çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Bakıdan Qarabağda hərbi həllə tam hazırlıq xəbərdarlığı, İrəvan Türkiyənin illər öncə hazırladığı hücum planının şokunda...

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin uzanması məsələnin hərbi həll ehtimalını indi ötən dövrlərlə müqayisədə daha çox artırıb. Real vəziyyəti qiymətləndirən beynəlxalq ekspertlər də məsələyə bu prizmadan yanaşır, eləcə də Azərbaycan rəsmiləri artıq bu xüsusda işğalçıya daha konkret mesajlar verir.

Rəsmi Bakı artıq ordunu hərəkətə gətirməyə hazır olduğunu gizlətmir və Ermənistan da daxil olmaqla, onun bütün hamilərinə xəbərdarlıq edir. Hələ cari ilin mart ayında Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan ordusunun rəhbər heyəti ilə xidməti müşavirədə bildirdi ki, şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır:“Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”. Nazir müasir texniki vasitələrin tətbiqi ilə düşmən müdafiəsinin dərinliyində aktiv kəşfiyyat fəaliyyətinin davam etdirilməsi, döyüş növbətçiliyinin aparılması şəraitinin təkmilləşdirilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsi, hərbi qulluqçuların tibbi təminatı və bir sıra digər məsələlərlə bağlı vəzifəli şəxslərə konkret göstərişlər də verdi. Bunun ardınca aprel ayında cəbhəyanı ərazilərdə olarkən nazir yeni hərbi əməliyyatlara hazırlıq barədə növbəti göstərişini verdi. Bütün bunların Ermənistanda böyük ajiotaj doğurduğu bir vaxtda yerli telekanallara müsahibəsində Zakir Həsənovdan növbəti maraqlı açıqlama gəlib:“Mən müdafiə naziri olaraq prezident İlham Əliyevə, bütün Azərbaycan xalqına Azərbaycan ordusunun işğal olunmuş ərazilərin azad edilməsi tapşırığını yerinə yetirməyə hazır olduğunu məruzə edirəm”. Düşmən üçün də kifayət qədər aydın mesajdır ki, Azərbaycan istənilən vaxt hərbi əməliyyatlara start verə bilər. Özü də bunun üçün həm Azərbaycan bütün lazımi imkanlara malikdir, həm də yaranmış geosiyasi şərait ölkəyə gərəkən imkanlar qazandırır. Ölkəmizin bu imkanları barədə də müdafiə naziri yenə açıq mesajlar verib: “Bizim düşməni darmadağın etmək üçün bütün imkanlarımız var və onlar bunu yaxşı bilir”. O bildirib ki, Ermənistan tərəfinin Dağlıq Qarabağın ətrafında yerləşən və hazırda işğal altında olan rayonları bufer zona hesab etməsi də cəfəngiyyatdır:“Birincisi, bu absurd bəyanatdır. İkincisi, belə deyim, biz Naxçıvan Muxtar Respublikasını da unutmamalıyıq. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişləri və qayğısı nəticəsində Naxçıvanda ən güclü ordu birləşmələri formalaşdırılıb, ayrıca Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Onların raket sistemi, reaktiv yaylım atəş sistemi mövcuddur. Azərbaycan ordusunun yüksək döyüş hazırlığı, onun strateji mövqeyi bizdə əminlik yaradır ki, düşmənə heç bir bufer zonası da kömək etməyəcək”. O, son 2 ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin azalmasına baxmayaraq, ordumuzun bu vaxtı boşa vermədiyini vurğulayıb:“Dediyim kimi, biz bu vaxtdan öz işlərimiz üçün istifadə etdik. Digər tərəfdən, Ali Baş Komandanın son çıxışlarını hamımız dinləmişik. O deyib ki, bütün dünyada güc ön plana çıxır. Yəni biz ordumuzu gücləndiririk və ordumuzdan bu məsələnin həlli üçün istifadə edəcəyik. Dövlət  başçısı öz çıxışlarında tam dəqiqliklə bizim necə hərəkət edəcəyimizi müəyyənləşdirib. Kompleks tədbirlər: bu həm siyasi, həm iqtisadi, həm də hərbi təzyiqdir. Lazım olan anda - və o an, ümid edirəm, yaxın vaxtda gələcək – biz güc tətbiq edəcəyik. Biz bunu gizlətmirik. Görünür, danışıqlar prosesinə ümid hələ ki, tükənməyib. Düzdür, mən danışıqlarda iştirak etmirəm, amma belə düşünürəm. Mənim qarşımda duran vəzifə hazır olmaq və istənilən vaxt döyüşə başlamaqdır”.

