çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Ermənistanda Azərbaycanın Qarabağda Liviya ssenarisini işə salacağı qorxusu... Ordumuzun arsenalına Türkiyənin KARGU kamikadze dronları gəlir...

Image


Məlumdur ki, qardaş Türkiyə Suriyada uğurla tətbiq etdiyi “dron müharibəsi”ni Liviyada da uğurla həyata keçirir və nəticədə qarşı tərəf bundan böyük itkilər yaşayır. Artıq dünya miqyasında etiraf olunur ki, Türkiyə Suriyanın ardınca Liviyada özünün milli istehsalı olan pilotsuz döyüş təyyarələri ilə vəziyyəti kəskin dəyişməyə nail olub.

Xatırladaq ki, Liviyada Türkiyənin dəstəklədiyi Milli Barışıq Hökuməti qiyamçı feldmarşal Xəlifə Haftarın ordusuna qarşı son həftələrdə ciddi nailiyyətlər əldə edib. Haftarın ordusunu Tripoli ətrafındakı strateji aviabazadan vurub çıxarıb və feldmarşalın paytaxtı tutmaq planlarının üstündən, ən azından, yaxın perspektivlər üçün xətt çəkib. Bu döyüşlərdə vəziyyətin Milli Barışıq Hökumətinin xeyrinə kəskin dəyişməsində Türkiyənin hərbi dəstəyi əsas rol oynayıb. Xüsusən də Türkiyənin Liviyada tətbiq etdiyi pilotsuz döyüş təyyarələri Haftarın ordusunu ciddi itkilərə məruz qoyub. Bütün bunlar, yəni Liviyada baş verənlər isə Azərbaycan üçün daha çox Türkiyə pilotsuz döyüş komplekslərinin tətbiqi baxımından maraq doğurmaqdadır. Bu fonda artıq bəllidir ki, Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatları almağa hazırlaşır. Müdafiə naziri general-polkovnik Zakir Həsənov da mətbuata müsahibəsində bildirib ki, Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarının (PUA) alınması məsələsinə baxır. Nazir hansı tip pilotsuz uçuş aparatlarının alınacağı barədə əlavə məlumat verməyib. Zakir Həsənov deyib ki, bu yaxınlarda təsdiqlənmiş hərbi maliyyə yardımı sazişi çərçivəsində Türkiyə Azərbaycana hərbi yardımlar edəcək. Zakir Həsənov bu ilin mart ayında keçirdiyi xidməti müşavirədə İdlib döyüşlərinin təcrübəsinin öyrənildiyini və Türkiyədən yeni silahların alınması üçün iş getdiyini demişdi. 

Ekspertlər isə hesab edir ki, Azərbaycan Türkiyədən pilotsuz təyyarələrin müxtəlif versiyalarını alacaq. Bu arada isə yayılan bir xəbərə görə, Türkiyənin “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” şirkəti tərəfindən istehsal olunan KARGU kamikadze dronlarının ixracı üçün üç ölkə ilə danışıqlar aparılır. Bunlar sırasında artıq Azərbaycan da var. KARGU kamikadze-dronları Türkiyə ordusu tərəfindən ilk dəfə ölkənin cənub-şərqində PKK terrorçularına qarşı tətbiq olunub. Daha sonra bu dronlar Suriyanın şimalında gedən döyüşlərdə Türkiyə ordusunun silahlanmasında yer alan digər pilotsuz döyüş sistemləri, o cümlədən “Akıncı” və “Bayraktar” pilotsuz təyyarələri ilə birlikdə tətbiq edilib. “Defence Turk” portalı yazır ki, KARGU kamikadze dronlarının ixracı ilə bağlı 3 ölkə ilə danışıqlar gedir.  Bunlar Türkiyəyə dost və qardaş ölkələrdir, yüksək səviyyədə aparılan danışıqlar nəticə vermək üzrədir. Qeyd olunur ki, süni intellektlə idarə olunan və avtomonom uçan, hədəfi müstəqil şəkildə təsbit edib vura bilən dron sistemərinin ixracı ilə bağlı danışıqları yaxın zamanda tamamlayacaq, ilk müqavilə imzalanacaq. Türkiyədən KARGU dronlarını almaq istəyən həmin üç dost-qardaş ölkədən biri də Azərbaycandır.

Burada xatırladaq ki, bu ayın əvvəlində Azərbaycanla Türkiyə arasında imzalanmış “Hərbi sahədə maliyyə əməkdaşlığı anlaşması” qüvvəyə minib. Bu anlaşmaya əsasən, Türkiyə Azərbaycana 200 milyon lirə məbləğində kredit xətti açır və Azərbaycan həmin pulla Türkiyədən hərbi texnika, silahlar ala bilər. Türkiyədən təhlükəsizlik və terrorla mübarizə eksperti Coşkun Başbuğ deyib ki, Azərbaycan qardaş ölkədən istədiyi silahı və texnikanı ala bilər. Amma inkişaf edən texnologiyaları, yeni müharibə metodlarını və regiondakı şərtləri nəzərə alaraq Azərbaycan Türkiyədən daha çox yeni döyüş sistemləri, o cümlədən pilotsuz döyüş təyyarələri, pilotsuz kəşfiyyat təyyarələri ala bilər. Bu fonda isə Suriyada, ardınca Liviyada Türkiyənin pilotsuz təyyarələrlə uğurla apardığı müharibə eyni ssenarinin Dağlıq Qarabağda da tətbiq ediləcəyinə dair fikirlərin meydana çıxmasına səbəb olub. Belə fikirlər, xüsusilə Ermənistanda gündəmə gəlir. Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq Ruben Safrastyan hesab edir ki, Azərbaycan Qarabağda mümkün müharibədə Türkiyənin pilotsuz təyyarələrindən istifadə edəcək:“Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq və müqavilələr də bunu deməyə əsas verir”. Burada o da xatırladılır ki, 2016-cı ilin aprel müharibəsində Azərbaycan ordusu İsraildən aldığı pilotsuz təyyarələrlə düşmən ordusunun hərbi texnikası və canlı qüvvəsini effektiv şəkildə məhv etdi. Bu təcrübəni və dünyada artıq müharibələrin elektron formada aparıldığı reallığını nəzərə alsaq, Qarabağda mümkün müharibədə eyni ssenarinin tətbiq ediləcəyini demək olar. Türkiyənin Yaxın Şərqdə müharibə tarixini dəyişdirən elektron hərbi metodlarından ölkəmizin də yararlanmaq imkanı var. Ermənistanı narahat edən əsas amillərdən biri məhz budur. Erməni şərhçi Akop Badalyan iddia edir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə hələ Ramazan bayramı münasibətilə zəng edərkən bu məsələlər də müzakirə olunub:“Ərdoğan İlham Əliyevə zəng vurdu. İki prezident koronavirusla mübarizəni müzakirə etdilər. Ehtimal ki, Türkiyə və Azərbaycan prezidentləri Suriyada və Liviyadakı müharibədən, Türkiyənin pilotsuz təyyarələrlə müharibə təcrübəsinin Qarabağda mümkün müharibədə də tətbiqindən danışdılar. Türklərin Liviyadakı uğurları Azərbaycanı ruhlandırır və azərbaycanlılar bunu öz qələbəsi kimi qəbul edir”. Görünən budur ki, Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlıqların ordumuza qəbul edilməsi bundan sonra düşməni daha çox qorxuya salacaq.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir - CANLI

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