10/06/2023 07:58
728 x 90

Azərbaycan səfirinin guya Niderland XİN-ə çağırılması barədə erməni yalanı ifşa edildi

img

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə guya Azərbaycanın Niderlanddakı səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılması və guya Azərbaycanın Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilməməsinin xatırladılması ilə bağlı Ermənistan mətbuatında yayılmış iddiaları şərh edib.

A.Hacızadə bununla bağlı deyib: “Ermənistan mətbuatının yaydığı bu xəbər Ermənistan tərəfinin növbəti yalan və manipulyasiyasıdır, həqiqəti əks etdirmir.

Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb.

Səfirin Niderland XİN-də sonuncu görüşü onun özünün təşəbbüsü ilə martın 15-də olub.

Peşə etikası

Son xəbərlər