Beləliklə, bu açıqlamalardan aydın görünür ki, Azərbaycan güc metodunu istənilən vaxt işə salmağa hazırdır. Qeyd olunduğu kimi məsələnin güc yolu ilə həlli üçün Azərbaycan bütün resurslara sahibdir. Elə beynəlxalq şərait də buna imkan verir. Məsələn, Rusiyanın proseslərə baxışı indi xeyli dəyişib və yeni müharibə olacağı təqdirdə Moskva daha çox neytral qalmağı üstün tutur. Eləcə də qardaş türkiyənin bu dəfə daha fəal mövqe sərgiləməsi proqnozlaşdırılır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Antalyada keçirdiyi mətbuat konfransında bunun yenidən anonsunu verib:“Azərbaycan torpaqlarının iyirmi faizi Ermənistan tərəfindən işğal olunub. Qarabağ problemi və işğal faktının aradan qaldırılması Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı çərçivəsində həllini tapmalıdır”. Beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı qərarlarını xatırladan nazir bildirib ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli istiqamətində qətiyyət göstərməyib:“Azərbaycan konstruktiv mövqe göstərsə belə, Ermənistan buna anlayışlı yanaşmadı. Qarabağda saxta seçkilər keçirdilər. Hərçənd, beynəlxalq ictimaiyyət bu seçkiləri tanımadı. Ermənistanın bu cür təxribatlara son qoymaq əvəzinə, münaqişənin sülh yolu ilə həllinə səy göstərməsi lazımdır. Biz bütün məsələlərdə olduğu kimi, Azərbaycanın işğal altındakı torpaqları və Qarabağ məsələsində də qardaş Azərbaycanın yanındayıq. Bundan sonra da yanında olacağıq”. Ermənistanın “lragir.am” nəşri yazır ki, Türkiyə bu dəfə Azərbaycana yardım məsələsində daha fəal olacaq:“Unutmaq lazım deyil ki, daim Azərbaycanın yanında yer alan Türkiyənin 2000-ci ildən bəri Ermənistana hücum planları hazırladığı da ortaya çıxıb. Ermənistan üçün Türkiyə siyasəti və Türkiyə dövlətinin strateji planları həyati təhlükəsizlik məsələsidir. Bu mənada Ermənistan, Türkiyə Baş Qərargahında planların olub-olmamasından asılı olmayaraq, mümkün risqləri zərərsizləşdirmək üçün hər gün çox çalışmalıdır. Bu plan yoxdursa, bu, erməni təhlükəsizliyi üçün Türkiyə təhdidi risqini azaltmır. Bu, şərti olaraq iki yerə bölünə biləcək Ermənistan dövlət strategiyasının əsas məsələlərindən biridir. Əsas strateji vəzifə müdafiə sahəsində özünütəminliyini qorumaq və xarici müdafiə mənbələrinin dəstəyi istiqamətində çalışmaqdır.
