
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken hesab edir ki, Azərbaycan və Ermənistan tezliklə sülhlə bağlı razılığa gələ bilərlər.
Trend xəbər verir ki, o, çərşənbə günü Konqres Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edərək bunu təsdiqləyib.
"Mən hesab edirəm ki, bir fürsət var, onu şişirtmək istəmirəm, lakin sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən bir fürsət var", - deyə Blinken bildirib.