çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan XİN Ermənistanın saxta iddialarını tutarlı arqumentlərlə alt-üst etdi

Image


Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının davam etdiyini göstərən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, daxili işlərinə kobudcasına müdaxilə edən Ermənistan XİN-in 18 mart tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair şərhində deyilir.

"Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasını həzm edə bilməyən Ermənistanı bir daha regionda 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallığı dərk etməyə və təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq.

Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından zorla qovan, bölgədə Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə dağıdan Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıdışının Üçtərəfli bəyanatın “pozuntusu” və “qanunsuz məskunlaşma” kimi qələmə verməsi riyakarlığın növbəti açıq təzahürüdür. Bu bəyanat Ermənistanın irqçi ayrı-seçkilik və nifrət xislətini nümayiş etdirir.

Bu bəyanat eyni zamanda, azərbaycanlılara qarşı onilliklər ərzində genişmiqyaslı etnik təmizləmə siyasəti həyata keçirmiş monoetnik dövlət olan Ermənistanın nəinki öz ərazisindən, hətta Yaxın Şərq ölkələrindən erməniləri işğal etdiyi ərazilərimizdə qanunsuz məskunlaşdırmaqla güddüyü mənfur məqsədə - saxtakarcasına Azərbaycan ərazilərini “erməniləşdirmək” və Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədindən əl çəkmədiyini nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan Respublikasının yaşayış məntəqələrinə qondarma adlarla istinad edilməsi Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının daha bir təzahürüdür. Görünür ki, beynəlxalq hüquq, ərazi bütövlüyünə hörmət prinsipi ilə yenicə tanış olan Ermənistan bu sahədə maariflənmə fəaliyyətini hələ davam etdirməlidir.

Praqa və Soçi bəyanatları Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyub, onun suverenliyi və ərazi bütövlüyünü tanıması və hörmət etməsini tələb edir. Buna baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin bu bəyanatı daxil olmaqla, bu ölkənin siyasi rəhbərliyinin son vaxtlar daha da kəskinləşən ritorikası, təcavüzkar mahiyyətli bəyanatları, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birbaşa hədəf alan hərəkətləri Ermənistanın növbəti dəfə sülh üçün yaranmış tarixi fürsətdən istifadə etmək niyyətində olmadığını nümayiş etdirir.

2020-ci il müharibəsindən sonra sülh sazişi imzalanması təşəbbüsü ilə çıxış edən, münasibətlərin qurulması üzrə 5 baza prinsiplərini və sülh sazişi mətnini təqdim edən Azərbaycanın sülh sazişində maraqlı olmadığının Ermənistan tərəfindən iddia olunması, saxtakarlığın növbəti dəfə açıq-aşkar nümunəsidir. Azərbaycanın sülh sazişi imzalamaq təklifinə bir ildən artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi və digər destruktiv təkliflərlə şərtləndirən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması yaxşı məlumdur. Ermənistan bu kimi bəyanatlarla, sülh sazişi üzrə danışıqlar prosesini süni şəkildə ləngitməsini, habelə 2022-ci ilin dekabr ayında danışıqların növbəti raundundan imtina edilməsi ilə prosesə son zərbəsini ört-basdır etməyə cəhd edir.

Məlum olduğu kimi, hələ 2020-ci il müharibəsindən əvvəl Baş nazir Nikol Paşinyan hakimiyyətə gələn ilk gündən etibarən Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdı. N.Paşinyanın rəhbərliyi altında Ermənistan “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etdiyi, cəzasızlıq sindromuna qapılaraq 2020-ci il iyul toqquşmalarından sonra Azərbaycana qarşı 7 əsassız şərt irəli sürməsi yaxşı məlumdur.

