çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Cənubi Azərbaycan türklərinin Brüssel mitinqinin iştirakçıları molla rejiminə qarşı dünya ictimaiyyətinə çağırış etdi

Image


Martın 25-də Belçikanın paytaxtı Brüsseldə Cənubi Azərbaycan türklərinin iştirakı ilə “Azadlıq, ədalət və milli hökumət” şüarı altında izdihamlı mitinq keçirilib.

Trend xəbər verir ki, mitinq iştirakçıları yürüşün yekun bəyanatını və tələblərini səsləndiriblər.

Azad dünya ictimai rəyinə çatdırılıb ki, yüz ilə yaxındır İranı idarə edən şovinist və faşist hökumətlər qeyri-fars millətlərə qarşı müstəmləkəçilik və istismar siyasətini ən ifrat şəkildə həyata keçiriblər. Bu yüz il ərzində İranda zülm altındakı xalqların sivilizasiya, tarixi sərvətlər, iqtisadiyyat, təbii sərvətlər, siyasi hüquqlar, bir sözlə, var-yoxu talan edilib və onların hər hansı bir haqq, hüquqi tələb uğrunda başlatdıqları hərəkatlar ən şiddətli şəkildə repressiyaya məruz qalıb.

Vurğulanıb ki, Pəhləvi rejimi zülm altındakı xalqlara, xüsusən də Azərbaycan türk millətinə və İranın digər türk toplumlarına ən ağır təzyiqlər göstərib, hətta Azərbaycanın tarixi abidələrini sistemli şəkildə məhv etməyə qədər gedib çıxıb. Azərbaycan türk milləti azadlıq və ədalətə qovuşmaq ümidi ilə Pəhləvi rejiminin devrilməsində mühüm rol oynadı, lakin təəssüf ki, İslam Respublikası rejimi dövründə nəinki heç bir şey düzəlmədi, hətta milli faşizmə irqi faşizm də əlavə olundu.

Məşrutə İnqilabından bəri davamlı olaraq öz hüquqları uğrunda mübarizə aparan Azərbaycan türk milləti 1979-cu il inqilabında Vilayət-i-Fəqih sisteminə “Yox!” dedi, Məşrutiyyət anayasasının mütərəqqi Əyalət və Vilayət Əncümənləri qanununun həyata keçirilməsini tələb etsə də, rejimin cavabı güllə və repressiyadan başqa bir şey olmadı.

Qeyd olunub ki, hazırda İslam Respublikası rejimi iflas həddinə çatıb və hər cür böhranla qarşı-qarşıya qalan İranın müxtəlif bölgələrində yaşayan xalqlar aylardır rejimə qarşı üsyan ediblər. Son aylardakı etirazlarda Azərbaycan türk milləti və digər türk toplumlar, Qaşqay türkləri Tehrandan tutmuş Qəzvin, Zəncan və Təbrizə qədər yüzlərlə övladını bu cinayətkar rejimə qarşı mübarizədə qurban veriblər.

Bu gün İranda bütün məzlum xalqlar öz pozulmuş hüquqlarını ümumbəşəri qanunlar və hüquqlar çərçivəsində bərpa etmək, azad və ədalətli şəraitdə fərdi və milli həyatlarını davam etdirmək əzmindədirlər və bu yolda ağır bədəllər ödəyirlər.

Bu gün dünyanın gözünün İran xalqlarında olması səbəbsiz deyil, dünya onların mübarizəsinə heyranlıqla baxıb onu yüksək qiymətləndirir. Hərçənd bu inqilabda da ayrı-seçkilik və ikili standartlar az deyil. Xüsusilə də mürtəce bir cərəyanın inhisarında olan xaricdəki farsdilli medianın məzlum xalqlara, o cümlədən Cənubi Azərbaycan türk millətinə qarşı ritorikası onların mübarizələrini boykot etməkdə və senzura tətbiq etməkdə rejim mediasından çox da fərqli siyasət yürütmür.

Son aylarda beynəlxalq aləmdə, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində Cənubi Azərbaycan xalqına edilən zülmün səsi olmağa çalışan yeganə dövlət xadimi Prezident İlham Əliyev olub. Biz buradan cənab Prezidentə təşəkkür edib minnətdarlığımızı bildir, möhtərəm Prezidentdən Cənubi Azərbaycanın səsini daim əks etdirməsini, beynəlxalq arenada haqqımızı müdafiə etməyə davam etməsini xahiş edirik.

