Şirvan şəhərindən Əzizli Durdanə Almaz qızı da Prezident İlham Əliyevə müraciət edib.
“Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyun ayında Azərbaycan xalqının səsinə səs verərək hakimiyyətə yenidən qayıdışı ilə xalqımızı faciələrdən qoruduğu kimi, Siz də bu gün xalqımızı çox böyük bəlalardan qoruyur, hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız. Dünyanı bürüyən pandemiya dövründə dünyanın əksər inkişaf etmiş ölkələrində belə çarpayı çatışmazlığı ucbatından xəstələrin hətta xəstəxanalara götürülmədiyi bir halda, bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilir və həkimlər onlara gecə-gündüz xidmət göstərirlər. Sizin uzaqgörən siyasətiniz nəticəsində modul tipli xəstəxanaların sayı artırılır və tikintisi sürətlə davam etdirilir. Biz şirvanlılar xalqımızın sağlamlığını düşünərək qəbul etdiyiniz bu qərarlara görə Sizə təşəkkür edirik. Biz tam əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı tezliklə qarşısına çıxan bu bəlaya qalib gələcəkdir. Allah Sizi və ailənizi qorusun” - deyə məktub müəllifi vurğulayır.
Baki-xeber.com