Ermənistan tərəfi şərt sürmək alışqanlığını unutmayaraq, indi də, Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası fəaliyyətinə müdaxilə edir. Ermənistan tərəfi Azərbaycan tərəfinin erməni sakinlərlə dialoq aparmaq istiqamətində qərarlı fəaliyyətinə mane olmaq məqsədilə, erməni sakinlərinin nümayəndələrini növbəti dialoqun Bakıda keçirilməsi təklifinə qarşı çıxmasına və prosesə dair 3 şərt irəli sürülməsinə vadar edən təxribatlara yol verir. Ermənistan tərəfinin bununla, son iki ildə yeni Laçın yolunun çəkilişi, Sərsəng su anbarı və bir sıra digər istiqamətlərdə erməni sakinlərlə uğurlu dialoqu həzm etmədiyi görünür. Ermənistan tərəfinin “reinteqrasiya” termininə düşmən münasibətini gizlətməməsi və bu anlayışı dialoq və sülhə qarşı çağırış kimi qələmə verməsi, onun əsassız ərazi iddialarını yeni forma və yeni adlar altında davam etdirmək niyyətindən xəbər verir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır.

Ermənistan XİN-in bu ölkənin monoetnik dövlət olmamasını beynəlxalq ictimaiyyəti inandırmaq cəhdlərini Ermənistanın əslində monoetnikliyin çoxmillətli Qafqaz bölgəsində anomaliya olduğunu anlamaq istiqamətində ilk addımları kimi qiymətləndirmək olar. Azərbaycanın çoxmillətli dövlət kimi uğurları əleyhinə Ermənistanın iddiaları ilə bağlı qeyd edək ki, Azərbaycan ərazisində bir çox etnik xalqların vəhdəd və sabitlik şəraitində yaşadığı, dövlətin uğuruna güc qatdığı, Milli Məclis üzvlüyü daxil, bir sıra yüksək vəzifələr tutduqları yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Respublikasının vətəndaşlığı hüquq ilə yanaşı bir öhdəlikdir. Bunları qəbul edən erməni sakinlərin Azərbaycanda yaşaması üçün lazımi şərait yaradılacaq.

Ermənistan tərəfi Azərbaycan ərazisində etnik azlıqları öz uğursuz məkrli siyasətində istifadə etmək niyyətindən əl çəkməli, indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə Qərbi Azərbaycan İcmasının hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Beləliklə, Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı, multikulturalizmi seçdiyinin praktiki göstəricisi məhz Qərbi Azərbaycan İcmasının üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər.

30 illik işğal dövründə beynəlxalq qurumların işğala son qoymaq çağırışlarına və qərarlarına məhəl qoymayan Ermənistan tərəfi həmçinin 44 günlük müharibədən sonra başlatdığı beynəlxalq qurumları özünün revanşist və ərazi bütövlüyünə zidd siyasətinə alət etmək səylərinə son qoymalı, Azərbaycan Respublikasının beynəlxalq qurumlarla əməkdaşlığı və əlaqələrinə müdaxilə cəhdlərini dərhal dayandırmalıdır.

Azərbaycan, Ermənistanın bütün qanunsuz müdaxilə cəhdlərinə, şantaj və təhdid səylərinə baxmayaraq, öz ərazilərinin işğalına son qoyduqdan sonra həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin ixtisaslaşmış təşkilatları ilə əməkdaşlığını davam etdirir. Ermənistan tərəfinə xatırladırıq ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndə heyəti 2021-ci ilin oktyabr ayında işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Suqovuşan qəsəbəsində Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılar ilə yerində tanış olub. Ermənistanın vandallıqlarından fərqli olaraq, Azərbaycan apardığı bərpa və yenidənqurma işləri ilə sübut edir ki, bölgənin sahibləri geri dönüb və bu ərazilərdə növbəti təcavüzə cəhdlərin qarşısı alınacaq. Beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisində fəaliyyəti də məhz Azərbaycanın qanunvericiliyi çərçivəsində davam edəcək və Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək.

