Cümə axşamı günü, 24 iyul 2025
     

Qərbi Azərbaycan İcması Aşıq Ələsgərin anadan olmasının ildönümündə bəyanat yaydı - FOTO

Image

Bəşəriyyətin bu gün qeyd etdiyi Ümumdünya Poeziya Günü və sülh, barışıq və humanizm dəyərlərini aşılayan Novruz bayramı Qərbi Azərbaycandan didərgin düşmüş azərbaycanlılar üçün xüsusi məna kəsb edir. Bu gün Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) doğum günüdür.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda deyilir: “1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş Aşıq Ələsgər aşıq sənətinə Göyçə aşıq məktəbinin digər böyük ustadı Aşıq Alının himayəsi altında yiyələnib.

Aşıq Ələsgər misilsiz bədii-estetik ustalığı ilə xalqının ruhunu əks etdirən əsərlər yaradaraq, ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib. Onun ana dilinə və doğma təbiətinə məhəbbətlə aşılanmış, dərin təəssürat doğuran vətənpərvər yaradıcılığı sərhədsiz ifadə imkanlarının parlaq sübutu kimi dayanır. Aşıq Ələsgərin fəlsəfi dərinliyi və poetik lirikası ilə seçilən ədəbi töhfələri Azərbaycan ədəbiyyatı irsinin ayrılmaz hissəsinə çevrilib.

Aşıq Ələsgər fədakar və istedadlı tələbələri olan məktəb yaratmış və onun irsi görkəmli şair, yazıçı nəsillərini və oxucuları ilhamlandırdır. Aşıq Ələsgərin poeziyası Azərbaycan aşıq sənətinin qorunan dünya qeyri-maddi mədəni irs siyahısında yer almasında böyük rol oynayıb.

Aşıq Ələsgərin zəngin ədəbi irsi Ümummilli Lider Heydər Əliyevin yorulmaz səyləri nəticəsində geniş şəkildə təbliğ olunub. Heydər Əliyevin təşəbbüsü ilə sənətkarın 150 illik yubileyi dövlətin ən yüksək səviyyələrində qeyd olunub, Qərbi Azərbaycanın qədim Göyçə mahalında, doğulduğu kənddə onun xatirəsinə abidə ucaldılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.

Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, Ermənistan hökuməti orada qalan Azərbaycan mədəni irsinin böyük hissəsi kimi Aşıq Ələsgərin abidəsini də dağıdıb. Bu gün biz - Ermənistandan qovulmuş azərbaycanlılar, yaradıcılığı ümumbəşəri sərvət kimi əziz tutulan Aşıq Ələsgərin doğum gününü fəxarətlə qeyd etməklə bərabər, Qərbi Azərbaycanda dağıdılmış mədəni irsimizi kədərlə anırıq.

Biz Aşıq Ələsgərin məzarını və Ermənistanda qoyub getməli olduğumuz digər mədəni irsimizi, müqəddəs yerlərimizi, qəbiristanlıqlarımızı hələ də ziyarət edə bilmirik. Bu yerləri ziyarət edə bilməyimiz üçün beynəlxalq ictimaiyyətə etdiyimiz müraciətlər cavabsız qalıb. Etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün Ermənistana müvafiq mandatla missiya göndərmiş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə bu məsələ barədə göndərdiyimiz müraciətimizə hələ də cavab gözləyirik.

Azərbaycan ictimaiyyətinin UNESCO-ya Azərbaycanın mədəni irsinin vəziyyətinin monitorinqi üçün Ermənistana missiya göndərilməsi ilə bağlı dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb.

Ermənistanın etnik təmizləmə siyasəti təkcə mədəni abidələrimizə deyil, UNESCO tərəfindən bəşəriyyətin mədəni irsi kimi tanınmış aşıq sənətinə də böyük ziyan vurub. Odur ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtmasına kömək etmək Ermənistan tərəfindən dağıdılmış və təhlükə altına alınmış mədəni irsin bərpası və qorunması baxımından da bəşəriyyətin qarşısında duran ümdə vəzifədir.

Bütün bunları nəzərə alaraq, biz beynəlxalq ictimaiyyətə bir daha müraciət edərək, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə, dağıdılmış mədəni irsimizin bərpa edilməsinə yardım etməyi xahiş edirik”.

Bundan əlavə, İcma Ermənistan hökumətindən oradakı Azərbaycan mədəni irsini dağıtmağı dərhal dayandırmağı tələb edir.

İcma, həmçinin Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinı, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasını və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsini təmin etmək üçün UNESCO-ya çağırış edir.



VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ şirkətləri üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

23.07.2025 / 20:45
İran, Zəngəzur da daxil, regionda bütün tranzit marşrutlara əl qoydu...

23.07.2025 / 20:31
Əliyevlə Trampın mövqeyi Ermənistanda dərin narahatlıq doğurub...

23.07.2025 / 20:18
Rusiya qazından imtina edən Avropa ilə Azərbaycanın siyasəti bu cür olacaq...

23.07.2025 / 20:10
Gəncədə axtarışda olan şəxs saxlanarkən polislərə silahlı müqavimət göstərdi

23.07.2025 / 20:05
Zəngəzur Ermənistanın bir saylı daxili siyasi məsələsinə çevrildi...

23.07.2025 / 19:51
Azərbaycanda mətbuat müstəqilliyinin daha bir böyük missiyası...

23.07.2025 / 19:38
Ermənistan əhalisinin yarısı Azərbaycanla saziş istəyir...

