10/06/2023 08:49
728 x 90

Beynəlxalq Donorlar Konfransında Türkiyə və Suriya üçün 7 milyard avro toplandı...

img

Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransının iştirakçıları fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələlədən zərərçəkənlər üçün 7 milyard avro toplayıblar.

Trend-in məlumatına görə, bu barədə Konfransın bağlanışında Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson deyib.

"Toplanan vəsaitlərin ümumi məbləği 7 milyard avro təşkil edib", - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Peşə etikası

Son xəbərlər