
Bir-birinə dəxli olmayan hadisələri əlaqələndirərək "stəkanda fırtına" qoparmaq istəyənlər sensasiya yarada biləcəklərinə ümid edirlər... Əbəsdir… Cəmiyyət sensasiyalara həqiqətən meyllidir, ancaq ağıllı sensasiyalara...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Deyirlər ki, "Türk dövlətlərinin Ankara zirvəsindən dərhal sonra Putin KTMT-nin baş katibini İrəvana göndərdi"... Guya Putin qorxudan bunu edib. Bir-birinə heç dəxli olmayan hadisələrdir...
Ankara Türk zirvəsi şübhəsiz böyük hadisədir. Ancaq Putini qorxuya salan əsla bu deyil. Ankara Türk zirvəsinin həqiqi möhtəşəmliyini göstərmək üçün təhlil arqumentləri çoxdur. Kim bunları görə bilmirsə... günah ondadır. Ancaq regional geosiyasəti bu cür lüzumsuz dolaşdırmağa ehtiyac yoxdur…”
Tahir TAĞIYEV