Bu gün Cənubi Azərbaycan şəhərlərinin küçələrində “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə həyatları bahasına hüquqlarını aləmə car çəkən gənclərin səsi olmaq üçün buraya toplaşmışıq. Bu gün İranda bütün məzlum xalqların bir sıra ortaq məqsədləri və tələbləri olsa da, ancaq hər bir xalqın öz tələbləri vardır. Cənubi Azərbaycan türklərinin başlıca tələbləri bunlardır:

- Biz bütün dünya ölkələrini İran İslam Respublikası rejiminin legitimliyini rədd etməsini, İslam Respublikası rejimi ilə siyasi və iqtisadi əlaqələrini dayandırmağı tələb edirik;

- Biz İranın orta əsr zehniyyətli və şovinist rejiminin nüvə və kütləvi qırğın silahları əldə etmək cəhdlərini pisləyir, bunu təkcə demokratik dünya və qonşu ölkələr üçün deyil, hətta İranda yaşayan xalqların varlığı üçün potensial təhlükə hesab edirik. Ona görə də biz dünya dövlətlərindən İran rejimi ilə razılaşma siyasəti aparmaqdan vaz keçib ciddi qabaqlayıcı tədbirlər görmələrini tələb edirik;

- İran rejimi ölkədə dinc etirazlar zamanı minlərlə günahsız insanı həbs edib, aksiya iştirakçılarına qarşı şiddətli repressiya sərgiləyib. Biz beynəlxalq ictimaiyyətdən və insan haqları təşkilatlardan İranda həbsdə olanların azad edilməsi üçün İran rejiminə qarşı təzyiq göstərməyi, bu istiqamətdə lazımi addımlar atmağı tələb edirik;

- İran rejimi davamlı olaraq qonşu ölkələrdə terror aktları törədir və ölkə daxilindəki xarici vətəndaşlara qarşı adam oğurluğu cinayəti və terror aktları törədir. Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu da bunun ən son nümunələrindən biridir. Biz bütün dünya ölkələrindən bu məsələyə ciddi yanaşmağı, İran rejiminin əsas hərbi və iqtisadi qolu olan SEPAH-ı terror təşkilatları siyahısına salmasını tələb edirik. Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH yaxın Şərqdə və hətta dünyada terrorun yayılmasında əsas məsul təşkilatdır;

- Biz İran rejiminin Azərbaycan Respublikasına qarşı aqressiv ritorikasını və təhdidlərini pisləyir, bütün gücümüzlə Azərbaycan Respublikasının yanında olduğumuzu bildiririk;

- Biz İran rejiminin rəsmi Moskvanın Ukraynaya qarşı müharibəsinə dəstək verməsini və Rusiyaya hərbi yardımını pisləyir, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik;

- İran rejimi bilərəkdən qadın və qızlara qarşı ən qəddar və vəhşi cinayətlərlə əl atır, onlara qarşı kimyəvi hücumlar təşkil edir. Biz azad dünyadan İran rejiminin bu orta əsr vəhşiliyinə biganə qalmamasını və etiraz səsini yüksəltməsini istəyirik;

- Biz dünya ölkələrindən İran toplumunun plüral və çoxmillətli olduğunu qəbul etmələrini, İran vətəndaşları ilə münasibətlərdə bu məsələni nəzərə almalarını istəyirik. İran coğrafiyası çoxmillətli və çoxmədəniyyətli ölkə olduğuna görə bütün millətlərin dillərinin rəsmi olmasını tələb edirik. “Tək millət, tək dil, tək vətən” ideologiyasının əleyhinəyik;

- Biz İran rejiminin qeyri-fars millətlərin və xüsusilə Azərbaycan, qaşqayi, türkmən, Xorasan və digər türklərin assimilyasiyası istiqamətində müstəmləkəçilik siyasətinin davam etdirməsini pisləyirik;

- İranda müstəmləkəçiliyə məruz qalan xalqların beynəlxalq qanunlar və hüquq çərçivəsində öz müqəddəratlarını təyin etmə tələbləri var. “Azadlıq, ədalət, milli hökumət” şüarı bu gün Cənubi Azərbaycanda, qaşqayilərdə, türkmənlərdə ən çox eşidilən və əslində, tələblərimizi yekunlaşdıran şüardır. Dünyanın azadlıqsevər insanlarından biz türklərin qanuni tələblərinin əldə edilməsi uğrunda mübarizəmizə dəstək vermələrini istəyirik;

- İran rejimi təbiət və ətraf mühitin qatilidir. Bu rejim bütün İranda təbiəti və ətraf mühiti məhv edib. Urmiyə gölünün qəsdən qurudulması Cənubi Azərbaycanda genişmiqyaslı ekoloji fəlakətə çevrilib, on milyonlarla insanın həyatına təhlükə yaradıb, ətrafdakı bütün canlılara və ekologiyaya ciddi ziyan vurur. Biz beynəlxalq ictimaiyyətdən Urmiyə gölünü xilas etmək üçün çox gec olmadan İran rejiminə təzyiq göstərmələrini istəyirik;

- Son etirazlar zamanı Cənubi Azərbaycanda və İranın digər türk bölgələrində xüsusilə qaşqayi türkləri arasında çox sayda gəncimiz şəhid olub, yüzlərlə insan yaralanıb və minlərlə soydaşımız qanunsuz həbs edilib. Bunların hamısı İranın daxili və xarici müxalifət qüvvələri, media qurumları tərəfindən boykot olunaraq, geniş şəkildə gündəmə gətirilməyib. Biz Azərbaycan türklərinə və İranda yaşayan digər türklərə qarşı belə ayrı-seçkilik siyasətini pisləyir və bunu şiddətlə qınayırıq.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