10/06/2023 21:49
728 x 90

Vardanyan uydurma "Arsax iqtisadiyyatı" barədə saxta hesabat hazırlatdı - guya "blokada" bu qədər ziyan vurub...

img

Xankəndidə vəzifədən yarımçıq qovulmuş "məşhur Vardanyan" "Bizim dağlar" adlı analitik mərkəz yaradandan sonra uydurma blokadanın Xankəndi iqtisadiyyatına vurduğu ziyan barədə hesabat hazırlamağı sifariş edib. 

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Vardanyanın sifarişi ilə hazırlanmış hesabata görə, guya blokada hər gün "Arsaxa" 1.9 milyon dollar ziyan vururmuş. Baxın haa. Gündəlik 1.9 milyon dollar, ayda 57 milyon, ildə 684 milyon dollar edir. "Arsaxın" maliyyə-iqtisadi sistemi nəyin üstdə qurulub ku, bunlar heç 50 min də erməni yaşamayan bölgədə illik bu qədər dövriyyə edirlər. 1.9 milyon dollar rəqəminin saxtalığı elə buradan görünür... Hələ utanıb-qızarmadan bu saxta hesabatı beynəlxalq qurumlara da təqdim etməyə hazırlaşırlar...

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər