
Fransanın Xarici işlər naziri Katrin Kolonna apreldə İrəvana və Bakıya səfər edəcəyini və "Laçın dəhlizinin blokadadan azad edilməsini" müzakirə edəcəyini deyib... Xeyli dərəcədə yekəxana tonla "mən ilk gündən Azərbaycanın Laçın dəhlizini blokadaya saldığını və bunun yolverilməz olduğunu demişəm" deyib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Ən pisi odur ki, Kolonna "Fransa demir, Fransa hərəkət edir" deyə hədələyici fikir də işlədib. Bu sözləri eynilə özü kimi düşünən fransız senatorların qarşısında deyib...
Ancaq Katrin Kolonna bu əqidə və düşüncə ilə gəlirsə, "əlləri ətəyindən uzun qayıdacağı" hələ bir yana... Onun Bakıda normal qəbul olunacağı belə inandırıcı deyil...
Həm yalan danışasan, həm də bu baxışlarla Bakıda normal qarşılanasan... Çətin...
Tahir TAĞIYEV