23.07.2025 / 19:26
İşğaldan azad ərazilərin iqtisadiyyatı sürətli inkişaf yoluna çıxıb...

23.07.2025 / 19:19
İşığa çevrilən söz - “Əkinçi” - Hafiz Təmirov yazır...

23.07.2025 / 19:11
Yəhudi təşkilatları Aydın Quliyevin 65 illiyini təbrik etdilər...

23.07.2025 / 19:06
Suverenliyin bərpasından sonrakı mətbuat yubileyinin fərqli mənası var...

23.07.2025 / 18:51
Rəsmi Kreml Əliyevin Ukrayna siyasətinə açıq münasibət bildirdi - “biz bununla razılaşmadıq”

23.07.2025 / 18:46
Ağdam – dünən işğal, bu gü inkişaf!

23.07.2025 / 18:37
Trampın İlham Əliyevdən paylaşdığı videonun arxasında unikal məqam...

23.07.2025 / 18:30
BAMF tərəfindən yerli QHT-lər üçün keçirilən silsilə təlimlər başa çatıb

23.07.2025 / 18:23
Prezident Əliyev ali təhsildə növbəti islahat addımı atdı...

23.07.2025 / 18:10
"Rusiya anladı ki, Azərbaycan onun iddia etdiyi kimi deyil"...

23.07.2025 / 17:57
Azərbaycan mediası qarşısında yeni vəzifələr qoyuldu...

23.07.2025 / 17:53
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayıldı

23.07.2025 / 17:43
İki standartlı siyasət aparan UNESCO növbəti zərbəni Trampdan aldı...

23.07.2025 / 17:30
Azərbaycan neft ölkəsindən süni intellektə sərmayə qoyan ölkəyə çevrilir - Əliyev bəyan etdi...

23.07.2025 / 17:24
Nəsimidə oğurluq edən 3 nəfər saxlandı

23.07.2025 / 17:12
Trampdan Obamaya şok ittiham - çevriliş cəhdində əli olub, mühakimə olunmalıdır...

23.07.2025 / 16:57
Şəki Şəhərində bir qrup media nümayəndələrinə mükafatlar təqdim olunub

23.07.2025 / 16:54
Əbülfəz Abuzərli milli komandada məşqçi kimi fəaliyyətə başlayıb

23.07.2025 / 16:36
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib

23.07.2025 / 16:10
Bakıda məişət tullantılarını kənara atan 15 nəfər barəsində inzibati tədbir görülüb

23.07.2025 / 15:57
Suriya Türkiyədən rəsmən hərbi dəstək istədi... - Türkiyə MN açıqladı...

23.07.2025 / 15:41
Tariximizin ən şərəfli səhifəsinin qəhrəman oğlu - şəhid Asif Kərimov...

23.07.2025 / 15:33
Polşa vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı...

23.07.2025 / 15:15
Abşeronda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən sənədsiz evlər rəsmiləşdirilə bilər...

23.07.2025 / 14:53
DİN çimərliklərdə nəzarətsiz qalan azyaşlılarla bağlı çağırış etdi - ani nəzarətsizlik...

23.07.2025 / 14:33
Azərbaycan və Seneqal arasında imzalanmış Anlaşma Memorandumu təsdiqləndi

23.07.2025 / 14:21
Balakəndə kafeyə hücum edən şəxs icarədarı ölümlə hədələdi...

23.07.2025 / 14:10
Almaniya Türkiyəyə 40 “Eurofighter” döyüş təyyarəsinin satışına "yaşıl işıq" yandırdı...

23.07.2025 / 13:55
Nazir diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul etdi

23.07.2025 / 13:45
Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-la gizli sənəd imzalayıb - İspaniyadan iddia...

23.07.2025 / 13:29
100 minə yaxın sənədsiz evə "amnistiya" verildi...

23.07.2025 / 13:25
Tramp da Paşinyanı küncə sıxıb – Sülh Müqaviləsi yaxın görünür...

23.07.2025 / 13:23
Şəmkirdə yolların əsaslı təmirinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM

23.07.2025 / 13:17
Bəzi siqaretlər bahalaşdı...

23.07.2025 / 13:10
Кремль спустил всех собак против Баку и его друзей Гусмана и Маркова - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.07.2025 / 13:02
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab hazırlanır

23.07.2025 / 12:51
Abşeron-Xızı Təhsil İdarəsində yoxlama - 6 rəhbər şəxs işdən çıxarıldı

23.07.2025 / 12:43
Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimuma çatdı - 77,7 milyard...

23.07.2025 / 12:31
Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker saxlanıldı - SON DƏQİQƏ!

23.07.2025 / 12:07
Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı

23.07.2025 / 11:52
Mərkəzi Bank uçot dərəcəsini endirdi

23.07.2025 / 11:20
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

23.07.2025 / 11:19
Həssas qrupların cəmiyyətə inteqrasiyasına dəstək layihəsi

23.07.2025 / 11:15
Bu aviaşirkət Omskdan Bakıya reyslər həyata keçirəcək

23.07.2025 / 11:05
Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ

23.07.2025 / 11:03
Paşinyan Rusiyaya çağırıldı, Azərbaycana qarşı müharibə cağırışları şiddətlənir - CANLI

23.07.2025 / 11:00
İranın 2 sərhədçisi öldürüldü

23.07.2025 / 10:35
AQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

23.07.2025 / 10:21
Gəncədə iki qardaş bıçaqlanıb

23.07.2025 / 10:14
64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

İşğaldan azad ərazilərin iqtisadiyyatı sürətli inkişaf yoluna çıxıb...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910