“Mənim övladım Azərbaycan Kooperasiya Universitetinin 2-ci kurs tələbəsidir, ödənişli əsaslarla təhsil alır. COVID-19 pandemiyası dövründə verdiyiniz humanist tapşırıqlardan biri də ödənişli təhsil alan tələbələrin bu il üçün təhsil haqqının dövlətimiz tərəfindən ödənilməsi oldu. Sözsüz ki, bu addım yüzlərlə aztəminatlı ailə kimi mənim ailəmi də sevindirdi... Siz ölkə vətəndaşlarının hər zaman dar gündə yanında olmusunuz. Buna görə də Sizə ailəmin adından dərin minnətdarlığımı bildirirəm. İşləriniz avand olsun”. Bu fikirləri Lənkəran rayonunun Liman şəhərindən Nuriyev İnqilab Ayaz oğlu Prezidentə yazdığı məktubunda bildirib.
Baki-xeber.com