Bu barədə iki səhv fikir mövcuddur. Əvvəla, bu konsepsiyanın keçmiş hökumətlə siyasi səbəblərə görə və ya hərbi-siyasi uyğunsuzluqla eyniləşdirilməsi, səbəb kimi keçmiş müdafiə naziri Vigen Sarkisyanın bu konsepsiya barədə danışmasıdır. Digər bir yanlış təsəvvür və ya səhv düşüncə millət-ordu anlayışının “kazarma vəziyyəti” ilə eyniləşdirilməsidir. Bununla yanaşı, millət-ordu anlayışı hərbi-siyasi və mülki arasında bir-birini tamamlayan bir mexanizm yaratmağı və nəticədə dövlətin qlobal rəqabət qabiliyyətinin və müdafiə qabiliyyətlərinin dinamik şəkildə böyüməsini şərtləndirir. Ermənistanın əleyhdarlarına, Ermənistana qarşı hücum niyyətləri olduqda, ən azı 3 milyon insandan ibarət bir müdafiə mexanizmi ilə qarşılaşmalı olduqlarını anlamağa imkan verən bir mexanizmdir. Bu vacibdir, çünki Ermənistanın təhlükəsizlik mühiti üçün birbaşa təhdidlər Ermənistanın imkanlarından dəfələrlə çoxdur. Hazırda yayılan türk planı haqqında məlumat heç də yeni deyil, artıq 2019-cu ilin noyabrında bir dəfə bu barədə məlumat yayılmışdı. İndi Ermənistandakı mövcud qondarma şiddətli daxili hadisələrlə yanaşı yenidən bu informasiyanın yayılması məsələsi daha çox maraq cəlb edir. Burada bir anlığa erməni cəmiyyətinin şüurunun Türkiyənin təhdidinə necə reaksiya verdiyini diqqətə çatdırmaq yerinə düşər. Bu gün, tamamilə olmasa da, böyük əksəriyyət belə düşünür ki, Türkiyə müdaxilə anını gözləyir və bunun qarşısını yalnız Rusiya ala bilər. Müsbət və mənfi tərəfləri ilə bağlı Rusiyanın rolu ümumilikdə Ermənistan dövlətinin hərbi-siyasi gələcəyi kontekstində ayrı bir müzakirə məsələdir. Bəs erməni domenində olan internet və informasiya sferasında yeni bir şey olmayan türk təhlükəsi ilə bağlı məlumatlar niyə hazırda yayılır? Bütün bunlar, Ermənistandakı hadisələrin əslində Rusiyanın erməni daxili həyatına təsirini azaltmağa yönəldiyi bir vaxtda baş verir. Rusiya Ermənistandan üz döndərməyə hazırlaşır və onun Azərbaycanla daha çox yaxınlaşması müşahidə olunur. Bu vəziyyətdə Azərbaycanın Qarabağ məsələsini hərbi müstəvidə çözmək niyyətini daha tez-tez səsləndirməsi də tasadüfi deyil. Özü üçün əlverişli məqamda Bakı mütləq gücə əl atacaq”. Beləliklə, ermənilər də görür ki, Azərbaycanın Qarabağ münaqişəsini güc yolu ilə həll etməsinə dünya, o cümlədən Rusiya hansısa ciddi reaksiya verməyəcək. Rusiya ilə Ermənistan arasında münasibətlərin pisləşməsi Qarabağ münaqişəsi ətrafında duruma getdikcə daha çox təsir edir. Ermənistanın “Politekonomika” tədqiqat institutunun rəhbəri Andranik Tevanyan da bunu açıq etiraf edir. Tevanyan qeyd edib ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan Ermənistan-Rusiya münasibətlərində böyük təsirə malik olub, bu işlər siyasi, əslində həm də geosiyasi komponentlidir:“Nikol Paşinyanın bu şəxslərə qarşı mövqeyi Moskvanı artıq daha çox qəzəbləndirir. Moskvanın qəzəbi isə çox istiqamətlər üzrə özünü göstərəcək. Bura Qarabağ cəbhəsində Ermənistan üçün olacaq xoşagəlməz hallar da daxildir”. Bütün bunlar, güc yolu ilə olsa belə, Qarabağ məsələsi ətrafında yaxın tezlikdə yeniliklərin olmasını istisna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir - CANLI

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