“Mən dövlətimizin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısının canlı şahidiyəm. Amma nə etsək də, qaçqın və məcburi köçkün vətəndaşların üzündən bir an belə Vətən həsrətinin əskik olduğunu görmədim.
Hər zaman bir nisgil, bir həsrət hiss edirdim. Bu da bir azərbaycanlı kimi hər zaman məni incidirdi. Bu gün Sizin qətiyyətiniz, əzminiz, uğurlu siyasətiniz sayəsində bütün bu həsrət, nisgil geridə qaldı. Sizə nə qədər təşəkkür etsək azdır, cənab Prezident.
Mənim 27 yaşım var, Qarabağı görməmişəm. Amma Qarabağı sevmək üçün onu görmək lazım deyil, bunu qəhrəman əsgərlərimiz bir daha bütün dünyaya sübut etdi. Biz artıq Sizin və Azərbaycanın şanlı Ordusunun sayəsində qalib xalq kimi başıuca gəzirik. Sizin kimi müdrik Ali Baş Komandana sahib olmaq qürurvericidir.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bu sözləri Prezident İlham Əliyevə müraciətində Sabirabad rayonunun Əsgərbəyli kəndindən Əflatunov Xalid Rafail oğlu qeyd edib.
Baki-xeber.com