Ermənistan XİN-in Üçtərəfli bəyanatın icrası ilə bağlı yalan və saxta dolu iddialarına gəldikdə xatırlatmaq istərdik ki, bəyanatın xüsusilə 4-cü, 6-cı və 9-cu bəndlərini yerinə yetirməkdən boyun qaçıran və ümumiyyətlə heç zaman beynəlxalq razılıqlara əməl etməyən Ermənistan tərəfi məhz Üçtərəfli bəyanatın imzalanmasından iki həftə sonra hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirib və Azərbaycana qarşı hərbi təxribat törədib. Bu saxlanılan şəxslərin Ermənistan tərəfindən hərbi əsir kimi təqdim etməyə çalışılmasına baxmayaraq, bu şəxslər hərbi əsir kimi tanınmamış və Beynəlxalq Ədalət Məhkəməsi, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi bu iddianı və onların azad olunması tələbi rədd etmişdi. Ermənistan tərəfi bununla yanaşı, Ermənistan qüvvələrinin Ağdam, Kəlbəcər və Laçından çıxarılmasına Azərbaycan tərəfindən xoş məram göstərilərək möhlət verilməsinə baxmayaraq, Üçtərəfli bəyanata zidd olaraq çıxdığı ərazilərdə bir çox evləri yandırmış, meşələri qırmış, bu ərazilərdə mina və mina tələlər yerləşdirmişdi.

Ermənistan tərəfi hələ də Üçtərəfli bəyanata zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb, Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq, Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda davam edir. Delimitasiya prosesinin Sovet xəritələri əsasında təşkilini təklif edən Ermənistanın bu kəndləri Azərbaycan yaşayış məntəqələri kimi qəbul etməməsi isə digər bir pozuntu və Ermənistanın niyyətinin saxta olduğunun göstəricisidir.

Ermənistan bununla yanaşı, Azərbaycan ərazilərinə yeni istehsal edilmiş minalar ötürməklə, Azərbaycan ərazilərində minalanma və digər terror fəaliyyəti həyata keçirir. Ermənistanın ilk əvvəl 8 ay ərzində mina xəritələrinin mövcudluğunu inkar etməsinə baxmayaraq, sonradan beynəlxalq təzyiqlər nəticəsində bəzi yararsız mina xəritələri təqdim etdiyi məlumdur. Azərbaycan ərazisində baş verən mina partlayışlarının 55%-dən çoxunun Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verdiyi də bəllidir. Ermənistanın məhz bu kimi təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsindən sonra 286 nəfər mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 49 nəfər həlak olub. Ermənistanın eyni zamanda, bütün səyləri ilə Üçtərəfli bəyanatı kobudcasına pozaraq, Azərbaycanın qərb bölgələrindən Naxçıvana maneəsiz hərəkəti təmin edəcək kommunikasiya xəttinin açılmasına mane olduğu bəllidir.

Sülhü təhdid edən bu addımlarından diqqəti yayındırmaq üçün qondarma “etnik təmizləmə” və “soyqırımı” nağıllarına baş vuran Ermənistanın beynəlxalq birliyi bu saxta iddialarına inandırmaq üçün növbəti təxribatlar axtarışında olduğu aşkardır. Həmçinin Ermənistanın azərbaycanlılara qarşı hansı qəddarlıqla kütləvi qırğınlar törətdiyi, yalnız Xocalıda bir gecədə 613 nəfər dinc sakini qətlə yetirdiyi və soyqırım aktları törətdiyi məlumdur. Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyü, Ermənistanın itkin düşmüş şəxslər barədə məlumat verməkdən boyun qaçırdığı, işğaldan azad olunmuş Azərbaycan ərazilərində bir sıra kütləvi məzarlıqlar aşkarlandığı barədə faktların danılması mümkün deyil. Ermənistanın bu kimi təcavüzkar siyasətinə baxmayaraq, Azərbaycan bir çox saxlanılan şəxsləri azad edib, 2020-ci il müharibəsindən sonra müvafiq axtarışlar apararaq 1700-dən artıq, 2022-ci il sentyabr ayında Ermənistan təxribatı nəticəsində isə 200 nəfərə yaxın erməni cəsədi Ermənistana təhvil verib. Görünür ki, Ermənistan tərəfi Azərbaycanın bu humanitar məqsədli və birtərəfli əsasda xoş niyyətlə gördüyü tədbirləri unudub.

Bir daha Ermənistan siyasi rəhbərliyini məsuliyyətli davranmağa, regionda 44 günlük müharibədən sonra yaranmış sülh imkanlarına xələl gətirən təxribat və bəyanatlardan, yalançı ritorikadan çəkinməyə çağırırıq", - deyə şərhdə bildirilir.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