi çərçivə elementlərinin ehtiva edilməsi  deməkdir. Sülh sazişinin mətnində belə müddəalar mütləq öz əksini tapmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində 30 il davam etmiş işğal rejimi Azərbaycanın 44 günlük ədalətli Vətən müharibəsi nəticəsində sona yetirildi və hazırkı sülh sazişi üçün möhkəm əsaslara çevrilmiş postmüharibə reallıqları yaradıldı. Yalnız belə bir sxem üzərində qurulmuş saziş mətninin uzunmüddətli sülh üçün qarant ola biləcəyinə yəqin kimsə şübhə etməz. Beləliklə, müharibədən dərhal sonra saziş mövzusunu aktuallaşdıran və Ermənistanı da buna baş əydirən Azərbaycan Prezidenti sülh təşəbbüskarlığını bu gün də davam etdirdiyini bir daha göstərdi. Sülh məsələsinə münasibətdə Ermənistanın mövqeyi isə reqres, yerində sayma, geri yuvarlanma və pozucu jestlərlə xarakterikdir. İlk başlanğıcda Əliyevin sülh sazişi ideyasını yaxına belə buraxmayan və "nə sülh, hələ münaqişə həll edilməyib" deyən Ermənistanın baş naziri indi dəyişməyə məcbur edilib, Əliyevin sülh təkliflərinə reaksiya verir, hətta özü də təkliflər səsləndirir, açıq şəkildə "biz saziş imzalamağa hazırıq" kimi yekə-yekə bəyanatlar verir, sazişin əleyhinə açıq çıxa bilmir, gücü ancaq ona yetir ki, müəyyən pozucu təkliflərlə sazişin inzalanması perspektivini daim uzadır. Əsas odur ki, Ermənistan sazişin qaçılmazlığına itaət etməyə məcbur edilib. Yəni sülh sazişi məsələsi dalana girməyib, çünki sazişin bir həlledici tərəfi olan Azərbaycan Prezidenti bunu ardıcıl şəkildə istəyir.

İkinci fakt, bu günlərdə ABŞ-ın dövlət katibi Blinken əslində İlham Əliyevin aktivinə yazılan bəyanat verdi - "Azərbaycan və Ermənistan liderləri ilə yaxınlarda görüşdüm. Çox şişirtmək istəmirəm. Tərəflər ən yaxında sülh imzalamağa yaxındır". Bura onu da əlavə edək ki, ötən ilin noyabrında Azərbaycan Prezidenti dekabrın sonuna kimi sazişin imzalana biləcəyini bəyan etmişdi, dünyaya bildirilmişdi ki, Azərbaycan buna hazırdır. Dekabrın əvvəllərində Ermənistan tərəfinin Moskva görüşündən qaçması ilə sülh şansı müvəqqəti itirildi və bütün dünya gördü ki, bunun müqəssiri Ermənistandır. Blinken tərəflərin sülh sazişinə yaxın olduqlarını Əliyevdən 4 ay sonra təkrar etməklə əslində Ermənistanın yox, ilk növbədə Azərbaycanın sülhə hazır olduğunu mesajlamış oldu...

Lakin reallıqdır ki, saziş şansı real olduqca Ermənistanın pozucu addımları da intensivləşir. Ermənistanın pozuculuğu özünü əsasən 4 istiqamətdə göstərir.

1. Azərbaycanla sərhəd bölgələrdə daim təxribatlar törədir və bu təxribatlar təəssüf ki, bir çox hallarda Azərbaycan hərbçilərinin və sivillərin itkisi ilə nəticələnir. Bu il martın 20-də Zəngilan rayonu ərazisində ermənilərin törətdiyi sərhəd təxribatını misal göstərmək olar.

2. Qarabağın erməni sakinləri ilə rəsmi Bakının inteqrasiya təmaslarını pozmaq, onu perspektivsiz istiqamətlərə yönəltmək cəhdləri göstərmək, erməni sakinlərdə inteqrasiya təmaslarına inamın yaranmasına imkan verməmək, erməni sakinlərin hüquq və təhlükəsizliyi ilə bağlı mifik beynəlxalq mexanizm ideyasını gündəmdə saxlamağa cəhd etmək və sair.

3. Postmüharibə reallıqlarının həqiqi mahiyyətini dünyanın nəzərində təhrif etmək  və üçtərəfli razılaşmaların bütün fundamental prinsiplərini sabotaj etmək.

Nəhayət, 4. Azərbaycanın Qarabağ bölgəsi hüdudlarında, xüsusən də Laçın yolunda gərginlik artıran hərəkətləri intensivləşdirmək...

Bu bölgədə Ermənistanın və sülhməramlıların birgə addımları o qədər pozucu rol oynayır ki, bunların sülh sazişinə necə ağır zərbə vurduğunu görməmək mümkün deyil. 

Qarabağ bölgəsi bütünlüklə və Laçın yolu xüsusilə erməni təxribatlarının ən rəngarəng formalarda nümayiş meydanına çevrilib.

Əvvəla, Azərbaycanın Laçın yolunun əsas hissəsində ekofəalların nəzarətini qurması təsdiqlədi ki, Xankəndiyə qanunsuz, əlavə gərginlik yaradan silah-sursatın daşınması barədə şübhələr əsaslı imiş və Azərbaycan ekonəzarət addımını zamanında atdı.

2. Ermənistan Xankəndiyə silah-sursat daşınmasının alternativ yollarını axtarmağa başladı və Xankəndi-Turşsu-Şuşa torpaq yolu ilə qanunsuz hərbi daşınma marşrutunu kəşf etdi. Həm də daşımalar sülhməramlıların zirehli texnikasının müşayiəti altında baş verdi və verməkdədir. Ermənistanın bu alternativ yolda pozuculuğu o həddə çatdı ki, hətta martın 5-də bu pozuculuğa mane olmaq istəyən Azərbaycan hərbçiləri ilə toqquşma törətdilər. İtkilər verildi. Azərbaycan bu qanunsuz daşımalarla barışmayacağını Ermənistana və sülhməramlılara xatırlatmağa məcbur olsa da, qarşı tərəflərin gərəkli nəticəni çıxarmaması ona səbəb oldu ki, Azərbaycan öz qüvvələri ilə torpaq yolunda qanunsuz daşımaların qarşısını almaq mexanizmlərini tətbiq etdi.

3. Azərbaycanın ciddi uğurlarından biri o oldu ki, hazırda Ermənistanın Xankəndiyə, Şuşaya Xəlfəllidən yan keçən yeni torpaq yolunun çəkilişi üzərində iş apardığını görüntülərlə ifşa etdi. Dünya gördü ki,  Ermənistan dayanmır və hər dəfə yeni-yeni qanunsuz marşrutların axtarışındadır.

4. Ermənistanın 10 noyabr və digər razılaşmalara uyğunlaşmaq yerinə Qarabağ bölgəsində hərbi istehkamların yeni tikintilərinə vüsət verməsi onun yeni müharibə hazırlıqlarının aşkar əlamətləri sayılır.

5. Ermənistanın hərbi-siyasi rəhbərliyi, hətta ictimai-siyasi elitası tərəfindən aqressiv ritorikanın gücləndirilməsi də bu ölkənin möhkəm sülhdə qəti maraqlı olmadığını və bölgəni yeni müharibəyə sürüklədiyini sübut edir...

Bütün bunlar bölgədə sülhün sonrakı taleyi ilə bağlı hansı qənaətlərə gəlməyə əsas verir?

Əvvəla, hazırda sülh sazişi ehtimalı yüksək olsa da, Ermənistanın pozuculuğu da güclüdür, bu işdə təəssüf ki, onun sülhməramlılarla sıx işbirliyi içində olduğunu təsdiqləyən sübutlar Azərbaycanın əlindədir.

2. Azərbaycan Rusiyanı məlumatlandırmaqla, lakin heç bir reaksiyanın olmadığını əsas götürməklə özü gərəkən addımları atdı və alternativ hərbi daşımaları öz nəzarətinə götürməklə bölgədə dayanıqlı sülhün taleyinə nə qədər önəm verdiyini bir daha nümayiş etdirdi.

3. Azərbaycan Ermənistanla sülhməramlıların qanunsuz hərbi daşımalarda əməkdaşlığına dözməyəcəyini ən kəskin şəkildə göstərməklə sülhməramlıların da məsuliyyət daşıdığına diqqət cəlb etdi.

4. Azərbaycan XİN və MN-in son iki bəyanatı bir daha sübut etdi ki, Azərbaycan hətta indiki mürəkkəb hərbi-siyasi şəraitdə də sülhə doğru aydın fəaliyyət gündəminə malikdir, bəzi beynəlxalq vasitəçilərin həqiqi sülh şansları açmaq səylərinə tam dəstək verir və baş verəcək daha gərgin proseslərin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğunu sübut etməklə beynəlxalq ictimaiyyətə birbaşa dəqiq istiqamət göstərir. Prezident İlham Əliyevin bu kontekstdə dünyaya çağırış xarakterli fikirləri yerinə düşməklə daha təsirli rol oynayır - "Əgər beynəlxalq ictimaiyyət sülh sazişinin imzalanmasında maraqlıdırsa, Ermənistanı təxribatlara son qoymağa məcbur etməlidir". Bu, təxribatların birbaşa müəllifi olan Ermənistanla bərabər o beynəlxalq dairələrin də məsuliyyət daşıdığına işarədir ki, Ermənistanın hərəkətlərini ya sadəcə seyr edir, ya da Ermənistana heç bir real təzyiq xarakterində olmayan "pasifist" çağırışlar edirlər.

5. Bu günlərdə Azərbaycan Prezidenti Vətən müharibəsindən sonra növbəti təqdirəlayiq nümunəni yaratdı. Necə ki, 30 ildə çağırışlarımıza məhəl qoymayan dünya birliyini fakt qarşısında qoyaraq BMT qətnamələrini özü təkbaşına icra etdi, eynisini son günlərdə də təkrarladı. Belə ki, qanunsuz yüklərin Xankəndiyə daşınmasına son qoyulması tələbinə etinasız yanaşan Ermənistanı və sülhməramlıları fakt qarşısında qoydu və Xankəndiyə alternativ torpaq yollarla qanunsuz yükdaşımalarını təklikdə, öz imkanları ilə və öz üsulunda nəzarətə götürdü. Azərbaycan tələb etdisə bunu icra etmək lazımdır, əks halda Azərbaycan bunları özü edəcək.

6. Nəhayət, Azərbaycan dünyanı qaçılmaz məntiqi bir sxemlə üz-üzə buraxdı. Sülhə doğru real addım atmaq üçün bölgədə əlavə gərginliyin qarşısı alınmalıdır, bunun üçün separatçı bölgəyə qanunsuz silah-sursat daşınmasına son qoyulmalıdır, bunun üçünsə Laçın yolunun başında sərhəddə buraxılış-nəzarət və keçid məntəqəsi qurulmalıdır...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